Icma.az
close
up
RU
DİQQƏT! Evinə çıxarış alabilməyənlərin nəzərinə!

DİQQƏT! Evinə çıxarış alabilməyənlərin nəzərinə!

News24 saytına istinadən Icma.az xəbər verir.

Yeni tikililərlə bağlı vətəndaşların şikayətləri mütəmadi olaraq müzakirə mövzusudur. Ümumiyyətlə MTK-lar və bina tikintisi ilə məşğul olan şirkətlər bəzi hallarda tam ödəniş olunmasına baxmayaraq vətəndaşlara evə dair rəsmi çıxarışları təqdim etmirlər. Yaxud da bu proses çox yubanır. Bu kimi hallarda vətəndaşlar nə etməlidir? Mövzu ilə bağlı əmlak eksperti Elnur Azadov Referans-a açıqlama verib.

Müsahibimiz bildirib ki, Azərbaycanda rəsmi çıxarışların, yəni çox mənzilli binaların, tikinti şirkətlərinin iki hüquqi forması var: MTK və MMC. MTK Mənzil Tikinti Korporatividir, bina ümumi istismara keçəndən sonra hər vətəndaş öz payına düşən çıxarışı alır. MMC də isə öz payından vətəndaşın payına düşən hissəni ayırıb sənədləşdirir. Bu proses bir o qədərdə tez baş tutan proses deyil, çünki binanın dövlət tərəfindən istismara qəbul prosesi biraz uzun çəkən prosesdir. Amma bina tikilib qurtarandan sonra 6 ay ərzində tikinti şirkəti binanı istismara qəbuldan keçirib, binanı sakinlərə təhvil verməlidir ki, sakinlər Müştərək Cəmiyyəti yaradıb bütün kompleksləri öz üzərlərinə götürüb, özləri idarə etsinlər. Burada iki məsələ var. Hər hansısa bir layihədən qırağa çıxma, vergilərin vaxtında ödənilməməsi kimi müəyyən problemlər olarsa binanın istismara qəbul prosesi uzanib.

Elnur Azadov onu da qeyd edib ki, bəzi hallarda tikinti şirkətləri bilərək bu prosesi uzadırlar. Ona görə ki, mənzilləri təkrar satarkən çıxarış olmalıdır. Bilirsiniz ki, mənzilin sənədlərini dəyişmək üçün tikinti şirkətləri 2000, 3000, 4000, bəzən 5000₼ pul alırlar. Normalda tikinti şirkətləri bunları vaxtında etməlidirlər. Alqı-satqı müqavilələrində təəssüflər olsun ki, bu maddələr qeyd olunmur. Vətəndaşlar bəzi hallarda bir neçə il bunu gözləyirlər. Lakin ölkədə 70-ə yaxın istismara qəbuldan keçməmiş bina var ki, vətəndaşlar orada 5 il, 10 il, hətta 15 ildən çox yaşayır.

“Əslində təbliğat aparılmalıdır ki, bina istismara qəbuldan keçməyənə kimi tikinti şirkətlərinə 100% ödəniş heç vaxt tam olmasın. Ən azından vətəndaşlar 5%, 10% vəsaiti saxlamalıdırlar ki, bina istismara qəbuldan keçəndən sonra qalıq ödənişi ödəsinlər. Bunun təbliğ olunması mütləqdir. Əks halda pulların hamısını mənimsənilir. Məsələn, bir neçə şərik varsa hərəsi pullarını götürüb qaçır. Tamamlanma işləri, sənədləşmənin bitirilməsi və s. barədə maraqlı olmurlar”, – deyə əmlak eksperti qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://news24.az
archiveBu xəbər 11 İyun 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri