Icma.az
close
up
RU
Diplomatlar bütün söhbətlər barədə məlumat verməlidir, çünki... Musa Qasımlı

Diplomatlar bütün söhbətlər barədə məlumat verməlidir, çünki... Musa Qasımlı

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, 2003-cü ildən sonra yeni şəraitə uyğun olaraq  Prezident İlham Əliyevin müəyyənləşdirdiyi xarici siyasət xəttinin uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan dövlətinin beynəlxalq nüfuzu artıb, bir sıra ölkələrdə səfirliklərimiz açılıb, diplomatik fəaliyyətin coğrafiyası genişlənib. Azərbaycan dünyaya təsir edən güc halına gəlib və bir sıra örnəklər yaradıb. Hər bir dövlətin başlıca vəzifəsi olan ölkənin və millətin müdafiəsini təşkil etmək, təhlükəsizliyini etibarlı qorumaq və dövlət quruculuğu üçün əlverişli beynəlxalq şəraiti təmin edən xarici siyasəti yürütmək vəzifələri ötən illərdə uğurla yerinə yetirilib”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı bu gün keçirilən plenar iclasda deyib.

Onun sözlərinə görə, Azərbaycan “həlli olmayan, çətin olan” kimi təqdim edilən bütün problemləri həll edib:

“Diplomatiya mümkünlük sənətidir. Qarşıda dayanan beş pis variantdan ən az pis variantı götürməyi bacaran diplomatiyanın fəaliyyəti bir qayda olaraq qənaətbəxş qiymətləndirilir. Lakin xarici siyasət fəaliyyətini heyrətamiz ustalıqla həyata keçirən  Prezident İlham Əliyev uzun əsrlər boyu formalaşmış bu düsturu vurub dağıtdı, qarşımıza qoyulan bütün pis variantları ayaqları altına atdı, millətimiz və dövlətimiz üçün ən yaxşı olanını etdi, millətimizi qələbələrə gətirdi. Qazanılan qələbə təkcə hərbi deyil, eyni zamanda İlham Əliyev diplomatiyasının qələbəsidir, dünya diplomatiya tarixində nadir hadisədir. Dövlətimizə qarşı aparılan çirkin kampaniyaların səbəblərindən biri budur.Bu gün dövlətimiz, millətimiz qalibdir. Xaricdə Azərbaycanı təmsil edən şəxs dövlət diplomatıdır və o, bütün söhbətlər barədə məlumat verməlidir. Çünki, bunların hamısın səfirliyin arxivində qalır”.

Deputat qeyd edir ki, 1991-ci ildən sonra ilk dəfə olaraq 2023-cü ildə dövlət suverenliyimizin tam bərqərar edilməsindən sonra yaranmış tamamilə yeni şərait bu qanunun hazırlanmasını şərtləndirib:

“Andiçmə mərasimindəki nitqində  Prezident dövlətimizin xarici siyasətinin üstün istiqamətləri barədə söylədiklərinin reallaşdıırlması da diplomatik xidmət orqanlarının qarşısında yeni vəzifələr qoyur. Həmin vəzifələri yerinə yetirməkdən ötrü diplomatik xidmət orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi zəruridir.

Layihə diplomatik xidmətin hüquqi əsaslarını, prinsiplərini, diplomatik xidmət orqanlarının sistemini, fəaliyyət istiqamətlərini, funksiyalarını, təşkili qaydalarını, xidmət əməkdaşlarının əsas vəzifələrini, hüquqlarını, diplomatik xidmət əməkdaşlarının, onların ailə üzvlərinin maddi təminatına və sosial müdafiəsinə dair və digər məsələləri tənzimləyir.
Layihə diplomatik xidmət orqanlarında vahid və ciddi mərkəzçiliyi, çevik və səmərəli əlaqələndirmənin daha yaxşı təşkilini təmin edəcəkdir. Müstəqilliyin ilk illərində ölkəmizdəki bəzi qurumların Xarici İşlər Nazirliyini məlumatlandırmadan, razılığını almadan hər hansı bir ölkə və xarici təşkilatla birbaşa əlaqə qurmalarının, rəsmi şəxslərin bir məsələyə dair fərqli fikirlər səsləndirmələrinin vahid xarici siyasət xəttinə vurduğu ziyan məlumdur.
Qanun layihəsi təkcə bu günümüz deyil, gələcək baxımından da əhəmiyyətlidir. Layihədə diplomatik fəaliyyətə dair yazışmaların qeydiyyatının aparılmasının, saxlanılmasının, arxivləşdirilməsinin və mühafizəsinin təşkil edilməsinin tənzimlənməsinin yazılmasını milli-dövlətçilik tariximiz baxımından əhəmiyyətli hesab edirəm. Diplomatik xidmət orqanlarının arxivinə dair ayrıca maddənin qanun layihəsində verilməsi yaxşı olmazdımı?

Vacib məsələlərdən biri diplomatik xidmətə xitam verildikdən sonra şəxsin keçmiş xidməti fəaliyyəti barədə məlumatlar verməsi məsələlərinin tənzimlənməsidir. Buna dair əvvəlki illərdə yol verilmiş bəzi üsulsuz halların qarşısı bundan sonra qanunla alınmalıdır.
Əhəmiyyətli məsələlərdən biri diplomatik xidmət əməkdaşının elmi və yaracılıq fəaliyyəti, həmçinin xidmət keçdiyi diplomatik xidmət orqanı rəhbərinin icazəsi ilə pedaqoji fəaliyyətlə məşğul olması məsələsinin tənzimlənməsidir. Diplomatların universitetlərin müvafiq fakültələrində dərs vermələrinə icazənin nəzərdə tutulmasının diplomatik kadrların hazırlanmasında təkcə elmi-nəzəri deyil, praktik baxımdan da faydalı olacağı qənaətindəyəm. Yeri gəlmişkən, keçmiş səfirlərimizin gündəliklərinin, xatirələrinin bəlli qaydalar çərçivəsində yazıb kitab halında dərc etdirmələri diplomatya tariximizin öyrənilməsi, tədqiqi və təbliği baxımından fayda verərdi. Bu ənənənin formalaşdırılmasına ehtiyac vardır.

Layihədə diplomatik xidmət orqanları əməkdaşlarının sosial məsələlərinin tənzimlənməsinin nəzərdə tutulması əhəmiyyətli olub, onların peşə fəaliyyətinin daha yaxşı həyata keçirmələrinə kömək edəcəkdir.

Qanun layihəsi müvafiq tələblərə cavab verən gənclərin diplomatik xidmətə qəbulunu daha yaxşı tənzimlədiyi, diplomatik xidmətdə varisliyi, ierarxiyanı, ənənəni təmin etməyə, ciddi nizam-intizamın yaratmağa yönəldiyi üçün də əhəmiyyətlidir.
Layihədə diplomatik xidmət orqanı əməkdaşlarının fəaliyyətin qiymətləndirilməsinin və attestasiyadan keçiriməsinin nəzərdə tutulması bu sahədə işlərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədini güddüyündən yalnız müsbət qiymətləndirilməlidir”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Dekabr 2024 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri