DİQQƏT: Bunu etsəniz 1500 manat cərimələnə və ya 3 ilədək həbs oluna bilərsiniz… KONKRET
Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Azərbaycanda böhtan atmaq, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, mediada, internet resurslarında və ya ictimai nümayiş olunan əsərlərdə yaymaq qanunla cinayət əməlidir”.
Bu fikirləri hüquqşünas Tağı Hüseynov KONKRET.az-a açıqlamasında səsləndirib:
Tağı Hüseynov
“Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən, böhtan atmaq min manatdan min beş yüz manatadək cərimə, 240–480 saat ictimai işlər, bir ilədək islah işləri və ya altı ayadək həbs ilə cəzalandırıla bilər.
Əgər böhtan ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə bağlı olarsa, cəza daha sərt tətbiq edilir. Belə ki, bu halda şəxs iki ilədək islah işləri, üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilədək həbs cəzası ilə üzləşə bilər”.
Tağı Hüseynov vurğulayıb ki, bu maddə insanların şərəf və ləyaqətinin qorunmasına xidmət edir və mediada yayılan hər bir informasiyanın məsuliyyət daşıdığını göstərir.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 16 Avqust 2025 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















