Icma.az
close
up
RU
Diplomatik xidmətə hansı hallarda xitam verilir?

Diplomatik xidmətə hansı hallarda xitam verilir?

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Diplomatik xidmət orqanlarında hansı hallarda xidmətə xitam verildiyi məlum olub.

Lent.az-ın xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Diplomatik xidmət haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, diplomatik xidmət orqanı əməkdaşının xidmətinə aşağıdakı əsaslarla xitam verilir:

- öz arzusu ilə xidmətə xitam verilməsi barədə ərizə yazdıqda;

- diplomatik xidmət orqanlarından kənar ödənişli vəzifəyə təyin edildikdə və ya seçildikdə (Diplomatik xidmət orqanı əməkdaşlarının beynəlxalq təşkilatların orqanlarında işləməyə göndərilməsi hal istisna olmaqla);

- əmək qabiliyyətinin fasiləsiz olaraq 6 (altı) aydan çox müddətə tam itirilməsi ilə əlaqədar xidmət funksiyasını yerinə yetirə bilmədikdə;

- diplomatik xidmət orqanının ştat vahidləri ixtisar edildikdə;

- diplomatik xidmət əməkdaşı attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun olmadıqda;

- diplomatik xidmət orqanlarından xaric edildikdə;

- diplomatik rütbədən məhrum edilməklə diplomatik xidmət orqanlarından xaric edildikdə;

- Staj və ya sınaq müddəti müvəffəqiyyətlə başa vurmadıqda;

- Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə;

- diplomatik xidmət orqanlarında xidmətə qəbul məqsədilə təqdim edilmiş sənədlərdə bilərəkdən təhrif olunmuş məlumatların qeyd edilməsi aşkar edildikdə;

- barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda;

- məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;

- bu Qanunun 29.1-ci maddəsi (Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan diplomatik xidmət əməkdaşlarının diplomatik xidmətdə olmalarının yaş həddi müəyyən edilmir)nəzərə alınmaqla, diplomatik xidmət orqanlarında xidmətdə olmanın yaş həddinə çatdıqda və xidmətdə olma müddəti uzadılmadıqda;

- vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə.

. diplomatik xidmət orqanının ştat vahidləri ixtisar edildikdə diplomatik xidmət orqanı əməkdaşı və diplomatik xidmət əməkdaşı attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun olmadıqda diplomatik xidmət əməkdaşı diplomatik xidmət orqanlarında digər vəzifəyə keçirilməkdən imtina etdikdə onun xidmətinə xitam verilir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin edilən diplomatik xidmət orqanı əməkdaşının əmək qabiliyyətini müvəqqəti itirdiyi (əmək qabiliyyətinin fasiləsiz olaraq 6 (altı) aydan çox müddətə tam itirilməsi ilə əlaqədar xidmət funksiyasını yerinə yetirə bilmədiyi hal hal istisna olmaqla), məzuniyyətdə və ezamiyyətdə olduğu dövrdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbərinin təşəbbüsü ilə onun diplomatik xidmət orqanlarında xidmətinə xitam verilə bilməz.

Diplomatik xidmət orqanı əməkdaşı öz təşəbbüsü ilə diplomatik xidmət orqanında xidmətinə xitam verilməsi barədə ərizə təqdim etdiyi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbərinin xidməti davam etdirmək barədə qərarı olduğu təqdirdə, həmin əməkdaş ərizə təqdim etdiyi tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində xidmətini davam etdirməlidir. Diplomatik xidmət orqanı əməkdaşı pensiyaya çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, başqa təyinatlı və ya seçkili vəzifə tutduqda və qanunda nəzərdə tutulan digər hallarda onun ərizəsində göstərildiyi tarixdən xidmətinə xitam verilir./APA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://lent.az
archiveBu xəbər 09 Dekabr 2024 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see556

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see504

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see346

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see275

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see253

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see246

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see226

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see220

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see217

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see212

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see205

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see196

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see193

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see187

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see186

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see185

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri