Icma.az
close
up
RU
“Parlament məsələyə həssas yanaşır və...” Kütləvi müraciətə reaksiya

“Parlament məsələyə həssas yanaşır və...” Kütləvi müraciətə reaksiya

Icma.az bildirir, Ayna saytına əsaslanaraq.

Millət vəkillərindən çek sahiblərinə: “Problem qanunun tələb etdiyi formada həllini tapmalıdır”

Ötən əsrin sonlarında dövlətin verdiyi qiymətli kağızları - özəlləşdirmə payları (çeklər) əllərində qalan yüzminlərlə vətəndaş adından Milli Məclis rəhbərliyinə və üzvlərinə ünvanlananan müraciətə deputatlar tərəfindən reaksiyalar davam etməkdədir. Milli Məclis üzvləri vətəndaşların tələblərinin haqlı olduğunu vurğulayır, problemin qısa müddətdə yerinə yetirilməsini zəruri hesab edirlər və bu yöndə hökumətə çağırışlar ünvanlayırlar.

Qeyd edək ki, dövlətin qiymətli kağızının dövriyyədə ödəmə vasitəsi kimi müddətinin qanunsuz olaraq 2011-ci ildə dayandırılmasından narazı qalan vətəndaşlar pozulan hüquqlarının bərpasını tələb edirlər.

Çek sahiblərinin deputatlara müraciətində bildirilir ki, yüzminlərlə vətəndaşın hüquqlarının əlindən alınmasına təcili diqqət yetirilməli və yardım olunmalıdır. Haqqı pozulan vətəndaşlar Milli Məclis üzvlərinə müraciətlərində özəlləşdirmə çeklərinin tədavül müddətinin bitməsinin niyə qanunsuz olduğunu hüquqa uyğun şəkildə izah edirlər.

Deputatlardan xahiş olunur ki, Prezidentə məsələni doğru-düzgün formada çatdırsınlar, Nazirlər Kabinetindən, Konstitusiya Məhkəməsindən, bütün aidiyyəti dövlət orqanlarından vətəndaşların hüquqlarının bərpasını tələb etsinlər: “Hörmətli spiker və deputatlar, onların adından sizdən xahiş edirik: bu problemi Milli Məclisdə müzakirə edəsiniz, öz fikirlərinizi ictimayətlə bölüşəsiniz və cənab Prezidentə düzgün məlumat verilməsinə yardım edəsiniz. Sizə müraciət edərək, Müzəffər Ali Baş Komandan Cənab Prezidentin siyasətinə kölgə salmağa, onun nüfuzuna xələl gətirməyə çalışan bəzi məmurlara qarşı təcili cinayət işi açılmasına, korrupsiyaya və xalqa qarşı düşmənçiliyə son qoyulmasına yardımçı olmağınızı xahiş edirik”.

Çek sahibləri vurğulayırlar ki, son illərdə onlarla deputat, yüzlərlə hüquqşünas alim, iqtisadçı ekspert, YAP ağsaqqalı, ümumilikdə müxtəlif sahələr üzrə tanınmış şəxslər xalqa qarşı olan bu haqsızlıqlar barədə mətbuat və “Youtube” kanalları vasitəsilə müraciətlər ediblər: “Ancaq nə Milli Məclisdə açıq müzakirələr aparılır, nə də Ali rəhbərliyə, qalib Azərbaycanın qalib lideri, cənab Prezident İlham Əliyevə birbaşa çıxışı olan Milli Məclis üzvləri ölkə rəhbərinə məsələ barədə tam və aydın məlumat verirlər. Özəlləşdirmə Payı və Çeklər kapitalizmə dinc keçid üçün dövlətin Tarixi Sosial Ədalət siyasətinin əsas prinsipinə əsaslanaraq Ulu Öndər Heydər Əliyev tərəfindən xalqa Qanunla verilib. Özəlləşdirmə başlayan andan Ulu Öndərimiz Heydər Əliyev müddətə tabe olmadan, yəni 10-15-20 il keçməsindən aslı olmayaraq, bütün ölkə vətəndaşlarının ata-babalarının qanı-canı bahasına qurulmuş dövlət əmlakına sahib çıxmalarının, öz MİRAS əmlak paylarını mütləq şəkildə almalarının və ondan istədikləri kimi istifadə etmələrinin vacibliyini bəyan edib, bunun təmin olunmasının bir dövlət öhdəliyi olduğunu dəfələrlə yüksək tribunalardan səsləndirib”.

“Hörmətli deputatlar! Bu, sadəcə Konstitusiya və qanunların pozulması deyil – korrupsiya və dövlət cinayətidir! Xalqa və Prezidentə qarşı düşmənçilikdir. Sizlərdən həm qanunverici orqanda xalqı təmsil edən millət vəkili, həm də bir vətəndaş kimi xalqa kömək etməyinizi xahiş edirik. Sizlərdən bu müraciətdə olan rəsmi dövlət orqanlarının sənədlərini və bəzi məmurlar tərəfindən böhtan-cinayət xarakterli hüquq pozuntularını diqqətlə oxumağınız, cənab Prezidentə və xalqa qarşı düşmənçiliyə son qoyulması üçün, hüquqi səhvlərin aradan qaldırılmasının təmin edilməsi üçün Xalqa yardımçı olmağınız xahiş olunur. Oliqarx məmurların bu hərəkətləri Prezidentə qarşı sadə böhtan deyil”, - deyə müraciətdə bildirilir.

Xatırladaq ki, ötən il özəlləşdirmə çekləri sahiblərinin müraciətləri əsasında Prezident İlham Əliyevin adından problemin aradan qalxması, tarixi ədalətin bərpası üçün Konstitusiya Məhkəməsinə məktub ünvanlanmışdı. Amma Konstitusiya Məhkəməsi haqqı tapdanmış yüzminlərlə vətəndaşın problemi ilə bağlı müsbət qərar vermədi.

Vətəndaşlar deputatlara ünvanladıqları müraciətdə Milli Məclis üzvlərindən problemin həllinə yardımçı olmalarını xahiş edirlər. Müraciətə reaksiya verən millət vəkilləri əhalinin tələbini qanuni sayır və hökumətə, müvafiq qurumlara çağırışlar ünvanlayırlar ki, problem tezliklə və ədalətli şəkildə həll edilsin. Həmçinin, vətəndaşlara məsləhət görürlər ki, dələduzlara aldanaraq, əllərindəki özəlləşdirmə çeklərini dəyər-dəyməzinə “qara bazar”da satmasınlar.

(1-ci MÜRACİƏT, 2-ci MÜRACİƏT, 1-ci YAZI, 2-ci YAZI, 3-cü YAZI, 4-cü YAZI, 5-ci YAZI, 6-cı YAZI, 7-ci YAZI, 8-ci YAZI, 9-cu YAZI, 10-cu YAZI, 11-ci YAZI)

AYNA.AZ Milli Məclis rəhbərliyinə və üzvlərinə ünvanlanmış müraciətə deputatların münasibətini öyrənməyə davam edir.

Yeni Azərbaycan Partiyasından deputat Məşhur Məmmədov:

“Əvvəlcə onu deyim ki, parlamentə edilən müraciətlərin hər birinə həm Milli Məclis rəhbərliyi tərəfindən, həm də deputatlar tərəfindən həssaslıqla yanaşılır. Çeklərlə bağlı məsələyə də Milli Məclis tərəfindən həssas yanaşma ortaya qoyulub, çek sahiblərinin şikayəti, tələbi aidiyyəti dövlət orqanına yönləndirilib.

Artıq məsələyə dövlət orqanı tərəfindən qərar verilməlidir. Özəlləşdirmə paylarının əhaliyə verilməsi Ümummilli Lider Heydər Əliyev tərəfindən çox mühüm qərar idi. Həmin vaxt vauçerlərindən səmərəli istifadə edənlər oldu, özəlləşdirmə aparıldı.

Qiymətli kağızlarından istifadə edə bilməyən payçıların da problemi hüquqi müstəvidə həllini tapmalıdır. Əlbəttə, hər kəs istərdi ki, problem vətəndaşın xeyirinə - müsbət şəkildə həllini tapsın. Amma hüququn tələb etdiyi qaydada, qanunauyğun formada problemin həlli vacibdir. Biz hüquqi dövlətdə yaşayırıq və hüquq nə deyirsə, o cür də qərar verilməlidir”.

Yeni Azərbaycan Partiyasından deputat Mahir Süleymanlı:

“Bu məsələ barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsindəki həmkarlarımız daha müfəssəl bilgi verə bilərlər. Mən həmin komitədə olmadığım üçün məsələ barədə nəsə demək istəmirəm.

Əlbəttə, vətəndaşlar problemləri ilə bağlı Milli Məclis rəhbərliyinə və deputatlara müraciətlər edə bilərlər. Bu halda parlamentin aidiyyəti komitəsi şikayəti, tələbi aidiyyəti dövlət qurumlarına yönəldir, sorğular göndərir.

Bir millət vəkili olaraq çox istərdim ki, vətəndaşların problemi varsa, qanunlar çərçivəsində həllini tapsın. Yaxşı olardı ki, aidiyyəti nazirlik, komitə əllərdə qalan özəlləşdirmə payları ilə bağlı məsələni hüquqi yolla həll etsin, problemə nöqtə qoysun”.

Bitərəf deputat Ziyad Səmədzadə:

“Zamanında Ulu Öndər Heydər Əliyev tərəfindən vətəndaşlarımızın SSRİ-dən miras qalan əmlak payının özəlləşdirilməsində iştirakını təmin etmək məqsədi ilə çox böyük addım atıldı, insanlara özəlləşdirmə payları olaraq vauçerlər verildi. 1997-ci il yanvar ayının 1-dək anadan olmuş hər bir vətəndaşa 4 çekdən ibarət özəlləşdirmə payları verildi. Müəyyən nöqsanlar olsa da, özəlləşdirmə prosesi həyata keçirildi, vətəndaşlar da çeklərindən istifadə etdilər.

Çeklərlə bağlı, əlbəttə, problemlər də vardı, “qara bazar” ortaya çıxdı və s. Nəzərə almaq lazımdır ki, çeklərin tədavül müddəti bir neçə dəfə uzadıldı. Fərmanlar ilə 2002-ci il yanvarın 1-dək, 2004-cü il iyulun 1-dək, 2008-ci il yanvarın 1-dək çeklərdən istifadə müddəti artırıldı.

Nəhayət, cənab Prezident tərəfindən 2009-cu il tarixində imzalanan fərmanla sonuncu dəfə çeklərin tədavül müddəti artırıldı və vauçerlərin istifadə müddəti 2011-ci il yanvar ayının 1-də başa çatdı. Gərək həmin vaxtadək, yəni 2011-ci ilədək çeklərindən istifadə edəydilər. Ola bilsin ki, onlar yenidən müddətin artırılacağına ümid ediblər.

Hər halda həmin vaxt bundan istifadə etməyən, istifadə edə bilməyən vətəndaşlar müraciət edirlər, hüquqlarının pozulduğunu iddia edirlər. Milli Məclisə müraciət edilib, Milli Məclis rəhbərliyi də bununla bağlı aidiyyəti dövlət orqanına müraciət ünvanlayıb. İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti də bu müraciətə baxıb, şikayətə cavab verib, hüquqi tərəfini izah edib. İstənilən halda, məsələ hüquqi yolla həllini tapmalıdır”.

QEYD

Ötən əsrin sonlarında, konkret desək, 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə vətəndaşlara mülkiyyət sahibi olmaq üçün paylanmış qiymətli kağızlar 2011-ci ildən bu yana tədavüldə deyil. Əllərində qiymətli kağız olan vauçerləri qalmış yüzminlərlə vətəndaş tədavül müddətinin bitməsinin qanunsuz olduğunu, hüquqlarının bərpa olunmasını istəyir.

Zaman-zaman özəlləşdirmə çekləri ilə bağlı müxtəlif sahələrin ekspertləri, hüquqşünaslar, deputatlar, ziyalılar hökumətə pozulan hüquqlarının bərpası ilə bağlı müraciətlər edirlər. Müraciət edən şəxslər konkret arqumentlərlə çıxış edir ki, SSRİ dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir.

Çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, çeklərin etibarlılıq müddəti kimi bir anlayış və göstəriş yoxdur. Əllərində çekləri qalmış vətəndaşlar özəlləşdirmə prosesində iştirak edə bilmədikləri səbəbindən o çekləri hələ də saxlamaqdadırlar.

Vurğulanır ki, tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində özəlləşdirmə payları qalan şəxslərlə bağlı konkret addımlar atılması tələb olunur.

Əlavə qeyd

Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!

Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.

Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.

Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://ayna.az
archiveBu xəbər 04 Fevral 2026 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see366

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see227

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see216

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see210

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see208

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see208

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see194

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see185

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see185

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see175

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see173

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see171

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see170

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see166

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see154

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see146

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see144

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see140

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri