Icma.az
close
up
RU
Direktor aldığı rüşvətdən hansı vəzifəli şəxsə verdiyini açıqladı DETALLAR

Direktor aldığı rüşvətdən hansı vəzifəli şəxsə verdiyini açıqladı DETALLAR

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rüşvət alma, dələduzluq, mənimsəmə və vəzifə saxtakarlığında təqsirləndirilən Vurğun Mənsimovun cinayət işi üzrə yekun məhkəmə iclası keçirilib.

Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, o, 1 sentyabr 2011-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixədək Yardımlı rayon Uşaq-gənclər idman-şahmat məktəbinin direktoru vəzifəsində işləyib.

Vurğun Mənsimov 71 445 manat büdcə vəsaitini mənimsəyib, 8 000 manat dələduzluq edib, 3 000 manat rüşvət alıb.

İstintaq orqanı tərəfindən V. Mənsimovun barəsində Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq törətmək), 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 311.1 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

“Heç kimdən pul almamışam”

Lənkəran Ağır Cinayətlər Məhkəməsində ifadə verən V. Mənsimov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, 2011-2022-ci illərdə Yardımlı rayon Uşaq-Gənclər idman-şahmat məktəbinin direktoru vəzifəsində işləyib:

“2022-ci ildə öz ərizəmlə işdən çıxdım. Yardımlı rayonun Ostair kənd sakinindən 2000 manat, Məlikli kənd sakinindən isə 5000 manat məbləğində pulu borc almışam. Sonra hər ay ödəniş etməklə borcları qaytarmışam. Mənim direktor kimi təşkilati-sərancam vermə səlahiyyətim olsa da, hansısa şəxsi işə götürmək ixtiyarım. Məktəbin pedaqoji, texniki heyətinin işə qəbulu Yardımlı rayon Təhsil Şöbəsi tərəfindən həyata keçirilib.

Kimisə işə götürmək adıyla heç kimdən pul almamışam, heç kimi də aldatmamışam. Ona görə mənə verilmiş ittihamda göstərilənləri qəbul etmirəm. Belə hal olubsa da, aldığım pulu Yardımlı rayon Təhsil Şöbəsinin keçmiş müdirinə vermişəm”.

“Direktor müavini cavabdehlik daşıyıb”

Təqsirləndirilən şəxs qeyd edib ki, ittiham aktında adları keçən və şahid olan müəllimləri tanıyır, həmin şəxslər Yardımlı rayon Uşaq-gənclər idman-şahmat məktəbinin müəllimləridir: “Məktəbdə çalışan müəllimlər tələblərə uyğun işləyib, vaxtlı-vaxtında dərsləri tədris edib və intizam-intizam qaydalara riayət ediblər.

Məktəb əvvəllər, yəni 2022-ci ilədək Təhsil Nazirliyinin 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən, sonrakı dövrdə isə Lənkəran-Astara Təhsil İdarəsi tərəfindən maliyyələşib. Sənədlərdə heç saxtakarlıq olmayıb. Direktor olaraq əməkhaqların ödənilməsi üçün tərtib olunan smeta cədvəlini aidiyyəti üzrə göndərmişəm.

Məktəbdə artıq işçilərin əməkhaqların ödənilməsi məsələsini təhsil idarəsi və maliyyə idarəsi həll edib. Mənim bundan xəbərim olmayıb. Məktəbdə dərslər tədris olunarkən qeydiyyat aparılan jurnallara mən yox, direktor müavini cavabdehlik daşıyıb”.

“Əmrləşmə aparılmayıb”

Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, məktəbin binası kiçik və tədris üçün əlverişsiz olduğundan məşğələlər müxtəlif məktəblərdə təşkil edilib:

“Məşqçi-müəllimlər, texniki işçilər Yardımlı rayon Təhsil Şöbəsinin müdirinin təqdimatı, mənim isə əmrim əsasında işə götürülüb. Təhsil şöbəsi təqdimat vermədiyi halda heç kəsi işə götürə bilməmişik.

Etiraf edirəm ki, bəzi işçilər təhsil şöbəsinin müdiri Manaf Səmədzadənin təqdimatı, mənim isə əmrim əsasında işə götürülsələr də, vəzifə funksiyalarını yerinə yetirmədikləri halda onlara tərəfimdən maaş buraxılması halları olub.

Həmçinin şahidlərdən biri məktəbə məşqçi-müəllim təyin edilsə də, onun heç bir qrupu olmayıb və dərs keçməyib. Lakin aylıq maaşını alıb. Daha bir neçə müəllim dərs keçsə də, onların barəsində tərəfimdən əmrləşmə aparılmayıb”.

“Məqsədim müddət udmaq olub”

V. Mənsimovun ifadəsinə görə, 2022-ci ilin fevral ayında keçmiş iş yoldaşı, Yardımlı rayon Alçabulaq kənd orta məktəbinin direktoru onunla əlaqə saxlayıb, Əfqan İbayev və qardaş oğlu Fəraim İbayevi işə götürməsinin mümkün olub-olmadığını soruşub: “Həmin vaxt pula ehtiyacım olduğundan onları işə götürə biləcəyimi bildirdim. Bir neçə gün sonra Sırıq kəndinin ərazisində bunun üçün 5000 manat aldım.

Fikrim Yardımlı rayon Təhsil Şöbəsinin müdiri ilə razılaşaraq həmin şəxsləri işə götürmək idi. Onda təhsil şöbəsinin müdiri Manaf Səmədzadə məzuniyyətdəydi. O, məzuniyyətdən qayıtdıqdan dərhal sonra işdən çıxdığından bu plan alınmadı. 5000 manat pulu öz şəxsi ehtiyaclarım, o cümlədən tibbi xərclərim üçün sərf etdim.

Zərərçəkmiş şəxsdən 5000 manatı aldığım vaxt ona Fəraim və Əfqanı şahmat kursuna göndərəcəyimi, kurs bitdikdən sonra işə götürəcəyimi demişəm. Amma onları hər hansı şahmat kursuna göndərmək fikrim olmayıb. Məqsədim guya şahmat kursunun ödənişi kimi 5000 manat məbləğində pulu almaq, daha sonra isə onların işə qəbul edilməsinə cəhd etmək olub.

Zərərçəkmiş şəxs tez-tez kurs məsələsini soruşduğu üçün müddət qazanmaq və onu özümə inandırmaq məqsədim ilə, əslində olmayan 29 nömrəli əmrdən saxta çıxarışlar tərtib edərək imzalamışam”.

Məhkəmənin hökmü ilə V. Mənsimov 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilib. O, 5 il azadlıqdan məhrum edilib.

Birinci instansiya məhkəməsinin hökmündən təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, hökmün ləğv edilməsini və barəsində daha ədalətli, humanist qərar qəbul edilməsini xahiş edib.

Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə onun şikayəti qismən təmin olunub. Cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəza təyin edilməsinə dair müddəalar hökmdən xaric edilib.

Təqsirləndirilən şəxs 1 il 9 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum olunub, cəza 4 il 9 aya endirilib.

Bu qərardan təqsirləndirilən şəxsin müdafiəçisi kasasiya şikayəti verib. Şikayətə Ali Məhkəmədə baxılıb və təmin edilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Noyabr 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see220

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see212

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see210

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see208

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see206

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see185

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see185

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see183

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see175

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see172

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see158

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see155

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see145

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see144

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see142

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see139

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see138

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see138

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri