Icma.az
close
up
RU
XƏBƏRDARLIQ: “Bu addımı atsanız 1500 manat cərimələnə və ya 6 aylıq həbs oluna bilərsiniz” KONKRET

XƏBƏRDARLIQ: “Bu addımı atsanız 1500 manat cərimələnə və ya 6 aylıq həbs oluna bilərsiniz” KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Son illər Azərbaycanda şəhər və kəndlərdə divarlara nalayiq və təhqiramiz ifadələrin yazılması halları artıb. Bu cür əməllər həm dövlətə, həm də cəmiyyətə qarşı hörmətsizlik kimi qiymətləndirilir və hüquqi baxımdan ciddi nəticələr doğura bilər. Mütəxəssislər hesab edir ki, vətəndaşlar bu cür halların qanuni nəticələrindən xəbərdar olmalı və məsuliyyətlərini dərk etməlidirlər.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən vəkil Sadiq Əfəndiyev bildirib ki, ictimai yerlərdə divarlara söyüş və nalayiq sözlər yazmaq sosial davranış qaydalarına zidd olmaqla yanaşı, cəmiyyətə qarşı hörmətsizlik kimi dəyərləndirilir:

“Bu hərəkət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq kimi qiymətləndirilir. Belə hallarda qanun pozucusu 50 manatdan 100 manatadək cərimələnə bilər. Əgər vəziyyətin ağırlığı və şəxsin şəxsiyyəti nəzərə alınaraq bu tədbirlər kifayət etməsə, həmin vətəndaşa 15 günədək inzibati həbs də tətbiq olunması mümkündür”.

Sadiq Əfəndiyev əlavə edib ki, əgər divara yazılan nalayiq ifadə konkret bir şəxsə ünvanlanıbsa və həmin insanın şərəf və ləyaqətini alçaldırsa, bu halda məsələ artıq cinayət xarakteri alır.

“Zərərçəkmiş şəxsin şikayəti əsasında sözügedən ifadəni yazan vətəndaş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir cinayətinə görə məsuliyyətə cəlb oluna bilər. Təhqir cinayətinə görə cərimə 1000 manatdan 1500 manatadək təşkil edir. Həmçinin 240 saatdan 480 saatadək ictimai işlər, 1 ilədək islah işləri və ya 6 ayadək azadlıqdan məhrumetmə cəzası tətbiq olunması mümkündür”.

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Aprel 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see216

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see194

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see186

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see183

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see170

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri