Diqqətsiz sürücünün törətdiyi qəza kameraya düşdü DİN görüntüləri yaydı VİDEO
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
"Müşahidə kameralarının əhatə dairəsində qeydə alınan qəzaların təhlili göstərir ki, Bakıda sürücü diqqətsizliyi səbəbindən baş verən yol-nəqliyyat hadisələrinin sayı az deyil".
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) sürücülərə müraciətində bildirilir.
"Sürücülər bilməlidirlər ki, hərəkət zamanı istənilən nəqliyyat vasitəsində texniki nasazlıq yarana və bu, avtomobilin məcburi şəkildə yolun hərəkət hissəsində dayanmasına səbəb ola bilər. Belə hallarda digər sürücülərin diqqətinin yolda olmaması, sükan arxasında mobil telefon və ya digər diqqət yayındıran vasitələrdən istifadə etməsi sürətin vaxtında azaldılmamasına və nəticədə qəzanın baş verməsinə gətirib çıxarır. Xüsusilə hərəkətin intensiv olduğu küçə və prospektlərdə bu cür hadisələr ölüm və xəsarət halları, nəqliyyat vasitələrinə ciddi zərər dəyməsi və süni nəqliyyat sıxlıqları ilə nəticələnir.
Aeroport şosesində baş verən bu qəza səbəbindən də metronun "Koroğlu" stansiyası, mərkəz istiqamətində yaranan nəqliyyat sıxlığı yol polisi əməkdaşlarının operativ müdaxiləsindən sonra aradan qaldırılıb.
Qeyd olunanları nəzərə alaraq, NİİM sürücüləri yollarda daha diqqətli olmağa, düzgün ara məsafəsi saxlamağa, sükan arxasında diqqəti yayındıran vasitələrdən istifadə etməməyə və məsuliyyətli davranmağa çağırır", - müraciətdə qeyd olunur.
Oxunub 766
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 12 Yanvar 2026 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















