Icma.az
close
up
RU
Azərbaycan həqiqəti diplomatik savaşda

Azərbaycan həqiqəti diplomatik savaşda

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Prezident, Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsi günlərində informasiya məkanında gedən savaşda əzmlə, dəyanətlə mübarizə apararaq respublikamızın haqlı mövqeyini dünyaya çatdırırdı. Dövlətimizin başçısı işğalçıya, eləcə də respublikamıza düşmən mövqedə dayanan xarici qüvvələrə mesajlar göndərməklə qələbəyə doğru gedən yolda bütün maneələri dəf etməyə, qarşıya qoyulan məqsədi həyata keçirməyə səy göstərirdi. Bununla da orduda və xalqda mənəvi ruh yüksəkliyi yaradırdı.

Ölkə rəhbəri müsahibələrində Azərbaycanın daim sülhpərvər fəaliyyət nümayiş etdirdiyini, Ermənistanın isə illərdən bəri destruktiv mövqedə qalaraq danışıqlar prosesini tükəndirdiyini dəlillərlə diqqətə çatdırırdı. Eyni zamanda, işğalçının qanunsuz silahlandırılmasını, Ermənistanda və işğal olunan ərazilərdə beynəlxalq terrorizm ocaqlarının fəaliyyət göstərdiyini, tarixi irsimizə aid mədəni abidələrin erməni barbarlığı nəticəsində dağıdıldığını, hüquqi baxımdan Azərbaycana məxsus işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşma aparıldığını, bu məsələyə Qərb ölkələrinin ikili yanaşma sərgiləməsini, ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin ədalətsiz, eləcə də qeyri-adekvat mövqelərini kəskin tənqid edirdi.

Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanmasında dövlət-xalq-ordu birliyi əsas amil olmaqla bərabər, ölkə rəhbərinin apardığı informasiya savaşı da önəmli rol oynadı. Dövlət başçısının II Qarabağ müharibəsi günlərində 30-a yaxın nüfuzlu xarici kütləvi informasiya vasitəsinə saatlarla müsahibələr verərək Azərbaycanın apardığı haqq davasını, müharibənin gedişini bütün dünyaya anındaca çatdırması bunun bariz ifadəsi idi.

Prezident İlham Əliyevin 2020-ci il oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına müsahibəsi də bu baxımdan xüsusi diqqət çəkdi və Azərbaycanın informasiya müharibəsinin gedişinə önəmli təsir göstərdi. Dövlətimizin başçısı müsahibədə 20 ildən artıq davam edən Ermənistan – Azərbaycan münaqişəsinin nədən qaynaqlandığını diqqətə çatdıraraq dedi: “Ermənistanı sülh maraqlandırmır, bizim torpaqları həmişəlik işğal altında saxlamaq istəyir. Bu ölkə, eyni zamanda, status-kvonu dəyişməyi də xəyalına belə gətirmir. Bu da münaqişənin bu qədər uzun çəkməsinin səbəbidir. Əgər Ermənistan iradə göstərsəydi və beynəlxalq təşkilatların qətnamələrinə uyğun şəkildə davransaydı, münaqişə uzun illər bundan əvvəl həll edilmiş olardı”.

Xatırladaq ki, 1993-cü ildə Ermənistan ərazilərimizi işğal altına aldığı zaman BMT Təhlükəsizlik Şurası qoşunların Azərbaycanın torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul etdi. Lakin bu qətnamələr kağız üzərində qaldı. Həll yolunun tapılması üçün vasitəçilik aparmaq məqsədilə Minsk qrupu 28 il səmərəsiz fəaliyyət göstərdi. Başqa sözlə, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına başlamaq üçün vasitəçilər tərəfindən təkid və təzyiq göstərilmədi. Halbuki sözügedən müsahibədə vurğulandığı kimi, Prezident İlham Əliyev Vətən müharibəsinədək bu məsələni dəfələrlə qaldırmışdı, Ermənistanı qətnamələrin tələblərinə əməl etməyə məcbur etməyin və torpaqlarımızın boşaldılmasına başlamaq üçün işğalçıya qarşı beynəlxalq sanksiyaların tətbiqinin zəruriliyini vurğulamışdı.

Prezident İlham Əliyev sözügedən müsahibədə bildirirdi ki, Ermənistan Azərbaycana qarşı həmişə yeni müharibəyə başlamağı hədəfə alıb və bu, danışıqları tamamilə pozmaq məqsədi daşıyıb. Hətta bu hədəfi reallaşdırmaq üçün bir neçə hərbi təxribat da törədib. 2020-ci il iyulun 12-də isə işğalçı münaqişə regionundan çox uzaqda olan Tovuz rayonunda, Azərbaycanın qərbində, Ermənistan – Azərbaycan sərhədindəki kəndlərimizə və hərbi mövqelərimizə hücum edib. Azərbaycan itkilər verib, dörd hərbi qulluqçu və 76 yaşlı bir kənd sakini öldürülüb. Təbii ki, Azərbaycan cavab tədbiri görməli idi... Cavab verildi və işğalçı acı məğlubiyyətlə üzləşdikdən sonra geri çəkildi, atəşkəs üçün yalvarmağa başladı. Sentyabrın 27-də baş verənlər isə bu siyasətin məntiqi davamı idi.

Ölkə rəhbəri müsahibədə daha sonra vurğuladı ki, Ermənistanın bəyanatlarına nəzər salsaq, işğalçının Azərbaycanı müharibəyə təhrik etməsi açıq-aşkar görünür. Bu məsələdə bir il bundan əvvəl Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır” bəyan etməsi və bu bəyanatın danışıqları tamamilə pozması da xüsusi diqqət çəkir. Çünki danışıqlar masasında olan əsas məsələlərdən biri işğal edilmiş ərazilərin Azərbaycana qaytarılmasıdır. Əgər “Qarabağ Ermənistandır” deyilirsə və bu anlayış da keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ilə bərabər bütün işğal olunmuş ərazilərə şamil olunursa, bu, danışıqların sonu deməkdir.

Yeri gəlmişkən, Ermənistan, eləcə də ATƏT-in Minsk qrupu həmsədr ölkələri tərəfindən sülh danışıqları dövründə işğalçının maraqlarının gerçəkləşdirilməsinə cəhdlər olunurdu, Azərbaycan Silahlı Qüvvələri keçmiş DQMV-yə, o cümlədən, Şuşa şəhərinə girməsi, ümumiyyətlə, yaxın buraxılmırdı. Hətta keçmiş Şaumyan, indiki Goranboy rayonunun bir hissəsinin ermənilərin nəzarətinə verilməsi tələb edilirdi. Lakin tarixi Zəfər ilə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev yeni bir reallıq yaratdı, Şuşa şəhəri də daxil olmaqla, keçmiş Dağlıq Qarabağın böyük bir hissəsi ordumuzun nəzarətinə keçdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz canı-qanı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdən bəri formalaşdırılan mifi tamamilə dağıtdı, Azərbaycanın ərazi bütövlüyünü gerçəkləşdirdi. Azərbaycanın razılığı olmadan keçmiş Dağlıq Qarabağla bağlı heç bir qərarın verilə bilməməsini sübuta yetirdi. İnzibati ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçının şəhid vermədən, qan tökülmədən geri qaytarılması da reallaşdı.

Azərbaycanın cəbhədə əldə etdiyi bu möhtəşəm Qələbənin əsası isə Vətən müharibəsinədək olan dövrdə ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin gərgin və yorulmaz fəaliyyətləri ilə qoyulub. O illərdə ordumuzun güc-qüdrətinə mühüm önəm verilib, ən müasir döyüş texnikasının alınması gerçəkləşdirilib. Əsgər və zabitlərimizin sosial şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılıb.

Azərbaycan Prezidenti çıxışlarının birində bu barədə danışarkən, deyib: “Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir. Bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir və vahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır”.

Beləliklə, döyüşdə uduzan, məğlub olan Ermənistanın öz müqavimətini dayandırmaqdan, Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etməkdən başqa bir əlacı qalmadı. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat da məhz düşmən ölkənin kapitulyasiyasının ifadəsi idi. Müharibədə ağır itkilər verərək, məğlubiyyətin qaçılmazlığını anlayan, dərk edən işğalçı respublikanın rəhbərliyi Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtlərlə razılaşmağa məcbur oldu.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çıxışlarının birində bu barədə deyib: “Düşmən işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmaq istəmirdi. Çünki 30 il ərzində ərazilərimizdə saysız-hesabsız istehkamlar qurmuşdu. O istehkamları yarıb keçmək, o müdafiə xətlərini dəf etmək çox böyük qəhrəmanlıq və hərbi peşəkarlıq tələb edirdi. Bu, onu göstərir ki, bütün bu dövr ərzində – 30 ilə yaxın uzun bir müddətdə düşmən, sadəcə olaraq, torpaqlarımızdan çıxacaqları ilə bağlı bizi, vasitəçiləri aldadırdı. Bu, yalan idi və döyüş meydanında mövcud olan mənzərə də bunu təsdiqləyirdi…”.

Dövlətimizin başçısı çıxışlarında diqqəti, eyni zamanda, işğaldan azad edilən torpaqlarımızdakı acınacaqlı mənzərəyə yönəldərək, bildirirdi ki, belə vəziyyət düşmənin Azərbaycan xalqına nifrət hissi ilə yaşadığını göstərir. Yox, əgər belə deyilsə, onda işğal altındakı kənd və şəhərlərimizin yerlə-yeksan olunmasına, bütün binaların sökülməsinə nə ehtiyac var idi?! Yağılardan təmizlənən ərazilərimizin demək olar ki, 99 faizində yaşayış və ictimai binalar, məktəblər, xəstəxanalar, tarixi abidələr, əcdadlarımızın qəbirləri, məscidlərimiz tamamilə dağıdılıb: “İndi biz bu görüntüləri yayırıq, mətbuatda hər kəs bunu görə bilər. Bu, vəhşilikdir, vandallıqdır, bu, hərbi cinayətdir.

Dövlətimizin başçısı Vətən müharibəsi günlərində dünyanın aparıcı mediasına verdiyi müsahibələrlə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi. Bununla da Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha nümayiş etdirdi.

Burada zəruri bir məqamı da xatırlatmaq istərdim. Belə ki, Vətən müharibəsindən sonra bölgədə təhlükəli revanşizm baş qaldırmışdı. Azərbaycanın öz ərazilərində suverenliyini bütünlüklə gerçəkləşdirmək üçün erməni revanşizmi başqa seçim yolu qoymadı və dövlət rəhbərinin əmri ilə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində lokal xarakterli antiterror əməliyyatının keçirilməsi qərara alındı. Həmin hərbi əməliyyat 2023-cü il sentyabr ayının 19-da başladı. Müdafiə Nazirliyi bununla bağlı yaydığı məlumatda həyata keçirilən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövqeləri, eləcə də uzunmüddətli atəş nöqtələri, döyüş vasitələri və hərbi təyinatlı obyektləri ordumuzun yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldığı bildirildi. Eyni zamanda, əməliyyatın gedişində mülki əhali və infrastruktur obyektlərinin hədəfə alınmadığı, yalnız legitim hərbi hədəflərin sıradan çıxarıldığı vurğulandı.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun yeni bir tarixi uğuru ilə sona çatan lokal xarakterli antiterror əməliyyatının nəticələrini belə dəyərləndirdi: “Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı cəmi bir gün, ondan da az çəkdi. Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək, bütün strateji yerlərə çıxaraq, qısa müddət ərzində o əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu. Nəinki təslim oldu, hətta 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qondarma rejimə də xitam verildi, o rejim də süqut etdi, halbuki bu, qanunsuz rejim idi. Beləliklə, biz tarixi ədaləti bərpa etdik”.

Beləliklə, dünya hərb tarixində Azərbaycan Ordusu daha bir bir nadir əməliyyat həyata keçirdi. Bir sutkadan da az davam edən bu əməliyyat nəticəsində bölgədəki mülki əhaliyə və obyektlərə ziyan vurulmadan erməni hərbi qüvvələri məhv edildi və Azərbaycanın bütün ərazilərində respublikanın suverenliyi gerçəkləşdirildi.

Vaqif BAYRAMOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Oktyabr 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aviakompaniyalar Aİ rəhbərliyindən sərhəd yoxlamalarının yumşaldılmasını istəyir

01 İyul 2026 09:43see299

Rusiyanın müharibə aparmaq imkanları tədricən zəifləyir

02 İyul 2026 08:06see293

Fransa Özbəkistan əməkdaşlığı müzakirə edilib

30 İyun 2026 14:25see268

Fərid Qayıbov idmançılarla görüşüb

01 İyul 2026 02:04see260

“Vudi”nin missiyası dəyişdi Uşaqları ekrandan ayıracaq

01 İyul 2026 06:21see250

Qanunun keşiyində: 2 İyul Azərbaycan Polisi Günüdür

01 İyul 2026 12:58see236

Almaniyanın Rheinmetall şirkəti Ukraynaya 155 millimetrlik mərmilər tədarük edəcək

01 İyul 2026 05:24see203

Türkiyə Aİ dən obyektiv yanaşma gözləyir Fidan

01 İyul 2026 05:00see197

DÇ 26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA

01 İyul 2026 10:00see195

Sumqayıtda benzin daşıyan yük avtomobili teplovozla toqquşub, xəsarət alan var FOTO

01 İyul 2026 01:04see188

Paolo Maldiniyə İtaliya millisində vəzifə təklif olunub

01 İyul 2026 05:12see178

İlk bölümdən ürək parçalayan: Unudulması sadəcə mümkün olmayan yapon dramları

30 İyun 2026 18:32see177

Yaddaşlara həkk olunan “Məzun günü”

01 İyul 2026 16:51see174

Meksika Ekvadora qarşı

01 İyul 2026 05:00see173

Mbappe Messiyə yaxınlaşdı Dünya çempionatlarında 18 ci qol

01 İyul 2026 03:08see173

Həddindən artıq istilərdə nə yeməli, nə içməli ? Düzgün qidalanma

01 İyul 2026 22:45see170

MOİK ə 280 manat cəza

02 İyul 2026 01:55see160

Serialdakı gəlinlik manifest oldu Evlənəcək

01 İyul 2026 03:30see159

Minatəmizləmə, səhiyyə və kəndlər üçün ayrıca 20 milyon avro...

02 İyul 2026 04:16see158

İndoneziyada hərbi hazırlıq proqramı faciədən sonra dayandırıldı

01 İyul 2026 04:17see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri