Icma.az
close
up
RU
Ailədaxili zorakılıq niyə artır? Əsil səbəb budur! KÜNCDƏN BAXIŞ

Ailədaxili zorakılıq niyə artır? Əsil səbəb budur! KÜNCDƏN BAXIŞ

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Son günlərdə ictimaiyyət tərəfindən müzakirə olunan məsələlərdən biri də, ailədaxili zorakılıqla bağlı açıqlanan statistikadır. Ənənəvi olaraq bizim cəmiyyətdə ailədaxili zorakılıq adətən kişilərin qadınlara qarşı hərəkətləri ilə formalaşıb. Lakin son dövrlərdə qadınların kişilərə qarşı zorakılıq halları da artır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin açıqladığı məlumata görə, ötən il 58 kişi gender əsaslı zorakılığa məruz qalıb. Və bu rəqəm hər il artır.

Əlbəttə, bu cür hallara bütün qeyri-sağlam cəmiyyətlərdə rast gəlinir. Söhbət cinsindən asılı olmayaraq zorakılıqdan gedir. Ümumiyyətlə, cinsindən, tərəfindən asılı olmayaraq zorakılıq qeyri-insani hərəkətdir və yolverilməzdir. Bu halda sağlam psixologiyadan söhbət gedə bilməz. Bu, mənəvi deqradasiyadan daha çox, səhiyyənin, psixoterapiyanın problemdir. Çünki şübhə yoxdur ki, bu şəxslər ağır dərəcəli psixi xəstədirlər. Bu şəxslər qapalı dispanserlərdə ciddi müalicə almalı, sağaldıqdan sonra cəmiyyətə buraxılmalıdırlar. Çünki onlar ailədaxili zorakılıqla yanaşı, ağır cinayətlər, zorlama, qətl və s. cinayətlər törədə bilərlər və törədirlər də.

Aydın məsələdir ki, cəmiyyətdə hamı psixi cəhətdən sağlam deyil. Hansı cəmiyyətdə stress daha çoxdur, mənəvi deqradasiya daha yüksək gedibsə, qeyri-sağlam münasibətlər varsa, orada belə hallar həmişə olacaq. Amma bunun qarşısını almaq üçün müvafiq institutlar, sistemlər var. Bunun ən başlıca yolu da əhalinin kütləvi şəkildə məcburi psixi müayinəsinin təşkil olunmasıdır. Necə ki, insanlar üçün narkoloji müayinələr təşkil edilir, psixoloji müayinələr də təşkil edilməlidir. Çünki psixi problemli insanlar potensial cinayətkarlardır. Bunların azad şəkildə ortada gəzməsi doğru deyil.

Onu da qeyd etmək lazımdır ki, münaqişə zamanı heç də hər iki tərəf psixi problemli olmur. Deməli, digər tərəf bunu başa düşüb vaxtında tədbir görməlidir. Ya ayrılmalıdır, ya da qarşı tərəfi müalicə etdirməlidir. İnsanlar ailə qurarkən qarşısındakının psixi vəziyyətini nəzərə almalıdır. Psixi xəstə ilə hər hansı bir mübahisə, münaqişə və s. proses gec-tez cinayətlə nəticələnir. Buna görə də problemin kökündə psixiatriya və mənəvi deqradasiya amili dayanır.

Sırf qadınların kişilərə qarşı zorakılığının artmasına gəldikdə, burada əsas rolu mənəvi deqradasiya oynayır. Kişilərin zorakılığı getdikcə azaldığı bir vaxtda qadınların zorakılığa meylinin artması bunu göstərir. Bütün bunlar cəmiyyətin matriarxat sistemə keçməsini də göstərir. Son vaxtlar qadınların hegemonluğu artır, hətta bəzən həyat yoldaşına qarşı hər hansı zorakılıq və yaxud ailə başçısının haqlı tələbinə qarşı tabesizlik edirlər. Bu da artıq mənəvi deqradasiyanın göstəricisidir. Ona görə də bu həddə gəlməmişdən qabaq, yəni ailədə əgər dözülməz hallar varsa, sadəcə sivil qaydada ayrılmaq olar. Bu baxımdan istər kişinin qadına, istərsə də qadının kişiyə zorakılığı qeyri-normal, qeyri-insani haldır.

Ona görə də hesab edirəm ki, bu cür insanların əksəriyyəti psixi xəstədir. Bu, faktiki tibbi diaqnozdur. Psixi xəstə olmayan insan heç vaxt nəinki doğmalarına, heç kənar şəxslərə də xəsarət yetirməz, zorakılıq etməz. Bu səbəbdən də əlac ona qalır ki, kütləvi şəkildə əhalinin psixi müayinəsi təşkil edilsin. Çünki bu cür insanların cəmiyyətdə rahat, sərbəst hərəkəti digərləri üçün ciddi təhlükə yarada bilər.

Ümumiyyətlə, ailə yalnız qarşılıqlı anlaşma, birgə yaşayış, bir-birini sevmək, onun dəyərlərinə, xarakterinə uyğunlaşmaq mənasını daşıyır. Əgər bu kriteryalar yoxdursa artıq heç bir ailədən söhbət gedə bilməz. Bu, artıq ailə deyil, 2 şəxsin bir yerdə yaşamasıdır. Bunlar tamam fərqli şeylərdir.

Tarix boyu insan cəmiyyəti belə yaşayıb, ailə daxilində mübahisələr də olub, fikir ayrılığı da olub, lakin bunun yolu zorakılıq deyil, problemi müzakirə edib doğru yolu tapmaq və birgə qərar verməkdir. Əgər heç cür alınmırsa, demək artıq ailə bitmişdir, sakitcə ayrılmaq vaxtıdır. Əks halda, bunun axırı ciddi problemə gətirib çıxaracaq.

Buna görə də gənclər evlənərkən həyat yoldaşını maddi yox, mənəvi kriteroyalar üzərindən seçməlidir. Təcrübə və faktlar göstərir ki, mənəvi kriteriyalar üzərində qurulan ailələrlə heç bir problem olmur. Maddi dəyərlər üzərində qurulan ailələrdə isə daim problemlər baş verir və sonda ən yaxşı halda ailə dağılır.

Ailənizi qoruyun, problem varsa müzakirə edin, ağsaqqal fikri dinləyin, həll yolu tapın. Ata-babalarınız, ana-nənələriniz bunun əyani nümunəsini verib. Yenidən Amerika kəşf etməyin yeri yoxdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:241
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Fevral 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri