Icma.az
close
up
RU
Azad Laçın: Qayıdışın və dirçəlişin simvolu

Azad Laçın: Qayıdışın və dirçəlişin simvolu

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

26 avqust  Laçın Şəhəri Günüdür. 

Bu gün Azərbaycanın işğaldan azad edilmiş Laçın şəhərinin tam nəzarətə götürülməsinin dördüncü ildönümüdür. 2022-ci il avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhəri, eləcə də Zabux və Sus kəndlərini nəzarətə götürüb.

Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, hər il 26 avqust ölkədə Laçın Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunur.

“Cebheinfo.az”-a danışan deputat Arzuxan Əlizadə bildirib ki, 26 avqust Azərbaycan xalqının yaddaşında xüsusi əhəmiyyət daşıyan tarixlərdən biridir.

Onun sözlərinə görə, bu tarix təkcə Laçın şəhərinin işğaldan azad olunmasının ildönümü deyil, həm də uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların öz torpaqlarına qayıdışının, tarixi ədalətin bərpasının və Laçının yeni inkişaf mərhələsinə qədəm qoymasının rəmzidir:

“Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 26 avqustun Laçın Şəhəri Günü kimi təsis edilməsi bu tarixi hadisənin milli yaddaşımızdakı xüsusi yerini bir daha təsdiqləyir.

Laçın hər zaman Azərbaycanın mühüm strateji məntəqələrindən biri olub. Təəssüf ki, 1992-ci il mayın 18-də şəhərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi tariximizin ən ağır səhifələrindən birinə çevrildi. 

İşğal nəticəsində rayon əhalisi doğma torpaqlarından zorla didərgin salındı, yüzlərlə hərbi və mülki şəxs həlak oldu və ya itkin düşdü. Sosial, iqtisadi və mədəni infrastruktur dağıdıldı, tarixi-mədəni abidələr vandalizmə məruz qaldı, məktəblər, səhiyyə və mədəniyyət müəssisələri, inzibati və istehsal obyektləri talan edilərək məhv edildi”.

Deputat vurğulayıb ki, Laçının işğalı Azərbaycanın sonrakı taleyində ciddi strateji nəticələr doğurdu:

“Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqənin yaradılması məhz Laçının işğalı nəticəsində mümkün oldu. Bu baxımdan, Laçının, ondan əvvəl isə Şuşanın itirilməsi Qarabağın işğalının dərinləşməsinə səbəb olan əsas amillərdən idi.

Buna görə də Laçının azad edilməsi təkcə bir şəhərin və rayonun azadlığı deyil, bütövlükdə Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda tarixi əhəmiyyət daşıyan hadisədir.

2020-ci il Vətən müharibəsində qazanılan tarixi Zəfər bu prosesin həlledici mərhələsini yaratdı. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, 1 dekabr 2020-ci ildə Laçın rayonu Azərbaycana qaytarıldı. 

2022-ci il avqustun 26-da isə Azərbaycan Ordusu Laçın şəhəri, Zabux və Sus kəndlərini tam nəzarətə götürdü. Beləliklə, 30 ildən artıq davam edən Laçın həsrətinə son qoyuldu və tarixi ədalət bərpa edildi”.

Arzuxan Əlizadə vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı dövlət siyasətinin ən parlaq nümunələrindən biri məhz Laçındır:

“Prezident İlham Əliyevin rəhbərliyi ilə Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri göstərir ki, məqsəd təkcə dağıdılmış şəhər və kəndləri yenidən inşa etmək deyil. 

Əsas hədəf müasir, rahat, təhlükəsiz, iqtisadi cəhətdən dayanıqlı və insanların layiqli həyatını təmin edən yaşayış məkanları yaratmaqdır.

Bu gün Laçına baxarkən iki fərqli mənzərənin şahidi oluruq: bir tərəfdə 30 illik işğalın qoyduğu dağıntılar, digər tərəfdə isə cəmi bir neçə il ərzində həyata keçirilən nəhəng bərpa və quruculuq layihələri. 

Bu müqayisə Azərbaycan dövlətinin imkanlarını, siyasi iradəsini və Qarabağla Şərqi Zəngəzurun dirçəldilməsi istiqamətində qətiyyətini aydın şəkildə nümayiş etdirir".

O bildirib ki, Laçın artıq işğalın ağrılarını simvolizə edən şəhər deyil:

"Laçın bu gün qayıdışın, dirçəlişin, quruculuğun və Azərbaycanın gələcəyə baxışının rəmzlərindən biridir. Məhz buna görə də 26 avqustun Laçın Şəhəri Günü kimi qeyd olunması xüsusi rəmzi məna daşıyır.

Bu gün biz həm Laçının tarixini, işğal illərində yaşanan faciələri xatırlayır, həm də onun azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik.

Əminəm ki, qarşıdakı illərdə Laçın daha da inkişaf edəcək, burada yeni ailələr məskunlaşacaq, yeni müəssisələr fəaliyyət göstərəcək, turizm və mədəniyyət potensialı daha da genişlənəcək. Ən əsası isə Laçın yenidən öz sakinlərinin səsi, nəfəsi və həyatı ilə tam mənada canlanacaq”.

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Açar sözlər: Laçın Arzuxan Əlizadə

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Avqust 2026 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see647

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see277

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see265

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see251

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see233

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see233

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see223

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see214

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see205

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see197

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see193

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see193

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see187

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see186

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see183

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see182

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see178

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see176

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see170

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri