Icma.az
close
up
RU
Menu

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Dirçəlişin, ruhun və gerçəkliyin izində... Laçın qeydləri

Dirçəlişin, ruhun və gerçəkliyin izində... Laçın qeydləri

Icma.az bildirir, Bakupost portalına istinadən.


Aprelin 29-da Bakıdan Laçına yola düşdük. Bu rəngli yuxuya bənzəyən, unudulmaz səfəri Azərbaycan Respublikası Prezidentinin Administrasiyası təşkil etmişdi.

Nə az, nə çox, 80 yolçunun içində ikicə nəfər tapa bilməzdin ki, bir-birinin oxşarı olsun. Hamısı tamam fərqli dünyagörüşündə, düşüncədə olan insanlar...

24 siyasi partiya lideri və ya nümayəndəsi, politoloqlar, internet televiziyası və qəzet rəhbərləri, fərqli media təmsilçiləri... Amma bu 80 nəfərin hamısını birləşdirən iki şey var idi: dərin minnətdarlıq hissi və insanı haldan-hala salan duyğular.

Hər kəs Laçındakı genişmiqyaslı yenidənqurma işlərinin, dövlətin Qarabağa nəfəs vermə cəhdlərinin şahidinə çevrilmişdi...

Bəli, bu səfər sadəcə informativ bir tur deyildi, bir xalqın ruhunun öz torpağına qayıdışının şahidliyinə dəvət idi.

Laçın – gülümsəyən səma

Boz havanı yara-yara irəliləyirik. Avtobusda hamı Laçında havanın daha soyuq olacağını düşünür. Hərə bir cür tədbir görməyə çalışır - yanaşı əyləşdiyim Ramil Hüseynov oğluna zəng edib, əlavə qalın gödəkçə gətizdirir, Rauf Arifoğlu sürücüsünü arayıb maşında isti paltar olub-olmadığını soruşur, mənsə çantamda isti papaq axtarıram.

Yol boyu gördüyümüz əraziləri bəzən səhv salıram, ətrafdakı yaşıllıqlar, yüngül duman rayonları fərqləndirməyə mane olur... Yeni salınmış, səliqəli qəsəbələr isə işğaldan azad olunmuş torpaqlara çatdığımızı xəbər verir. Yuxu qaçır, gözlər parıldayır və heyranlıq hissi avtobusdakı auranı tamam dəyişir. Yaşıl damlı şəhərcik, arxasınca dağların yamacıyla dolana-dolana uzanan, zəhmətkeş adamın alın qırışlarına bənzəyən qəhvəyi yollar, dağların bağrını yarıb keçən tunellər səni tamam başqa dünyaya aparır. Bu əsrarəngiz dünyanın girişində isə doğma sözlə qarşılaşırsan - "Laçın". Və bir də havanın tamam dəyişdiyinin, canındakı soyuğun çıxdığının, səmanın gülümsədiyinin fərqinə varırsan. Yuxarıda dumana bürünmüş zirvələr, aşağıda isə yenidən doğulan torpaq ruhunu qucaqlayır...

Zabuxçay – su yox, həyat axını

İlk dayanacağımız Zabuxçay su anbarıdır. Burada böyük bir layihədən də daha artıq nəsə var – torpağa ruh vermək niyyəti. Tutumu 26,7 milyon kubmetr olan bu nəhəng anbar sayəsində təkcə Laçının kəndləri deyil, həm də Qubadlı və Zəngilan rayonlarındakı 12 min hektardan çox ərazi əkin dövriyyəsinə buraxılacaq. Dövlət Su Agentliyi sədrinin müşaviri Etibar Məmmədov bildirdi ki, ehtiyac yaranarsa, suyun Cəbrayıl, hətta Bakı şəhərinə də ötürülməsi nəzərdə tutulur. Bundan əlavə, yaxın vaxtlarda 91 milyon kubmetrlik yeni bir anbarın da texniki-iqtisadi əsaslandırması hazırlanır.

Bu məlumatlar buz kimi faktlar deyil. Rəqəmlərin arxasında insanların çörəyi, kəndlərin dirçəlişi, torpağa qayıdış durur.

Diriliyə çevrilən birlik

Bayaq demişdim axı, səfər edənlərin hamısı çox fərqli insanlar idi. Elə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev də bu məqama toxundu. Söylədi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə bütün dünya azərbaycanlılarının qürur mənbəyidir. Bu zəfərlə yanaşı, digər milli maraqlar və dövlətçilik mövqeyi də vətənpərvər qüvvələri birləşdirən əsas amildir. Siyasi dialoqda fəal iştirak edən siyasi partiyalar da bizi növbəti zəfərlərə daşıyan həmrəylik mühitinin qorunmasına öz töhfələrini verirlər. Onu da dedi ki, siyasi partiyaların Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan bu cür layihələrdə fəal iştirakı bilavasitə milli və siyasi həmrəyliyin təzahürüdür.

Avropa estetikasında yenidən doğulan Qafqaz şəhəri

Laçın şəhərinin özü bir sənət əsəridir. Dağ yamaclarına səpilmiş zövqlü, səliqəli evlər, müasir yollar, dolanbac keçidlər təbiətlə mükəmməl vəhdət təşkil edir. Dolanbac yollarda hər döngədən bir kitab səhifəsi kimi çevrilirsən - yeni sətirlərdə mükəmməl mənzərələr səni bağrına basır.

Buranı hansısa Avropa şəhərləri ilə müqayisə etmək istədim, amma dəqiq bənzətmə tapa bilmədim. Sanki Alpların ətəyindəki dağ kəndləri ilə İtaliyanın Como gölü ətrafındakı yaşayış məskənləri qarışıb, amma yenə də fərqlidir – çünki bura Laçındır. Tarixi əsrlərə dayanan Avropanın bəzi şəhərlərini gəzəndə adamı səliqə-səhman, az qala hər daşına belə diqqət edilməsi heyrətləndirirdi. Laçın də məhz belə qurulur, ən xırda detallar belə ölçülüb-biçilir.

Bura təkcə inşa edilməyib, möcüzə yaratmaq eşqiylə dizayn edilib...

“Lacinema” – daşlar danışır, kino susur

Səfərimizin növbəti ünvanı Laçının mərkəzində yerləşən “Lacinema” kino mərkəzi idi. Hələ sovet dövründə inşa edilmiş bu kinoteatr işğal dövründə ermənilər tərəfindən yandırılıb. Amma Laçın azad olunduqdan sonra bina öz “ruhuna” qaytarılıb. Yenidən bərpa edilərək təkcə kino zalı deyil, bir tarix abidəsi halını alıb.

Burada bizə kino, teatr deyil, tarix göstərdilər. Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov faktları, tarixləri açıqladıqca adama elə gəlir ki, elə filmə tamaşa edirsən - belə reallıq olmur!

Statistika adamı fantastik fimlərə aparır, çaşdırır: qısa vaxtda 1000-dən çox yaşayış evi tikilib və bərpa edilib, 847 ailə doğma yurduna köçürülüb.

- 626 fərdi ev, 138 mənzil (çoxmənzilli binalarda), 87 qeyri-yaşayış sahəsi istifadəyə verilib.

- Hazırda 89 fərdi ev, 28 bina, 26 qeyri-yaşayış obyektinin tikintisi gedir.

- Planlaşdırılan: 237 ev və 29 bina (ümumilikdə 436 mənzil).

- Kəndlərdə: Susda 59 ev, Zabuxda 223 ev artıq hazırdır.

Yəni, Laçın təkcə estetik memarluq nümunələri ilə deyil, həm də həyatla dolur.

Canlı tarix içində dirçəliş nöqtələri

Səfər çərçivəsində “Hoçazfilm” kinopavilyonu, “Zerti Aqro-Sənaye Parkı” da ziyarət edildi. Hər biri müasir texnologiyalarla qurulan, amma yerli iqlimə, torpağa, tarixə uyğunlaşdırılan layihələrdir. Bu parkda mebel sexləri, suvenir zavodları, broyler fabrikləri, soyuq hava anbarları, toxumçuluq təsərrüfatları fəaliyyətə başlayıb.

Yaddaşlardakı küçə – göz bəbəyi kimi qorunanlar

Səfər zamanı daha bir maraqlı xəbərə də sevindik: Laçının bir küçəsində köhnə tikililər qorunub saxlanacaq. Onların üstü yüngül konstruksiya və şüşə ilə örtülərək orijinal forması saxlanmaqla istifadəyə veriləcək. Həm muzey, həm də praktik bir şəhər elementi kimi.

Bu, təkcə bir arxitektura hadisəsi deyil. Bu, Laçının yaddaşını yaşatma layihəsidir.

Sonda…

Bu səfər Laçını görməkdən daha artıq idi – Laçını duymaq, yaşamaq, hiss etmək idi. Lap uzaqdan belə, hər daşda bir iz görünür, hər evdə bir nəfəs hiss olunur. Bir də dövlətin bu şəhəri nə qədər sistemli, planlı, zövqlü şəkildə yenidən yaratdığı...

Elçin

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:216
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 30 Aprel 2025 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see378

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see370

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see364

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see339

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see334

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see255

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see243

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see237

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see236

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see230

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see227

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see223

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see213

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see210

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see210

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see204

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see197

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see178

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see173

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri