Icma.az
close
up
RU
DİQQƏT: Azərbaycanda rus bölmələri ləğv edilə bilər

DİQQƏT: Azərbaycanda rus bölmələri ləğv edilə bilər

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son illər Azərbaycanda rus bölməsinə marağın azalması bu sahədə köklü dəyişikliklərin mümkünlüyünü gündəmə gətirib. Maraqlıdır, gələcəkdə rus bölməsinə qəbulun mərhələli şəkildə dayandırılması mümkün ola bilərmi?

Təhsil eksperti Elçin Əfəndi KONKRET.az-a açıqlamasında bildirib ki, mövcud tendensiyalar rus bölməsinə qəbulun gələcəkdə mərhələli şəkildə dayandırılmasını istisna etmir.

Ekspertin sözlərinə görə, hazırda rus bölməsində təhsil alan şagirdlərin böyük əksəriyyəti azərbaycanlı ailələrin övladlarıdır.

Lakin bu uşaqların əksəriyyəti rus dilini yetərincə bilmədiyindən təhsil göstəricilərində ciddi problemlər yaranır:

“Uşaqlar rus dilini qismən bildiyi üçün həm məktəbdə, həm də ali təhsil üzrə buraxılış və blok imtahanlarında rus bölməsi üzrə nəticələrin daha aşağı olduğunu görürük”.

Elçin Əfəndi qeyd edib ki, rus bölməsi ilkin olaraq ölkədə yaşayan azsaylı xalqların, əsasən slavyan mənşəli əhalinin öz ana dillərində təhsil alması üçün formalaşdırılıb. Lakin son illərdə valideynlərin israrla, hətta yer olmadığı halda belə, övladlarını rus bölməsinə yazdırmaq istəməsi sıxlıq yaradıb və bu da təhsilin keyfiyyətinə mənfi təsir göstərib.

Ekspert bildirib ki, hazırda təhsil sistemində azərbaycan–ingilis modeli ön plana çıxır və bu modelə həm dövlət, həm də özəl təhsil müəssisələrində daha çox üstünlük verilməlidir:

“Rus dili yalnız Rusiya üçün deyil, digər ölkələrə də müəyyən ideoloji və siyasi risklər yaradır. Qazaxıstan və Ukrayna nümunələrində bunu açıq şəkildə gördük. Harada rusdilli əhali varsa, Rusiya oranı öz təsir dairəsi kimi qəbul edir. Bu isə dövlətlər üçün təhlükədir”.

Onun sözlərinə görə, rus bölməsi yalnız azsaylı xalqlar üçün saxlanıla bilər. Dövlət məktəblərində isə bu proses tədricən aparılacaq:

“Qarşıdakı 3–4 il ərzində rus bölməsinə müraciətlərin kəskin şəkildə azaldığını görəcəyik”.

Elçin Əfəndi qeyd edib ki, hazırda təxminən 100 min nəfərə yaxın şagird rus bölməsində təhsil alır. Onların yalnız az bir hissəsi rusdilli xalqların nümayəndələridir, əksəriyyəti isə azərbaycanlılardır.

Ekspert vurğulayıb ki, bir çox valideynlər rus bölməsini real ehtiyacdan deyil, “prestij” xətrinə seçirlər:

“Valideynlər bilməlidirlər ki, rus bölməsində sadəcə rus dili öyrədilmir, rus ideologiyasının təsiri də bu prosesdə açıq şəkildə hiss olunur. Faktiki olaraq övlad rus ideologiyası mühitində formalaşır”.

Aynurə İsmayıl
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://konkret.az
archiveBu xəbər 14 Yanvar 2026 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri