Icma.az
close
up
RU
“Diplomatik xidmət haqqında” yeni qanun layihəsinə uyğunlaşdırılması üçün bir sıra sənədlərə dəyişiklik edilir AZƏRTAC

“Diplomatik xidmət haqqında” yeni qanun layihəsinə uyğunlaşdırılması üçün bir sıra sənədlərə dəyişiklik edilir AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 13 dekabr, AZƏRTAC

“Diplomatik xidmət haqqında” yeni qanun layihəsinə uyğunlaşdırılması üçün Əmək Məcəlləsinə, Vergi Məcəlləsinə, “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” qanunlara dəyişiklik edilir.

AZƏRTAC xəbər verir ki, qanun layihəsi Milli Məclisin dekabrın 13-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Diplomatik xidmət orqanı əməkdaşlarının rotasiya qaydasında mütəmadi olaraq xaricdə xidmət keçməyə göndərilmələri, habelə diplomatik xidmət orqanlarında fəaliyyətin və xidmətkeçmənin xüsusiyyətləri onlarla bağlı bir sıra əmək, xidmətkeçmə, vergi, sosial sığorta, əmək pensiyası və digər məsələlərin tənzimlənməsini zəruri edir. Sözügedən layihədə məhz diplomatik xidmətdə tənzimlənməsinə ehtiyac duyulan əsas məsələlərin, konkret olaraq əməkdaşa öz vəzifə borcunu yerinə yetirə bilməsi üçün müvafiq xidməti şəraitin yaradılması və xaricdə xidmət dövründə onun ailəsinin birliyi üçün önəm daşıyan məsələlərin əməkdaşın qanuni maraqları çərçivəsində baxılaraq həll edilməsi nəzərdə tutulmuşdur.

Belə ki, hazırda Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının həyat yoldaşları ailənin bir yerdə yaşaması üçün ölkəmizdəki iş yerlərini itirmək məcburiyyəti ilə qarşılaşırlar. Əmək qanunvericiliyinə əsasən əməkdaşın həyat yoldaşına iş yeri saxlanılmaqla altı aydan artıq olmayan müddətə ödənişsiz məzuniyyət verilsə də, bu məzuniyyət mövcud problemin həllinə təsir etmir. Qanunvericiliklə müəyyən edilən hər hansı bir zəmanət olmadan əməkdaşın həyat yoldaşının Azərbaycandakı iş yerindən çıxaraq əməkdaşla birlikdə xaricə getməsi, əməkdaşın xidmət müddəti başa çatdıqdan sonra ölkəyə qayıdarkən onun həyat yoldaşının əvvəlki işlədiyi qurumda işlə təmin olunmasında çətinliklə üzləşməsinə səbəb olur.

Digər tərəfdən, xaricə işləməyə göndərilən əməkdaşın həyat yoldaşının Azərbaycandakı öz iş yerini saxlamaq məqsədilə uzun illər ərindən və ya arvadından ayrı yaşaması da onların şəxsi həyatına və ailənin möhkəmliyinə mənfi təsir göstərir, həmçinin əməkdaşın uşaqlarının ailədə valideynləri ilə birlikdə yaşamaq və tərbiyə almaq hüququnun pozulmasına səbəb olur.

Nəzərə almaq lazımdır ki, xaricdə xidmət keçən dövr ərzində diplomatik xidmət orqanı əməkdaşlarının onlarla birlikdə yaşayan həyat yoldaşlarının öz ölkələrində iş yerlərinin saxlanılması bir çox dövlətlərin təcrübəsində artıq mövcuddur. Öz aktuallığı ilə tənzimlənməsini tələb edən bu məsələ hazırda bəzi dövlətlərin daxili qanunvericilik aktlarında təsbit olunur.

Beləliklə, qanun layihəsində nəzərdə tutulan dəyişikliklər nəticəsində diplomatik xidmət orqanı əməkdaşlarının xaricdə xidmətkeçmə dövründə onlarla birlikdə yaşayan həyat yoldaşlarının öz ölkələrində iş yerlərinin saxlanılması ilə bağlı mütəmadi rast gəlinən problemləri həll olunacaq, eləcə də fəaliyyətindən və həmin orqanlarda xidmətkeçmədən irəli gələn əmək, vergi, sosial sığorta, əmək pensiyası və digər məsələlərlə bağlı hüquqi normaların sahəvi qanunlarda sistemli şəkildə tənzimlənməsi təmin ediləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Dekabr 2024 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see169

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri