Icma.az
close
up
RU
Diplomlu işsizlər ordusu niyə artır? KÜNCDƏN BAXIŞ

Diplomlu işsizlər ordusu niyə artır? KÜNCDƏN BAXIŞ

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Elçin Bayramlı

Son vaxtlarda təhsildə baş verən tənəzzül və yüz minlərlə ali təhsil diplomu olan işsiz problemi daha çox müzakirə olunur. Problem orta məktəblərdən başlayır və əmək bazarındakı diplomlu işsizlər ordusu ilə bitir.

Orta məktəblərdə təhsil səviyyəsi son illərdə daha da aşağı düşüb və valideynlər ai təhsil vermək istədikləri uşaqlarını kurslara və repetitorlara yönəldib. Çünki bugünkü təhsil sistemi uşaqlara, cəmiyyətə heç nə vermir. Sadəcə ağır dərs proqramı ilə yüklənmiş uşaqlar var. Ali məktəblərə qəbul imtahanlarının nəticələrinə baxanda görürük ki, əksəriyyəti 5 ballıq sistem üzrə 2 qiymətlə (150-250 bal) daxil olur. Hələ bunlar özünə əmin olub imtahana girən abituriyentlərdir. Qalanlarının təhsil səviyyəsi 1-lə qiymətləndirilə bilər.

Yəni 11 illik ağır proqramın nəticəsi budur. Ali məktəblərdə də eyni vəziyyətdir. Diplom alıb məzun olmuşlar öz sahəsində mütəxəssis kimi işləyə bimir. Bizim ali məktəblərin çoxu müasir tendensiyalardan geri qalır. Elmdə, texnologiyada dəyişmələrə, çağırışlara adekvat dəyişiklik yoxdur. Yeni peşələr, texnologiyaların öyrədilməsində ənənəvi üsullardan daha çox istifadə edirlər. Bu gün əmək bazarında da onların bir çoxuna tələbat yoxdur. Bizim ali məktəblərin buraxdığı məzun kütləsinin 99%-nə əslində əmək bazarında ehtiyac yoxdur. Birincisi əmək bazarı tutumu o qədər deyil. İkinci tərəfdən də o peşələrin aktuallığı azalıb.

Peşə təhsili sistemi Sovet dövründə çox yaxşı təşkil olunmuşdu. Böyük peşə məktəbləri şəbəkəsi var idi və böyük sənaye sistemi olduğuna görə, həmin məktəbləri qurtaran insanlara lazımi mütəxəssis kimi hər yerdə tələbat var idi, rahat iş tapırdılar. Amma bu gün işsizlik problemi var. Yenə də peşə məktəblərinə yönəlmə bizdə çox zəifdir. Halbuki, əmək bazarında peşə təhsili olanlara tələbat çoxdur, ali təhsillilərə isə tələbat azdır.

Bu gün ustaların 99%-nin peşə təhsili yoxdur. Eləcə də bir çox sahələrdə müəyyən ixtisaslı peşələr var ki, təhsil almamış kimi gəldi götürürlər. Bu da effekt vermir.

Normal halda, ölkənin əmək bazarında hansı peşələrə nə qədər tələbat olması araşdırılmalı, qəbul buna uyğun aparılmalıdır. Yoxsa plan yeri, pul qazanmaq xatirinə kütləvi şəkildə hamını ali təhsilə cəlb eləmək, yalançı diplomlar verib buraxdıqdan sonra onların həyatda heç bir iş tapa bilməməsi problem yaradır. Çəkilən əziyyətlər, təhsil sisteminə xərclənən vəsait batır, insanlar da heç bir şey əldə edə bilmirlər.

Bugünkü gənclər çalışmalıdırlar ki, peşə təhsili alsınlar, ixtisaslı kadr kimi özlərinə yer tutsunlar. Maddi gəlirlərə baxanda da görünür ki, bu gün ali təhsillilər ən aşağı maaş alanlardır. Müşahidələrimə əsasən deyə bilərəm ki, savadlı ustalar (məsələn, avtomobil, texniki avadanlıqların ustaları və s.) ayda 3-5 min, hətta bəzən 10 min manat, amma ali təhsillilər 500-1000 manat civarında qazanırlar.

Üstəlik bu müstəqil işdir. Yəni insanlar özlərini işlə təmin eləmiş olur, heç bir müəssisədən asılı olmur. Bu baxımdan müasir tendensiyalarla ayaqlaşmaq lazımdır.

Bazarın tələblərinə uyğun gənclər özlərinə peşə seçməlidirlər. Küyə düşüb “uşağımı oxudum”, “diplom alım” demək lazımsız bir mərhələdir. Bütün dünya ölkələrində bundan çoxdan imtina olunub. Böyük əksəriyyəti başqa ölkələrdə bazarın tələbinə uyğun peşə ixtisas mərkəzlərinə yönəldilir.

Gənclər yeni texnologiyalardan istifadə edərək özləri üçün kiçik biznes qura bilərlər. Burada ilkin kapital, ləvazimat çatışmazlığı kimi müəyyən problemlər var. Ona görə də dövlət özünüməşğulluq proqramının əhatə dairəsini və maliyyə imkanlarını dəfələrlə artırmalıdır ki, daha çox insan dövlətin yardımı ilə özünə bir iş, kiçik obyekt qura bilsin.

Bundan əlavə, peşə təhsili təbliğ olunmalı, artırılmalıdır. Çoxlu yeni ixtisaslar yaranmalı və tələblər qoyulmalıdır ki, peşə təhsili olmayanlar usta kimi və yaxud texnik kimi işləməsinlər.

Müxtəlif sahələrdə peşə təhsilinə yiyələnə bilməyənlər qeyri-peşəkar xidmət göstərirlər. Bu gün bazarda əsas problemlərdən biri odur ki, peşəkar, təhsilli usta çox azdır. Məsələn, ustalar avtomobiləri pis vəziyyətə qoyur. Çünki heç bir təhsili yoxdur. Kiminsə əlinə baxıb öyrənib, amma texniki olaraq anlayışı yoxdur. Ona görə də, belə bir tələb qoyulsa ki ancaq peşəkar ixtisaslı kadrlar işləyə bilərlər onda bu sahəyə maraq artacaq.

Dövlət də ilk növbədə əmək yarmarkalarında onların işlə təminini təşkil etməlidir ki, insanlar görsün ki, hamı ali təhsili almaqla iş tapa bilmir. Amma uşaqlar peşə təhsilinə yönəldiləndə peşəkar mütəxəssis olur, işləyir, pul da qazanır, sonra özünə biznes də qurur.

Dünyanın bir çox böyük biznesmenlərinin, nüfuzlu şəxslərinin heç ali təhsili yoxdur. Bu onu göstərir ki, yalançı diplom xatirinə ali təhsil planını artırmağa ehtiyac yoxdur. Müasir çağırışlara, texnologiyaya uyğun kurslar, peşə məktəbləri kadrlar yetişdirilməlidir ki, həmin şəxslər əmək bazarının tələbinə uyğun təhsil alsın, peşə və bacarıqlara yiyələnsin.

Hazırda əmək bazarı ilə təhsil sistemnin bir-birilə əlaqəsi yoxdur. Bir çox iş yerləri var ki savadlı kadrlar axtarır, amma o sahədə işçi tapa bilmir. Bu məsələlər kompleks şəkildə həllini tapmalıdır. Dövlət bu sahədə xüsusi proqram və islahatlar həyata keçirməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Aprel 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see336

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see308

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see268

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see252

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see250

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see246

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see241

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see233

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see230

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see227

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see217

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see216

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see214

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see209

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see207

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see204

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see202

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see201

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see186

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri