Diqqətlər Bakıda: Kamikadze dronlar və robotlarımız nümayiş etdiriləcək
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
"ADEX-2026" sərgisində Azərbaycan istehsalı olan atıcı silahlar, kamikadze dronlar və robotlar nümayiş etdiriləcək".
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri Samir Ağabalayev "ADEX-2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian 2026" - 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinə həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycanın müdafiə sənayesi son 20 il ərzində əhəmiyyətli dərəcədə inkişaf edib.
"ADEX-2026"da da yeniliklər gözlənilir. Bu il keçiriləcək sərgidə Azərbaycan istehsalı olan atıcı silahlar, kamikadze dronlar və robotlar nümayiş olunacaq. Bu çərçivədə yeni texnologiyaların inkişafına üstünlük verilir. Dünyada müşahidə olunan sürətli inkişaf fonunda müharibələrin forması da dəyişir. Buna zamanla uyğunlaşmaq lazımdır", - deyə S.Ağabalayev qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 22 Sentyabr 2026 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















