Icma.az
close
up
RU
DİQQƏT: Vəzifəli şəxslər bunu etsələr, 9 min cərimələnə və 5 ilədək həbs oluna bilərlər KONKRET

DİQQƏT: Vəzifəli şəxslər bunu etsələr, 9 min cərimələnə və 5 ilədək həbs oluna bilərlər KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Azərbaycanda balıq və digər su bioresurslarının qanunsuz tutulması ilə bağlı hüquqi məsuliyyətlər həm İnzibati Xətalar, həm də Cinayət Məcəlləsi ilə tənzimlənir. Tutulan balığın dəyəri və qanun pozuntusunun ağırlığından asılı olaraq, müxtəlif cəza tədbirləri nəzərdə tutulur.”

Bu barədə KONKRET.az-a açıqlamasında hüquqşünas Vamiq Şükürov məlumat verib.

Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən, balıq ovlama qaydalarının kobud şəkildə pozulması, yəni icazəsiz, qadağan edilmiş ərazilərdə, müddətlərdə və ya alətlərlə ovlanması inzibati məsuliyyət yaradır.

“Bu halda qanunsuz ov zamanı istifadə olunan alətlərin müsadirəsi ilə yanaşı, 1000 manatdan 2000 manata qədər cərimə tətbiq edilə, yaxud şəxsin 6 aydan 2 ilədək ov hüququ məhdudlaşdırıla bilər”.

Hüquqşünas bildirib ki, əgər tutulmuş balığın və ya digər su bioresurslarının dəyəri 1000 manatdan çox olarsa, məsələ artıq cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 256-cı maddəsinə əsasən, qanunsuz balıq ovu nəticəsində xeyli miqdarda ziyan (1000–7000 manat arası) vurulduqda, təqsirli şəxsə 2000–3000 manat cərimə, 240–320 saat ictimai işlər, bir ilədək islah işləri və ya azadlığın məhdudlaşdırılması tətbiq edilir.

“Əgər külli miqdarda ziyan (7000 manatdan artıq) vurulubsa və ya partlayıcı, kimyəvi maddələr, özüyeriyən və özü üzən nəqliyyat vasitələri istifadə edilibsə, yaxud qanunsuz ov qoruqlarda və ya ekoloji cəhətdən həssas zonalarda baş veribsə, cəza daha sərt olur. Bu hallarda 3000–6000 manat cərimə və ya iki ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur”.

Vamiq Şükürov onu da qeyd edib ki, ən ağır hallar isə vəzifəli şəxslərin öz səlahiyyətindən sui-istifadə etməsi və ya cinayətin qabaqcadan əlbir olan bir qrup və ya mütəşəkkil dəstə tərəfindən törədilməsidir.

“Belə hallarda cəza 6000–9000 manat cərimədən başlayır və 5 ilədək azadlıqdan məhrumetməyə qədər yüksəlir. Bu cür qanunvericilik tədbirləri ekosistemin qorunması və su bioresurslarının davamlı istifadəsinin təmin olunmasına yönəlib”.

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 Aprel 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri