Diqqət: 6 və 7 iyunda qurban kəsə bilməyənlər... QMİ
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Qurban bayramının iyunun 6 və 7-də keçirilməsi nəzərdə tutulsa da, insanlar qurbanlarını iyunun 8-də də kəsə bilər.
Bu sözləri Axar.az-a açıqlamasında Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.
“Dövlət səviyyəsində iki gün rəsmi bayram günü elan olunsa da da, şəriət baxımından insanlar qurbanlarını üç gün ərzində kəsə bilər. Sadəcə bayram namazı birinci gün qılınır və üç gün qılmağa ehtiyac yoxdur”, - deyə ilahiyyatçı bildirib.
Qeyd edək ki, Azərbaycanda Nazirlər Kabinetinin qərarına əsasən, iyunun 6-sı və 7-də ölkədə Qurban bayramı qeyd ediləcək. İyunun 7-si şənbə gününə təsadüf etdiyindən, Əmək Məcəlləsinə uyğun olaraq, iyunun 9-u qeyri-iş günü olacaq. Həmçinin iyunun 8-i bazar gününə təsadüf etdiyindən ardıcıl 6, 7, 8 və 9 iyun tarixləri qeyri-iş günləri olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 05 İyun 2025 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















