Icma.az
close
up
RU
Satışa çıxarılan “Azercell” nömrələrinin “WhatsApp” problemi Şirkətdən AÇIQLAMA

Satışa çıxarılan “Azercell” nömrələrinin “WhatsApp” problemi Şirkətdən AÇIQLAMA

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azercell”ə məxsus mobil nömrələr balans artırılmadığı təqdirdə müəyyən müddətdən sonra deaktiv edilərək yenidən satışa çıxarılır. Lakin nömrələr satışa çıxarılsa belə, köhnə sahibi tərəfindən “Whatsapp” tətbiqində istifadə edilə bilir. Bu isə özlüyündə bir sıra çətinliklərə səbəb olur. Köhnə istifadəçi “Whatsapp”dan istifadə etdiyi üçün nömrənin yeni sahibi həmin tətbiqə daxil ola bilmir.

Bəs bu halda şirkət abonentlərə hansı dəstəyi göstərir? Nömrələrin iki nəfər tərəfindən istifadəsi kiberdələduzluq hallarına, şəxsi məlumatların oğurlanmasına səbəb ola bilirmi? Yeni abonentin əvvəlki istifadəçinin “WhatsApp” hesabına və ya yazışmalarına çıxış əldə etməsi ehtimalının qarşısının alınması üçün hansı tədbirlər görülür?

“Azercell Telekom”dan Lent.az-ın sorğusuna cavab olaraq bildirildi ki, nömrənin sosial platformalarda qeydiyyatı, istifadəçi hesablarının idarə edilməsi, aktivləşdirilməsi və ya deaktivləşdirilməsi müvafiq xidmət təminatçılarının müəyyən etdiyi qaydalar və təhlükəsizlik mexanizmləri əsasında həyata keçirilir:

“Ləğv edilmiş mobil nömrələrin müəyyən müddət keçdikdən sonra təkrar istifadəyə verilməsi beynəlxalq telekommunikasiya praktikasında tətbiq olunan yanaşmadır. “Azercell Telekom” MMC-nin Abunə Müqaviləsinin müddəalarına uyğun olaraq, müqaviləyə xitam verildikdən sonra abunəçinin istifadəsində olmuş mobil nömrə müəyyən müddətdən sonra başqa abunəçinin istifadəsinə verilə bilər. Bu halda nömrənin əvvəlki istifadəçisinə onun təkrar istifadəyə verilməsi ilə bağlı ayrıca məlumatın təqdim edilməsi nəzərdə tutulmur.

Qeyd etmək istərdik ki, “Azercell Telekom” MMC yalnız telekommunikasiya xidmətlərinin göstərilməsini təmin edir. Mobil nömrənin “WhatsApp”, “Telegram”, “WeChat” və digər üçüncü tərəf tətbiq və platformalarında qeydiyyatı, eləcə də həmin platformalardakı istifadəçi hesablarının idarə edilməsi, aktivləşdirilməsi və ya deaktivləşdirilməsi müvafiq xidmət təminatçılarının müəyyən etdiyi qaydalar və təhlükəsizlik mexanizmləri əsasında həyata keçirilir.

Bu səbəbdən, abunəçilərə üçüncü tərəf tətbiq və platformalarından istifadə zamanı hesablarının təhlükəsizliyi ilə bağlı məsələlərlə qarşılaşdıqları halda müvafiq xidmət təminatçısının rəsmi dəstək xidmətinə müraciət etmələri tövsiyə olunur. Sorğuda qeyd edilən məsələ ilə bağlı “WhatsApp”ın rəsmi məlumat resursunda müvafiq izahat və istifadəçilərin belə hallarda atmalı olduqları addımlar təqdim olunur.

Bildirilir ki, bütün WhatsApp hesabları mobil telefon nömrələri ilə bağlıdır. Telefon nömrələrinin mobil provayderlər tərəfindən təkrar emal edilməsi adi hal olduğundan, mövcud telefon nömrənizin əvvəlki sahibinin WhatsApp-dan istifadə etməsi mümkündür.

Əgər telefon nömrənizin əvvəlki sahibinin WhatsApp hesabı silinməyibsə, yeni hesabı aktivləşdirməzdən əvvəl siz və əlaqələriniz WhatsApp-da telefon nömrənizi görə bilərlər. Telefon nömrənizə əlavə edilmiş başqasının profil şəklini və Haqqımızda bölməsini görə bilərsiniz.

Narahat olmağa ehtiyac yoxdur. Bu, sadəcə əvvəlki hesabın silinmədiyi deməkdir, yəni köhnə məlumatlar sistemdə hələ də mövcuddur. Bu, telefon nömrəsinin əvvəlki sahibinin WhatsApp hesabınıza daxil ola biləcəyi anlamına gəlmir. Söhbətləriniz və digər WhatsApp məlumatlarınız təhlükəsizdir. Nömrə əvvəllər başqasına məxsus olsa belə, yalnız həmin nömrə üçün aktiv SIM kartı olan istifadəçi WhatsApp-a daxil ola və qeydiyyatdan keçə bilər.

Hesabınızı məlumatlarınızla yeniləmək üçün əvvəlcə doğrulama prosesini tamamlayın. Bu proses başa çatdıqdan sonra profil məlumatlarınızı daxil edə bilərsiniz. Cari hesab nömrənizin əlaqəli olduğu bütün qruplardan çıxmağı və bütün naməlum əlaqələri bloklamağı tövsiyə edirik.

Təkrar emal edilmiş telefon nömrələri ilə bağlı qarışıqlığı aradan qaldırmaq üçün hesabın hərəkətsizliyini izləyirik. Təkrar emal edilmiş nömrə, hesab 45 gün istifadə edilmədikdə müəyyən edilir və sonra yeni mobil cihazda yenidən aktivləşdirilir. Əgər belədirsə, profil şəkli və Haqqımızda bölməsi kimi telefon nömrəsinə bağlı köhnə hesab məlumatlarını siləcəyik.

Qeyd edək ki, təsdiqləməyə çalışdığınız nömrə üçün aktiv SIM karta girişiniz yoxdursa, nömrəni aktivləşdirə bilməyəcəksiniz. Aktivləşdirmək istədiyiniz nömrəyə SMS və ya səsli zəng qəbul edə bilməlisiniz. Heç bir istisna edilməyəcək.

Əgər telefon nömrənizin əvvəlki sahibi iki addımlı doğrulama qurmuşdusa, iki addımlı doğrulamadan istifadə etməzdən əvvəl nömrənizi təsdiqlədikdən bir neçə gün sonra gözləməlisiniz . Eyni doğrulama prosesi WhatsApp Business hesabları üçün də istifadə olunur”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://lent.az
archiveBu xəbər 10 Sentyabr 2026 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri