Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb
Icma.az bildirir, Sherg.az portalına istinadən.
“Avromed”in İnsan resursları üzrə baş direktory Sara Cavlalova çalışdığı şirkəti məhkəməyə verib.
Teleqraf-ın məlumatına görə, buna səbəb şirkətin onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verməsidir.
Nəsimi Rayon Məhkəməsinə müraciət edən Sara Cavlalova vəzifəsinə bərpa edilməyi və işə bərpa olunan günədək məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
Cavabdeh “Avromed Company” isə məhkəməyə barışıq sazişini təqdim edərək iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını istəyib.
“Avromed” qəbul edib ki, əmək müqaviləsinin xitam verilməsində qeyd olunan 70-ci maddənin “ç” bəndi 68.2- a ( öz ərizəsi ilə işdən çıxma-red) bəndinə uyğun olaraq əvəz edəcək.
Əvəzində Sara Cavlalova Nəsimi rayon Məhkəməsinin icraatında olan “Avromed”ə qarşı işə bərpa və əmək haqqı tələbinə dair iddia ərizəsindən imtina etməyi öz öhdəsinə götürüb.
Bununla da tərəflər gələcəkdə bir-birilərinə qarşı bu işlə əlaqədar əmək mübahisəsi və maddi ziyanın ödənilməsinə dair tələbləri olmayacaq.
Qeyd edək ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində işçi özünün əmək funksiyasını və ya əmək funksiyası üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) işdən azad edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, “Avromed”in hazırda Baş icraçı direktoru Kamran İskəndərovdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 03 Dekabr 2025 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















