Icma.az
close
up
RU
Dirçələn Şükürbəylidə məskunlaşma davam edir

Dirçələn Şükürbəylidə məskunlaşma davam edir

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

46 ailə və 223 nəfərin də yurd həsrəti bitdi

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramı işğaldan azad edilmiş ərazilərdə həyatın bərpasını sürətləndirir. Dövlət başçısının tapşırığına uyğun olaraq keçmiş məcburi köçkünlərin doğma yurdlarına mərhələli şəkildə qayıdışı davam edir. Növbəti köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə yola salınıb. Bu mərhələdə 46 ailə, ümumilikdə, 223 nəfər doğma torpağına qovuşub.

Uzun illər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşan ailələr artıq müasir standartlara uyğun tikilmiş, hər cür kommunal şəraiti olan fərdi yaşayış evlərində yeni həyata başlayırlar. Bu gün Şükürbəylidə insanların qayıdışı təkcə yeni evlərə köçmək deyil, həm də tarixi ədalətin bərpası, doğma ocaqların yenidən nura qərq olunması, yurd sevgisinin təntənəsidir.

Doğma kəndlərinə qayıdan sakinlər göstərilən yüksək dövlət qayğısını minnətdarlıqla qarşılayırlar. Onlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa-quruculuq işlərini, Birinci vitse-prezident Mehriban Əliyevanın humanitar təşəbbüslərini xüsusi qeyd edir, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinə ehtiramlarını bildirir, Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsini dərin hörmətlə yad edirlər.

Böyük Qayıdış yalnız yaşayış məntəqələrinin yenidən salınması ilə məhdudlaşmır. Dövlət tərəfindən keçmiş məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların məşğulluğunun təmin olunması, rahat və təhlükəsiz yaşayış mühitinin yaradılması bu siyasətin əsas istiqamətlərindəndir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara dövlət büdcəsi hesabına vahid aylıq müavinət ödənilir. Qanunvericiliyə əsasən, daimi yaşayış yerinə qayıdan şəxslər üçün bu təminat müəyyən olunmuş müddət ərzində qüvvədə saxlanılır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi köçürülən ailələr arasında mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirir. Görüşlər zamanı vətəndaşlara sosial təminat mexanizmləri, qanunvericiliyin tələbləri və onların hüquqları barədə ətraflı məlumat verilir. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə mövcud mina təhlükəsi ilə bağlı maarifləndirmə xüsusi diqqət mərkəzində saxlanılır. Dövlət Komitəsinin hazırladığı videoçarxlar vasitəsilə sakinlər təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırılır, xəbərdaredici nişanların əhəmiyyəti izah olunur.

Yurda qayıdan sakinlərin sevincini onların baxışlarından da duymaq mümkündür. Cəbrayıl rayonu Cəmil Əhmədov adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Mina Fətəliyeva dedi ki, uzun illərdən sonra doğma kəndə qayıtmaq həyatının ən xoş anlarından biridir:

– 1990-cı ildə ali təhsilimi başa vurduqdan sonra doğma kənd məktəbində müəllim kimi fəaliyyətə başlamışdım. Sonralar məktəb direktoru vəzifəsində də çalışdım. Hazırda müəllim işləyirəm. Bir müddət Biləsuvar rayonundakı Cəbrayıl qəsəbəsində məskunlaşmışdıq. Bu gün isə üçotaqlı, tam şəraitli evlə təmin olunaraq yenidən doğma kəndimizə qayıtmışıq. Müasir standartlara uyğun inşa edilmiş məktəbdə fəaliyyətimi davam etdirəcəyim üçün böyük qürur və sevinc hissi keçirirəm. Bu, illərlə həsrətini çəkdiyim arzumun gerçəkləşməsidir.

Birinci Qarabağ müharibəsinin şəhidi Asif Həsənovun həyat yoldaşı, təqaüdçü Zenfira Həsənova dövlətin şəhid ailələrinə və keçmiş məcburi köçkünlərə göstərdiyi diqqəti yüksək qiymətləndirdi:

– Şükür, artıq köçkünlük dövrünə son qoyaraq doğma yurdumuza qayıtmışıq. Üçotaqlı, rahat mənzillə təmin olunmuşuq. Yaşayış üçün hər cür şərait yaradılıb. Dövlətimizin qayğısını daim hiss edirik. Doğma torpaqda yaşamaq bizim üçün əvəzolunmaz xoşbəxtlikdir. Artıq gələn kimi arzumu - torpaq sahəsini becərməyi nəzərdə tutmuşam.

Uzun illər stomatoloq kimi fəaliyyət göstərmiş təqaüdçü Tehran Behbudov isə doğma kəndə qayıdışın mənəvi dəyərindən danışdı:

– Kəndimizin sakinlərinin əksəriyyətini yaxından tanıyıram. Uzun illər həsrətini çəkdiyimiz doğma yurda qayıtmaq sözlə ifadə olunmayacaq sevincdir. Üçotaqlı mənzillə təmin olunmuşuq. İnanıram ki, Şükürbəyli qısa müddətdə Azərbaycanın ən abad kəndlərindən birinə çevriləcək.

Şükürbəyli kəndinə növbəti köç bir daha təsdiq edir ki, Böyük Qayıdış proqramı ardıcıl və məqsədyönlü şəkildə icra olunur. İşğaldan azad edilmiş torpaqlarda müasir yaşayış məntəqələrinin salınması, sosial infrastrukturun yaradılması, əhalinin rifahının təmin edilməsi və təhlükəsiz yaşayış mühitinin formalaşdırılması Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi ən mühüm dövlət proqramlarından biridir. Doğma torpaqlarına qayıdan hər bir ailə isə bu tarixi prosesin canlı iştirakçısı olmaqla yanaşı, Qarabağ və Şərqi Zəngəzurun dirçəliş salnaməsinə yeni səhifələr yazır.

M.QULUYEV,
XQ-nin bölgə müxbiri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 İyul 2026 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1393

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see677

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see533

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see522

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see469

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see446

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see434

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see422

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see401

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see360

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see343

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see287

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see281

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see278

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see262
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri