Diplomsuz həkimlər, saxta müalicə Stomatoloq fırıldağı ifşa olundu
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"L.A. Dent" klinikasında çalışan Turab Məmmədli adlı diş həkiminin tibb sahəsi üzrə heç bir təhsilinin olmadığı iddia edilir.
Baku TV adıçəkilən şəxsin qəbuluna yazılaraq məsələni aydınlaşdırmağa çalışıb. Məlum olub ki, o, fəaliyyətini açıq şəkildə icra edir.
Daha sonra klinikanın baş həkimi Kəmalə Əsgərova məsələ ilə bağlı açıqlama verərək bildirib ki, Turab Məmmədli klinikada təcrübəçi kimi fəaliyyət göstərir:
"Onun otaqda pasiyent qəbul etməsi haqqında məlumatımız yox idi. Bu barədə müvafiq tədbir görüləcək".
Daha bir şikayətdə isə bildirilib ki, Qaragözova Tibb Mərkəzində Hafiz İsazadə adlı həkim çalışır. İddiaya görə, həmin həkimin də tibb təhsili yoxdur. H.İsazadə açıqlamasında iddiaları təkzib edərək diplomunun olduğunu qeyd edib. Klinikanın rəhbərliyindən stomatoloqun diplomu tələb olunduqda isə o, ancaq sorğu göndərildiyi təqdirdə diplomu təqdim edəcəyini bildirib.
Ətraflı süjetdə:
Diplomsuz həkimlər, saxta müalicə – Stomatoloq fırıldağı ifşa olundu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 13 Avqust 2025 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















