Icma.az
close
up
RU
Diplomatik xidmət orqanlarında hansı hallarda xidmətə xitam verildiyi məlum açıqlanıb

Diplomatik xidmət orqanlarında hansı hallarda xidmətə xitam verildiyi məlum açıqlanıb

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Diplomatik xidmət orqanlarında hansı hallarda xidmətə xitam verildiyi məlum olub.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Diplomatik xidmət haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, diplomatik xidmət orqanı əməkdaşının xidmətinə aşağıdakı əsaslarla xitam verilir:

- öz arzusu ilə xidmətə xitam verilməsi barədə ərizə yazdıqda;

- diplomatik xidmət orqanlarından kənar ödənişli vəzifəyə təyin edildikdə və ya seçildikdə (Diplomatik xidmət orqanı əməkdaşlarının beynəlxalq təşkilatların orqanlarında işləməyə göndərilməsi hal istisna olmaqla);

- əmək qabiliyyətinin fasiləsiz olaraq 6 (altı) aydan çox müddətə tam itirilməsi ilə əlaqədar xidmət funksiyasını yerinə yetirə bilmədikdə;

- diplomatik xidmət orqanının ştat vahidləri ixtisar edildikdə;

- diplomatik xidmət əməkdaşı attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun olmadıqda;

- diplomatik xidmət orqanlarından xaric edildikdə;

- diplomatik rütbədən məhrum edilməklə diplomatik xidmət orqanlarından xaric edildikdə;

- Staj və ya sınaq müddəti müvəffəqiyyətlə başa vurmadıqda;

- Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə;

- diplomatik xidmət orqanlarında xidmətə qəbul məqsədilə təqdim edilmiş sənədlərdə bilərəkdən təhrif olunmuş məlumatların qeyd edilməsi aşkar edildikdə;

- barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda;

- məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;

- bu Qanunun 29.1-ci maddəsi (Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan diplomatik xidmət əməkdaşlarının diplomatik xidmətdə olmalarının yaş həddi müəyyən edilmir)nəzərə alınmaqla, diplomatik xidmət orqanlarında xidmətdə olmanın yaş həddinə çatdıqda və xidmətdə olma müddəti uzadılmadıqda;

- vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə.

. diplomatik xidmət orqanının ştat vahidləri ixtisar edildikdə diplomatik xidmət orqanı əməkdaşı və diplomatik xidmət əməkdaşı attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun olmadıqda diplomatik xidmət əməkdaşı diplomatik xidmət orqanlarında digər vəzifəyə keçirilməkdən imtina etdikdə onun xidmətinə xitam verilir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin edilən diplomatik xidmət orqanı əməkdaşının əmək qabiliyyətini müvəqqəti itirdiyi (əmək qabiliyyətinin fasiləsiz olaraq 6 (altı) aydan çox müddətə tam itirilməsi ilə əlaqədar xidmət funksiyasını yerinə yetirə bilmədiyi hal hal istisna olmaqla), məzuniyyətdə və ezamiyyətdə olduğu dövrdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbərinin təşəbbüsü ilə onun diplomatik xidmət orqanlarında xidmətinə xitam verilə bilməz.

Diplomatik xidmət orqanı əməkdaşı öz təşəbbüsü ilə diplomatik xidmət orqanında xidmətinə xitam verilməsi barədə ərizə təqdim etdiyi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbərinin xidməti davam etdirmək barədə qərarı olduğu təqdirdə, həmin əməkdaş ərizə təqdim etdiyi tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində xidmətini davam etdirməlidir. Diplomatik xidmət orqanı əməkdaşı pensiyaya çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, başqa təyinatlı və ya seçkili vəzifə tutduqda və qanunda nəzərdə tutulan digər hallarda onun ərizəsində göstərildiyi tarixdən xidmətinə xitam verilir.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://apa.az
archiveBu xəbər 13 Dekabr 2024 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see317

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see247

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see225

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see183

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see163

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see163

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see140

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri