Icma.az
close
up
RU
Diplomatın mollalığı və ya ağayePakayin, get tarixi öyrən, sonra goftegu elə!

Diplomatın mollalığı və ya ağayePakayin, get tarixi öyrən, sonra goftegu elə!

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranın diplomatları da molla kimi danışmağa başlayıblar, nə “iki min illik imperiya ənənələri” sezilir, nə də diplomatik etiket var. Bu dəfə estafet çubuğunu Mövsüm Pakayin əlinə götürüb, rabitəsiz cümlələr, əsası olmayan iddialarla Azərbaycan əleyhinə kükrəyəməyə başlayıb. Azərbaycanda onu az-çox tanıyan var, 2012-ci ildən sonrakı bir neçə il ərzində İranın ölkəmizdəki səfirliyinə rəhbərlik etmiş bu şəxs nə qədər qərəzli olduğunu növbəti dəfə nümayiş etdirib.

Pakayin ötən ilin sonlarında Ərdəbildə təşkil olunan “siyasi tamaşa”da Azərbaycan və Türkiyə liderləri əleyhinə sərsəm çıxışlar edənləri və bu qanacaqsızlığın təşkilatçılarını müdafiə etməyə çalışıb. İddia edib ki, guya həmin tədbirdə “ağzını köndələn” qoyanın “emosional” sözləri oradakı rəsmilər tərəfindən “təsdiqlənməyib” və xüsusən Ayətullah Amuli tərəfindən guya ona “yazılı xəbərdarlıq” edilib. Üstəlik, Ərdəbil imam-cüməsinin səslənən axmaq sözlərə “qəti müxalif” olduğu bildirilir. Əvvəla, məclis tərbiyəsi görməyən birisi təsadüfən rəsmi tədbirin ortasında peyda olub, ağlına və ağzına gələni çərənləyə bilməz, İran kimi teokratik rejimdə. Beləsinin dərisini boğazından çıxararlar. Necə olur, 30 il ərzində bircə dəfə də olsun belə tədbirlərdə kimsə “Xocalı qatili Petrosyana, Sərkisyana, Köçəryana ölüm olsun!”, demir, yaxud “Qarabağdakı məscidlərdə donuz saxlayan erməniləri lənətləyirik”, söyləmir, amma birdən kimsə peyda olur və Azərbaycan, Türkiyə əleyhinə anqırmağa başlayır? Gah deyirlər bu şəxs rəsmi deyil, onun fikri İranın rəsmi mövqeyi sayıla bilməz, Pakayin də “ağıllı” şəkildə iddia edir ki, İranın dini liderinin Ərdəbildəki nümayəndəsi guya həmin zəvzəyə “yazılı xəbərdarlıq” edib. Bəlkə dua yazıb, açıq desinlər...

Üstəlik də “Ərdəbil Bazarı İslami Assosiasiyası və Ərdəbilin Əzəm Məscidinin Qəyyumlar Şurası bəyanat yayaraq həmin şəxsin sözlərinin mərasimin proqramları ilə heç bir əlaqəsi olmadığını açıqlayıb”mış. Həmin bəyanat da sanki uşaq başı aldatmaq üçündür.
Diqqət edin: “Təəssüf ki, möhtəşəm bir toplantıda tədbirin təsdiq edilmiş proqramları ilə heç bir əlaqəsi olmayan bir şəxs gözlənilmədən, emosiyalar üzündən, İsraillə sıx əməkdaşlıq etdiyinə inandığı bəzi əcnəbi şəxsləri aşağılayacaq sözlər dedi. Halbuki, bu kimi məsələlər İslam İnqilabının məqsədinə və məddahlıq camiəsinin yanaşmasına tamamilə ziddir və qətiyyən, təsdiq edilmiş proqramlar siyahısında olmamışdır.”

Söhbət İsraillə faktiki olaraq müharibə vəziyyətində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və neçə illərdir Qəzza probleminin iki dövlət prinsipi əsasında həll olunmasını zəruri sayan, məsələ ilə bağlı prinsipial mövqe tutan Azərbaycan Prezidenti İlham Əliyevə qarşı təhqirlərin səsləndirilməsindən gedir? Nə “bəzi əcnəbi şəxslər?” Kimdir əcnəbi?! Müdafiə üçün arqument yoxdur, bilirik, amma bu, hansısa nağıllar uydurmağa əsas vermir, xəcalət çəkmək, üzr istəmək, Azərbaycan Prezidentinin dediyi kimi, o əyalət mollasını qovmaq lazımdır! Ərdəbil kimi Azərbaycan üçün müqəddəs məkana belələri, nifaq toxumu səpənlər rəhbərlik etməməlidir! Bu, Şah İsmayıl Xətai babamızın da ruhuna həqarətdir! Azərbaycan və Türkiyəyə qarşı xəpis niyyətli addımlar atan, Səfəvilərlə Osmanlı arasındakı böyük səhvi 500 il sonra gündəmə gətirənlər türkün ən böyük düşmənləridir, iki qardaş arasına girmək istəyənlər irinləyib çıxacaqlar, şübhəmiz yoxdur! Amma məsələnin üstündən də keçməyəcəyik, o vaxta qədər ki, təhqiramiz iddiaları səsləndirənlər və ona şərait yaradanlar cəzasını alsınlar! Bu da Azərbaycanın qırmızı xəttidir.

Pakayin İran Xarici İşlər nazirinin köməkçisi və XİN-nin Avrasiya üzrə baş direktoru Müctəba Dəmirçilunun “Bu cür bəyanatların İran İslam Respublikası hökumətinin rəsmi mövqeləri ilə heç bir əlaqəsi yoxdur”, bəyanatını da xatırladıb. Azərbaycan Prezidenti açıq bəyan etdi: “İranın Xarici İşlər Nazirliyinin açıqlamasındakı təəssüf hissi kifayət deyil. Burada açıq təhqir olub: həm Türkiyə, həm Azərbaycan prezidentləri, həm bizim xalqlar və rəsmi tədbirdə canlı yayım gedən zaman və sadəcə, təəssüf?! Bu, əlbəttə ki, qəbuledilməzdir. Ona görə biz hesab edirik ki, o əyalət mollası cəzalandırılmalıdır. Ən azı vəzifəsindən qovulmalıdır və Azərbaycandan üzr istəməlidir”. Üzr istəmək, günahkarları cəzalandırmaq əvəzinə, ağzına yiyəlik edə bilməyənləri müdafiə etmək...Özü də utanıb, qızarmadan!

İranlı diplomat iddia edir ki, Ayətullah Seyid Həsən Amili öz çıxışlarında “həmişə İran və Azərbaycan Respublikası münasibətlərini müdafiə edən və iki ölkə arasında əlaqələrin gücləndirilməsinə çağıran şəxsiyyətlərdəndir”. Nə imiş o müdafiə? 22 iyul 2023-cü ildə İİRNA-ya deyib: “Bizim ortaq düşmənimiz vardır ki, zehinləri sapındırır, Azərbaycan xalqına İranla bağlı pis görüntü təqdim edir”.

Kimdir ortaq düşmən? Azərbaycanın düşməni Ermənistandır, o da İranın dostudur. Ermənistan Azərbaycan torpaqlarını məhz İran nəfəsliyi sayəsində işğal edib, bunu Ter-Petrosyan şəxsən etiraf edib. Odur ki, “ortaq düşmən” nağıllarını da bir tərəfə atmaq lazımdır.

Diplomat Pakayin Ərdəbil mollasını müdafiə mövqeyində davam edərkən İranın 90-cı illərdə Azərbaycana, həmçinin Naxçıvan bölgəsinə yardım etməsindən söz açır. Biz tarixi faktları danmırıq. Amma İranın Azərbaycanla ticarət əlaqələrindən əldə etdiyi mənfəətdən də danışsınlar. İran havayı yerə bir tümənindən belə, keçməyib. Amma vaxtilə bu, şəxsən Ayətullah Amuliyə deyilib: “İran niyə Azərbaycan ərazilərini işğalda saxlayan Ermənistanın üzünə qapılarını bircə həftə kəsməyib?! Bəli, bu gün hədəfə alınan Türkiyə Ermənistanın üzünə 1993-cü ildə çırpdığı qapılarını bu gün də açmır, dost-qardaş Azərbaycan nə zaman desə, o zaman açılacaq, deyir. Dostluq, qardaşlıq, müsəlmanlıq, insanlıq belə olur!

Yoxsa Azərbaycan öz canı-qanı bahasına torpaqlarını azad etdikdən sonra – yalnız 3 noyabr 2020-ci ildə “Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş bütün torpaqları azad edilməlidir və Azərbaycana qayıtmalıdır”, deməyə nə var idi ki? Pakayin İran dini liderinin sözügedən bəyanatını başa qaxınc etməyə, minnət qoymaya çalışır. On minlərlə müsəlmanın məzarları yer üzündən silinib e, təkcə Qarabağda, Şərqi Zəngəzurda deyil, həm də Qərbi Azərbaycanda – Ermənistanda! Təkcə Ermənistanda mövcud olan 600 qəbristanlığımızdan yalnız ikisi qalıb, İran lideri nə zaman erməni vandalizmi haqda fətva verib?! Yaxud elə Pakayin Azərbaycanda səfir olan zaman İran şirkəti işğaldakı Şuşada, Yuxarı Gövhərağa məscidində “təmir-bərpa” işləri aparırdı, səfirlik bu barədə suallara cavabında “bu barədə məlumatımız yoxdur”, deyirdi. “Təmir” Azərbaycan məscidinin “iranlaşdırılması” məqsədilə edilirdi və Şuşa azad ediləndən sonra Prezident İlham Əliyev həmin saxta izlərin rədd edilməsi barədə göstəriş verdi. Pakayin və digərlərini yandıran həm də bu faktlardır.   

Diplomatiyada axsaq olduğu qədər, tarixdən də bixəbər olan Mövsüm Pakayin iddia edib ki, 2020-ci ilin 3 noyabrında, yəni Ermənistanın başı Dəmir Yumruqla əzildiyi zaman İrandan verilən dəstək “fövqəladə” əhəmiyyətli imiş. “Unutmayın ki, yaxın dostlarınızdan heç biri belə bir mövqe tutmadı”, iddiasını dilə gətirmək üçün adamda üz lazımdır. Azərbaycana qarşı Tovuz təxribatı olanda qardaş Türkiyə “Azərbaycana hücum edən qarşısında məni görəcək”, mövqeyini ortaya qoydu, son günədək yanımızda dayandı. İran ordusu kimi, Araz boyunca hücumumuzun qarşısını kəsmədi, hərbə-zorba təlimləri keçirmədi. Pakayin Özbəkistanda da səfir işləyib, ən azı bilməli idi ki, Özbəkistan Qarabağ işğalda olduğu illərdə Ermənistanla diplomatik əlaqələr qurmadı. Pakistan bu günədək Ermənistanı “adam yerinə” qoymur. İranın bəyənmədiyi İsrailin Ermənistana münasibəti bəlli. Fars əyalətində doğulmuş Pakayin Azərbaycan türklərini “azərilər” adlandırmaqla on milyonlarla insana həqarət edir, içini ortaya tökür bu ifadə ilə. Məqsəd Türkiyə-Azərbaycan müttəfiqliyinə xələl gətirmək, “qaşınmayan yerdən qan çıxartmaq”, məzhəb təfriqəsi salmaq, İslam dünyasını parçalamaqdır. Azərbaycan və Türkiyənin Suriyada – İranın məğlub olduğu məkanda – bir arada olması mollaları qeyzləndirib, ağıllarına və ağızlarına gələnləri sağ-sola üfürürlər. Bu gün də Təbrizdə birisi Azərbaycanı hədələyib. Azərbaycan səfirliyində silahlı terror törədənləri himayə edənlər bizə nağıl danışmasınlar, danışdıqca özlərini batırırlar - Pakayin kimi! Adında pak – təmiz – olsa da, məramı pak deyil belələrinin... Görən olsa, desin, ağaye-Pakayin, get, tarixi öyrən, sonra “gofte-gu” elə! Bu mövzuda piyadasan!

P.S. Bu günlərdə İranın Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Azərbaycana səfər etdi və dövlət başçımızla, digər rəsmi şəxslərlə görüşdü. Yəqin ki, lazım olan sözlər ona deyildi. Çox qəribədir, Əhmədian Tehrana qayıtmamış İrandan növbəti anti-Azərbaycan fikirlər, hədə, təhdidlər yayılmağa başladı. Belə görünür ki, mühafizəkarlar – mollalar münasibətlərin normallaşmasını istəmirlər. Yoxsa Azərbaycan Prezidenti ilə görüşdə dostluq, qonşuluq münasibətləri ilə bağlı normal fikirlərin səslənməsinin ardınca Pakayin kimilərinin ortaya düşməsinə ayrı ad qoymaq mümkün deyil. Yəqin sabah İran XİN bəyanat verər ki, “Pakayinin mövqeyi İranın rəsmi mövqeyi sayıla bilməz”.    

Elşad Paşasoy

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Yanvar 2025 20:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see367

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see253

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see216

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see196

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see179

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see163

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see154

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see150

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see149

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see147

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see136

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see134

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see132

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri