Icma.az
close
up
RU
DİQQƏT: Ölkəmizdə hələ də qanunsuz fəaliyyət göstərən attraksionlar var

DİQQƏT: Ölkəmizdə hələ də qanunsuz fəaliyyət göstərən attraksionlar var

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Attraksionlar təhlükə potensiallı obyektlərin siyahısında olan avadanlıqdır və təhlükə potensiallı obyektlərin istismarı, istismara verilməsi və istismarından sonrakı mərhələlərdə yerinə yetirilməsi zəruri olan təhlükəsizlik qaydaları var".
Bunu Demokrat.az-a açıqlamasında təhlükəsizlik eksperti Orxan Musayev deyib.
O, bildirib ki, kustar üsulla hazırlanmış və heç bir pasportu, texniki müayinə aktı, istismara yararlılıq sənədi olmayan attraksionların istifadəsi yolverilməzdir:
"Nəzərinizə çatdırım ki, ölkəmizdə hələ də texniki təhlükəsizlik ekspertizasından keçirilmədən, qanunsuz fəaliyyət göstərən attraksionların mövcudluğu təhlükə yaratmaqdadır. Belə ki, bu attraksionlar vaxtında aşkarlanmalı və onların fəaliyyəti məhdudlaşdırılmalıdır.
İldə bir dəfədən az olmayaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən attraksionlara yoxlama həyata keçirilir və bu yoxlama əsasında attraksionların mövcud təhlükəsizlik norma və qaydalarına uyğunluğu yoxlanılmalıdır. Bu yoxlanış əsasında hər hansısa bir təhlükə aşkarlandıqda, dərhal attraksionların fəaliyyəti dayandırılmalıdır".
Ekspert deyir ki, insanlar attraksiondan istifadə etməzdən öncə onlarla qısa formada təlimatlar keçirilməlidir:
"Attraksionlarda təhlükəsizlik məsələlərinə cavabdeh şəxslər təyin olunmalı və iştirakçıların atraksiondan təhlükəsiz istifadə etməsinə attraksion operatorlara nəzarət etməlidir. Attraksion operatorları və attraksionun təhlükəsiz istismarına cavabdeh şəxslər mütləq bu sahədə müəyyən olunmuş qaydada təlim keçməlidirlər. Təlim keçərək, peşə ixtisas biliklərinə yiyələnməlidirlər.Attraksionun üzərində təhlükəsizlik nişanları yerləşdirilməli, attraksionun təhlükə ilə üzləşdiyi zaman dərhal dayandırılması üçün "STOP" düymələrinin yerləri hər bir kəsə məlum olmalıdır. 
Bundan əlavə attraksionlarda təhlükəsizliyin təmin olunmasına görə məsuliyyət atraksion sahiblərinin üzərinə düşür".
Qeyd edək ki, Səudiyyə Ərəbistanında çox sayda insanın yaralandığı attraksion qəzası baş verib.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 Avqust 2025 20:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see156

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see147

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see140

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri