Icma.az
close
up
RU
Diplomlar elektronlaşdı: Məzunlar kağız variantı necə əldə edə bilərlər?

Diplomlar elektronlaşdı: Məzunlar kağız variantı necə əldə edə bilərlər?

Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu ildən ali təhsil müəssisələrinin məzunlarına diplomlar elektron formatda təqdim olunur.

Bununla da uzun illər məzunların yaddaşında xüsusi yer tutan ənənəvi kağız diplomlar tarixə qovuşur.

Kağız diplom bir çoxları üçün sadəcə təhsil sənədi deyil, həm də arasına qoyulan şirinliklər, çəkilən xatirə şəkilləri və ailə ilə bölüşülən sevinc vasitəsilə illərlə çəkilən zəhmətin, qazanılan uğurun və unudulmaz tələbəlik illərinin simvolu olub.

Elektron diplom sistemi sənədləşmə prosesini daha müasir, sürətli və əlçatan etsə də, bəzi məzunlar ənənəvi kağız diplomdan imtina etmək istəmir.

Bəs elektron diplom alan məzun sonradan onun kağız variantını əldə edə bilərmi?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, elektron diplomlar artıq hər bir məzun üçün "myGov" platformasında əlçatan olacaq:

"Artıq bilirsiniz ki, sənədlərin elektron qaydada təqdim olunması ilə bağlı təşəbbüs həyata keçirilir. Elm və Təhsil Nazirliyinin müvafiq şöbəsinin müdiri də bu məsələ ilə bağlı son günlərdə mətbuata açıqlama verib. Hər kəs mobil tətbiq vasitəsilə "myGov"a daxil olaraq diplomunu elektron formada görə bilər".

Məzahir Məmmədli qeyd edib ki, məzunlar istədikləri halda diplomun kağız variantını da əldə edə bilərlər:

"Ənənəvi diplomun əldə olunmasına gəlincə, hər kəs istədiyi vaxt elektron diplomunu çap etdirərək kağız formatında özündə saxlaya bilər. Zəruri hallarda tələb olunan qurumlara təqdim etmək üçün diplomun kağız versiyasını istənilən vaxt çap etmək mümkündür. Bununla bağlı hər hansı məhdudiyyət və ya qadağa yoxdur. Bu praktika dünyanın bir çox ölkəsində uzun illərdir tətbiq edilir. Azərbaycanda isə layihəyə ötən ildən başlanılıb, bu ildən isə tam şəkildə tətbiq olunur. Ali təhsil müəssisəsini bitirmiş hər bir şəxsin diplomu avtomatik olaraq "myGov" mobil tətbiqinə yüklənir və o, heç bir quruma müraciət etmədən şəxsi hesabı vasitəsilə diplomunun kağız surətini çıxara bilər".

Fəridə Əsədzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 23 İyul 2026 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri