Icma.az
close
up
RU
Azərbaycan dövləti ölkəmizdə mətbuatın inkişafını hər zaman diqqət mərkəzində saxlayır məqalə

Azərbaycan dövləti ölkəmizdə mətbuatın inkişafını hər zaman diqqət mərkəzində saxlayır məqalə

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 28 aprel, AZƏRTAC

2025-ci il Azərbaycan mətbuatı tarixində əlamətdar illərdən biridir. Bu il milli mətbuatımızın 150 ili tamam olur. Azərbaycanda milli mətbuatın əsası 1875-ci ildə “Əkinçi” qəzetinin nəşri ilə qoyulub. Həmin vaxtdan indiyədək mətbuatımız şərəfli yol keçmiş, cəmiyyətimizin maariflənməsində, milli kimliyimizin formalaşmasında, söz azadlığının təmin olunmasında əvəzsiz rol oynamışdır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA-nın Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanovanın “Azərbaycan dövləti ölkəmizdə mətbuatın inkişafını hər zaman diqqət mərkəzində saxlayır” məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Mətbuatımızn 150 illik yubileyinin qeyd olunması onun müasir dövrdəki fəaliyyətinin qiymətləndirilməsi, qarşısında yeni vəzifələrin müəyyənləşdirilməsi, eləcə də gələcək nəsillər üçün mətbu irsimizin qorunub saxlanılması baxımından xüsusi əhəmiyyətə malikdir.

Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamında görkəmli ziyalı, maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzetinin milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin həyatında mühüm hadisə kimi tarixə düşdüyü qeyd olunub.

Milli mətbuatımızın qürur yeri olan “Əkinçi” fəaliyyət göstərdiyi cəmi iki il ərzində azərbaycançılıq, müasirləşmə, milli özünüdərk kimi bəşəri dəyərləri təbliğ etmiş, Azərbaycanda müstəqil demokratik mətbuatın təməlini formalaşdırmışdır. “Əkinçi”nin ardınca “Molla Nəsrəddin”, “Ziya”, “Kaspi”, “Kəşkül”, “Həyat” və digər qəzetlər, jurnallar mətbuatımızın inkişafında, cəmiyyətin quruculuğu prosesində əvəzsiz rol oynamışlar.

Ölkəmizdə mətbuatın inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Ümumilli Lider hakimiyyətdə olduğu bütün dövrlərdə jurnalistikanın cəmiyyətin inkişafında rolunu yüksək qiymətləndirib, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirib. Ümummilli Lider Heydər Əliyev hər zaman ölkəmizdə media orqanlarının sərbəst fəaliyyəti, jurnalistlərin söz və fikir azadlığının təmin edilməsi, mətbuat problemlərinin həlli istiqamətində təşəbbüs göstərib, mühüm qərarlar qəbul edib. Ulu Öndər mətbuatımızın inkişafı yönündə 10-dan çox sərəncam və fərman imzalayıb. 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” qanunun qəbul edilməsi, eləcə də 1998-ci Azərbaycanda senzuranın ləğv olunması ilə bağlı Sərəncamın imzalanması Heydər Əliyevin mətbuatımızın tərəqqisi üçün ən böyük töhfələrindən hesab edilə bilər.

“Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamda da Ümumilli Liderin mətbuatımızın inkişafında roluna dair mühüm faktlar yer alıb. Qeyd olunub ki, Heydər Əliyev medianın inkişafını prioritet vəzifələrdən biri hesab etmiş, onun fəaliyyətini tənzimləyən qanunvericilik bazasının formalaşdırılması, inkişafını əngəlləyən süni maneələrin aradan qaldırılması istiqamətində ardıcıl qərarlar qəbul etmiş, dövlət–media münasibətlərində mütərəqqi ənənələrin əsasını qoymuşdur.

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin bu sahədə fəaliyyətini uğurla davam etdirir. Dövlətimizin başçısının mətbuatın inkişafı üçün göstərdiyi xüsusi diqqət və qayğı, jurnalistika sahəsində problemlərin həlli istiqamətində atdığı addımlar, qəbul etdiyi əhəmiyyətli qərarlar medianın fəaliyyətinin genişlənməsinə, jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəlməsinə səbəb olub.

Sərəncamda, həmçinin müasir dövrdə Azərbaycan mətbuatında müşahidə olunan yeni tendensiyalar, süni intellekt və rəqəmsal texnologiyaların təsirilə bu sahədə baş verən dəyişikliklərə toxunulub, Azərbaycan mediasının qarşısında yeni vəzifələrin müəyyənləşdirildiyi qeyd olunub: “Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak və s. mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir. Eyni zamanda, media müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca tutmalı, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklər ilə bağlı ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha fəal olmalıdır”.

Məlumdur ki, Azərbaycan jurnalistləri 44 günlük Vətən müharibəsi dövründə həm ön, həm də arxa cəbhədə Azərbaycan həqiqətlərinin operativ işıqlandırılması üçün böyük əzmkarlıqla, yorulmadan çalışıblar. Üç il sonra – 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində erməni separatizminə son qoyulub. Bu çətin və şərəfli tarixi mərhələdə də Azərbaycan mətbuatı yüksək peşəkarlıq, fədakarlıq nümayiş etdirib, Vətənimizin ədalətli mübarizəsi, eləcə də Ermənistanın hərbi-siyasi rəhbərliyinin xalqımıza qarşı törətdiyi müharibə cinayətləri haqqında dünya ictimaiyyətinə obyektiv məlumatları ötürüb.

Sərəncamda qeyd olunduğu kimi, müharibə dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoyub, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün xüsusi səy göstərib, Milli Ordumuzun, əsgər və zabitlərimizin rəşadəti, qəhrəmanlığı ilə bağlı zəngin salnamə yaradıb.

Vətən müharibəsindən sonra bütün sahələrdə olduğu kimi, mətbuat sferasında da yeni reallıqların yaranması bir müddət sonra dövlətimizin başçısı tərəfindən “Media haqqında” Qanunun təsdiqlənməsi ilə nəticələnib. Demokratik məzmunu ilə diqqət cəlb edən bu qanun Azərbaycan mətbuatının tərəqqisi üçün yeni imkanlar açıb, mühüm vəzifələr müəyyənləşdirib. “Media haqqında” Qanunun qəbul edilməsi media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləmişdir”, – deyə “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncam”da vurğulanıb.

Sərəncamda milli mətbuatın Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı yerini, müasir cəmiyyət quruculuğu və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi sahəsində töhfələrini nəzərə alaraq milli mətbuatımızın 150 illik yubileyinin ölkəmizdə geniş qeyd olunması qərara alınıb. Sözügedən sənəd dövlətimizin başçısının Azərbaycan mətbuatına göstərdiyi diqqət və qayğıyla yanaşı, jurnalistika sahəsində fəaliyyət göstərən hər kəsin qarşısında yeni prioritetlərin müəyyənləşdirildiyini göstərir, jurnalistləri öz işini daha məsuliyyətlə yerinə yetirməyə, səmərəli fəaliyyət göstərməyə səsləyir.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanın ən böyük elm ocağı olan AMEA-nın yaranmasının 80, Azərbaycanın ilk veb-saytı – “science.gov.az”ın isə yaranmasının 30 ili tamam olur. AMEA 80 illik fəaliyyəti ərzində uğurla fəaliyyət göstərərək Azərbaycan elminin dayağına çevrilib, çoxaspektli, fundamental tədqiqatların mərkəzi olub, elmimizi bütün dünyada təmsil edib.

Ölkə jurnalistikasında xüsusi yeri olan AMEA mətbuatı – “science.gov.az” da bu illər ərzində Azərbaycanda dövlət tərəfindən elmdə aparılan islahatları, bu sahənin inkişafı sahəsində əldə edilmiş nailiyyətləri təbliğ edib. Portal bu gün də tarixi ənənələrə sadiq qalaraq Azərbaycanda elm və ictimaiyyət arasında körpü rolunu oynayır, elm və medianın qarşılıqlı əlaqəsini gücləndirir.

Bu gün AMEA akademik İsa Həbibbəylinin rəhbərliyi ilə yeni mərhələdə uğurla fəaliyyət göstərir, zəngin elmi ənənələrini müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirir. Akademik İsa Həbibbəyli jurnalistikanın inkişafına xüsusi önəm verərək AMEA-da mətbuatın müstəqil və peşəkar fəaliyyəti istiqamətində mühüm qərarlar qəbul edir, mütəmadi toplantılar keçirir.

Təbii ki, bir-biri ilə bağlı olan bütün bu tarixi hadisələr, yubileylər kontekstində elm və informasiya cəmiyyətinin tərəqqisi, jurnalistikamızın yeni mərhələdə inkişafı da böyük məna kəsb etməyə başlayır. Dövlətimizin başçısnın milli mətbuatımızın 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncamının əhəmiyyəti daha da artır. İnanırıq ki, bu mühüm sənəd ölkə jurnalistikasının gələcək inkişafı üçün yeni üfüqlər açacaq, söz və ifadə azadlığının daha da möhkəmləndirilməsi, zəngin mətbu irsimizin öyrənilməsi, təbliği və gənc nəsillərə çatdırılması istiqamətində innovativ layihələrin həyata keçirilməsinə şərait yaradacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Aprel 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see221

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see216

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see198

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see167

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see156

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see148

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see146

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see139

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see136

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see135

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see134

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see134

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see134

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see133

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see132

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see131

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see130

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see128

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see126

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri