Icma.az
close
up
RU
Direktor Mehdiyevin əmri ilə rəy verib Şərurlu İsfəndiyar ın MƏHKƏMƏSİ

Direktor Mehdiyevin əmri ilə rəy verib Şərurlu İsfəndiyar ın MƏHKƏMƏSİ

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Bu gün Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə "Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, Emin Səməndərovun hüquqlarını müdafiə edən Asim Abbasov rəydə ziddiyətli məqamların olduğunu bildirib:

"Ramiz Mehdiyev həmin ərəfədə AMEA-nın prezidenti olub. Dilçilik İnstitutunun hazırkı rəhbəri də onun əmri ilə təyin olunub. Görünən odur ki, həmin direktor Mehdiyevin əmri ilə rəy verib. Bu da bizim həmin rəyə şübhə ilə yanaşmağımıza əsas verir. Vəsatət veririk ki, ekspert rəyi sübutlar siyahısından çıxarılsın".

İ. Axundovun vəkili Ülvi Nəsibli bu vəsatətin təmin olunmamasını məhkəmədən istəyib:

"Kimin kimdən xoşu gəlmirsə, Ramiz Mehdiyevlə əlaqələndirirlər. Müvəkkilimin Mehdiyevlə əlaqəsinin olması hansısa şəxsin subyektiv fikridir".

İsfəndiyar Axundov çıxış edərək "İnsan belə pul qazanmaz. Əgər mənim Ramiz Mehdiyevlə bir əlaqəm varsa, dövlət mənim cəzamı verəcək" deyib.

Vəkil Asim Abbasov İ. Axundova müraciətlə "Siz mənim bu işdən çəkilməyimi istəyirdiniz; oğlunuz da, özünüz də buna görə  dəfələrlə mənə zənglər etmisiniz. Biz bəzi məsələləri ortaya çıxarsaq, siz pis vəziyyətdə qalacaqsınız. Məni heç bir güc bu işdən çəkindirə bilməz. Tək istədiyimiz sizin etdiyiniz səhvi etiraf etməyinizdir".

Daha sonra məhkəmə qısa müşavirədən sonra elan edib ki, mütəxəssis rəyinin sübutlar siyahısından yekun məhkəmə aktı qəbul ediləndə dəyərləndiriləcək. Eyni zamanda rəy vermiş ekspertin dindirilməsi barədə vəsatət də təmin olunmayıb. Məhkəmə istintaqının yekunlaşması elan olunub. İddiaçının vəkili Asim Abbasov çıxış üçün vaxt istəyib.

Növbəti proses 22 dekabr saat 11:00-a təyin olunub.

Xatırladaq  ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittiham qaydasında “Proqress 2016” MTK-nın rəhbəri Emil Səməndərov şikayət edib. İttihama görə, İ. Axundov müsahibələrindən birində E. Səməndərovu dələduz kimi təqdim edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:236
embedMənbə:https://lent.az
archiveBu xəbər 15 Dekabr 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri