Diplomatik xidmət orqanları rəhbərləri postmünaqişə dövrünün reallıqlarını müzakirə edib FOTOLAR
Icma.az bildirir, Sia Az portalına istinadən.
“Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin “Dəyişən dünya düzənində xarici siyasət və çoxtərəfli diplomatiya” mövzusuna həsr olunan panel müzakirə keçirilib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial media hesabında məlumat yayıb.
Bildirilib ki, panel müzakirədə xarici işlər nazirin müavinləri Araz Əzimov və Yalçın Rəfiyev əsas natiq qismində iştirak ediblər.
Panel çərçivəsində postmünaqişə dövrünün reallıqlarının Azərbaycan xarici siyasətində yaratdığı prioritetlər, normallaşma prosesinin vəziyyəti və mövcud çağırışlar, regional və beynəlxalq təhdidlərin fonunda ölkəmizə təsir edə biləcək təhlükəsizlik məsələləri, çoxtərəfli platformalarda fəaliyyət çərçivəsinə mövcud çağırış və imkanlar təhlil edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 07 İyul 2025 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















