Icma.az
close
up
RU
“Direktor məktəbin ən vacib fiqurudur, amma onu seçmək üçün standartımız yoxdur” ŞƏRH

“Direktor məktəbin ən vacib fiqurudur, amma onu seçmək üçün standartımız yoxdur” ŞƏRH

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

“Məktəb insan yetişdirən ən həssas və mühüm sistemdir. Məktəbə təkcə təlim-tərbiyə müəssəsi kimi deyil, təhsil və tərbiyə mədəniyyətini formalaşdıran, aşıyılan bir meydan kimi baxılmalıdır. Burada səhv bir qərar bir sənədə yox, bir uşağın gələcəyinə təsir edir. Buna görə də məktəbin mərkəzində duran şəxs – direktor – sadəcə “vəzifə sahibi” deyil, məktəbin ruhunu, mədəniyyəti formalaşdıran liderdir. Yəni direktor məktəbin tempini, münasibət mədəniyyətini, ünsiyyət qaydalarını, psixoloji mühiti və dəyərlər sistemini yaradan peşəkar bir mütəxəssisdir”.

Gununsesi.info bildirir ki, bu fikirləri təhsil eksperti Elşən Qafarov bildirib:

“Azərbaycan məktəbində uzun illərdir bir paradoks var:

Direktor məktəbin ən vacib fiqurudur, amma onu seçmək üçün standartımız yoxdur. Bu səbəbdən həm cəmiyyətin gözləntiləri ilə nəticələr arasında, həm də sistemin məqsədi ilə reallıq arasında boşluqlar var.

Bugün özümüzə səmimi sual vermək lazımdır:

Biz niyə məktəb direktorlarını düzgün seçə bilmirik? Və eyni zamanda: Bizə necə məktəb direktorları lazımdır? Bu iki sualın cavabını tapa bilsək, inanaın məktəb idarəetməsində problemlərin böyük hissəsisni aradan qaldıra bilərik.

Direktorun işi sənəd yoxlamaq, imza atmaq və kabinetdə oturmaq deyil. Direktorun işi insandır. Müəllim insanıdır, şagird insanıdır, valideyn insanıdır. Məktəb bütövlükdə insan münasibətlərinin sistemidir. Bu səbəbdən müasir dövrdə məktəb direktorun 5 əsas missiyası olmalıdır.

Tədris mədəniyyəti – Bu direktorun pedaqoqluq fünksiyasını yerinə yetirməsidir. Direktor fənn kurikulumları haqqında ilkin məlimatları, müasir tədris metodlarını və təlim strategiyalarını, məktəb mühiti ilə bağlı innovasiyaları bilmək məcburiyyətindədir. Dərsin mahiyyətini, metodikasını, müşahidəsini, müəllim inkişafını dərindən anlamalıdır. Müasir dünyada direktor metodik liderdir. Tərbiyə mədəniyyəti – Məktəbin davranış fəlsəfəsini direktor müəyyən edir. Təkcə qaydalarla deyil, həmdə dəyərlər üzərində. Əgər məktəbdə empatiya, hörmət və ədalət yoxdursa, direktor olsa da o məktəbdə tərbiyə sistemi olmayacaq.Tərbiyə sistemi olmayan məktəbdə hər hansı mədəniyyətdən danışmağa dəyməz. Psixoloji mühit – “Biz hissi” direktorla yaranır.

Təhlükəsiz, sakit, əməkdaşlıq yönümlü mühit tərbiyənin əsas şərtidir.

Valideyn siyasəti – Direktor müəllimlə valideyn arasında körpüdür. Mövqe yox, əməkdaşlıq yaradır. Valideyinə təlim-tərbiyə prosesində tərəf deyil, prosesin tərkib hissəsi kimi baxılmalıdır. İnkişaf mədəniyyəti – Direktorun işi təkcə planlar qorumaq yox, mədəniyyəti qurmaqdır. Qurulmuş sistemlə məktəbi inkişaf etdirmək mümkündür”.

Elşən Qafarov qeyd edib ki, ona görə də müasir məktəb direktoru vicdanlı, lider, pedaqoji düşüncəli, idarəetmə bacarığı olan, insan yönümlü və mədəniyyət yaradan şəxs olmalıdır:

“Hazırkı məktəb direktoru modelinə diqqət edək. Məktəb direktoru olmaq üçün əsas şərt pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsil, 5 ildən az olmayaraq pedaqoji staj və ya elmi dərəcəsi və elmi adı olduqda 3 il pedaqoji staj tələb olunur. Bu, lazımlı şərtdir, amma yetərli deyil.

Təcrübə göstərir ki, Müəllim sinifin içində insanı və dərsi idarə etməyi öyrənir. Direktor isə bütün məktəbi — sistemləri, prosesi, insanları, qərarları — idarə etməlidir. Bu iki rol arasında təbii keçid yolu yoxdur. Ona görə də çox vaxt direktor kresloda idarəetməni öyrənir, yəni təyinatdan sonra real situasiyaların içində, səhvlər və gərginliklər arasında idarəetmə bacarığını formalaşdırır.

Müşahidələrim,qazandığım bilik və təcrübə göstərir ki, daha bacarıqlı direktorlar əvvəlcə müavin olmuş kadrlardır.

Çünki müavinlik məktəb idarəetməsinin laboratoriyasıdır. Orada insan münasibəti, riskli situasiyalar, müəllim dinləmək, valideynlə dialoq, psixoloji gərginlik – hamısı real həyatda öyrənilir. Bu səbəbdən təklif edirəm ki, məktəb direktorları ən azı 3 müavin işləmiş kadrlar arasında təyin olunsun. Bu, direktoru təcrübə içində yetişdirən modeldir.

Bəs beynəlxalq təcrübə nə deyir? Bu sualın cavabı çox sadədir, heç bir inkişaf etmiş ölkə direktoru imtahanla seçmir, direktor hazırlanır.

Sinqapur modelinə diqqət edək –Sinqapurda direktor təsadüfən seçilmir, dövlət tərəfindən yetişdirilir. Burada direktorluq “vəzifə” yox, liderlik inkişaf yolu hesab olunur. Direktor olmaq istəyən namizəd əvvəlcə müəllim kimi təcrübə toplayır, sonra metodik liderlik roluna keçir, daha sonra məktəb müavini kimi idarəetməni öyrənir. Bu mərhələlərdən sonra namizəd Milli Təhsil İnstitutunun (NIE) xüsusi proqramına qəbul edilir. Burada o, 9 aylıq rəhbərlik və idarəetmə kursu keçir, məktəb idarəetməsi, pedaqogika, kommunikasiya, data analizi və münaqişə psixologiyası üzrə sistemli hazırlıq alır. Təlimdən sonra isə namizəd mentor direktor yanında bir illik staj dövrü keçir və yalnız bundan sonra məktəbin rəhbərliyinə təyin oluna bilər. Direktor kabinetdə öyrənmir — əvvəl hazırlanır, sonra məktəbə gəlir. Bu yanaşma direktoru peşəkar lider, psixoloji olaraq yetkin və ikinci addımı düşünən idarəçi kimi formalaşdırır.

Finlandiya modelinə diqqət edək — Finlandiyada direktor olmaq üçün sadəcə pedaqoji staj kifayət etmir. Burada direktor akademik lider sayılır və ona görə də bir sıra ciddi tələblər qoyulur: namizədin magistratura təhsili, idarəetmə üzrə peşəkar hazırlığı, pedaqogika və təhsil sosiologiyası sahəsində nəzəri bilikləri olmalıdır. Bundan əlavə, direktorluğa namizəd məktəb inkişafı üzrə elmi tədqiqat aparmalı və məktəbdə real staj dövrü keçməlidir. Yalnız nəzəri hazırlıq və praktiki təcrübənin birləşdiyi halda, namizəd məktəbi idarə etməyə hazır hesab olunur. Direktor sinifdən kabinetə yox, universitetdən məktəbə gəlir.

Kanada modelinə diqqət edək—Kanadada məktəb direktoru paylaşılan liderlik mədəniyyətinin daşıyıcısıdır. Burada direktor seçimi təkcə imtahana söykənmir; diqqət şəxsin liderlik keyfiyyətlərinə, məktəb mədəniyyətinə baxışına və dəyərlərinə verilir. Namizəd əvvəlcə Principal Certificate proqramına qatılır, burada məktəb idarəçiliyi, pedaqogika, data əsaslı qərarvermə və kommunikasiya üzrə hazırlıq keçir. Daha sonra namizəddən motivasiya məktubu, yəni “Niyə direktor olmaq istəyirəm?” sualının səmimi və praktik cavabı tələb olunur. Seçim prosesinin mərkəzi isə Leadership Interview mərhələsidir: namizəd real situasiyalar üzrə qərarvermə bacarığını, etikasını, ünsiyyət tərzini və insan yönümlü liderlik keyfiyyətlərini nümayiş etdirir. Müsahibədən sonra namizəd təklif olunan məktəb üzrə 3 illik Məktəbin İnkişaf Planını hazırlayır – bu, onun düşünmə tərzini və vizionunu göstərir. Direktor tək rəhbər deyil; o, komanda mədəniyyəti yaradan liderdir. Bu model müəllimi, şagirdi və valideyni prosesin mərkəzinə çəkir, məktəb mədəniyyətini bir şəxsin gücünə deyil, komandanın işinə söykəyir.

Göründüyü kimi bu ölkələrdə məktəb direktoru seçilmir, direktor hazırlanır.

Fikrimcə ölkəmizdə məktəb direktorlarının seçimi üçün öz modelimiz olmalıdır. Təklif etdiyim modellə bağlı fikirlərimi sizinlə bölüşmək istəyirəm :

Növbəti tədris ili üçün direktorların işə qəbulu müsabiqəsi oktyabr ayında elan edilsin. Bu, tələskənliyi aradan qaldırır, hazırlıq mədəniyyəti yaradır. Axı müsbiqənin fəlsəfəsi bundan ibarətdir ki, ən yaxşıları seçilməlidir. Oktyabr ayından mart ayına qədər( 6 ay) qeydiyyat davam etsin. Namizədlər müavinlərdən (tədris üzrə, tərbiyə üzrə, əgər pedaqoji və ya idarəetmə üzrə təhsili varsa təsərrüfat üzrə), psixoloqlar bu müddətdə məktəbin iadrə edilməsi, məktəb işi ilə bağlı, ən azı 5 kitab oxuyur, hər kitab üzrə qısa referat təqdim edir, beynəlxalq təcrübə ilə tanış olur. Bu, direktorun məktəbin idarəedilməsi ilə bağlı təsəvvürlərini təkmilləşdirir. Aprel ayında motivasiya məktubu təqdim edir. Qısa, səmimi və praktiki: “Niyə direktor olmaq istəyirəm?” Burada onun vizionu görünür. Aprel, may aylarında qeydiyyatdan keçmiş namizədlər regionlarda olan dövlət universitetlərində kurslara-təlimlərə cəlb olunurlar. Namizədlərə bu 2 ay ərzində liderlik və idarəetmə, planlaşdırma (məktəbin inkişaf planı), təhsil prosesininn tənzimlənməsi ilə bağlı hüquqi normativ aktlar və əmək qanunvericiliyinin məktəbdə tətbiqi məsələləri, darəetmə və münaqişə psixologiyası, rəqəmsal məktəb, MDN(məktəbdaxili nəzarət) – planlaşdırma, maliyyə təsərrüfat işi, valideyn siyasəti və s. istiqamətlər üzrə bilik bacarıqlar öyrədilir. İyunda 3 imtahan keçirilir. Hər imtahanda keçid 40% olmaqla, Təhsil və Əmək qanunvericiliyi — ümumi nəticədə maksimum balın 20%-ni, Liderlik, pedaqogika və psixologiya — ümumi nəticədə maksimum balın 20%-ni

3.Rəqəmsal məktəb və İKT bacarıqları — ümumi nəticədə maksimum balın 20%-ni təşkil edəcək.

Bu, direktoru fəaliyyəti zamanı risklərdən qoruyan biliklərdir.

İyulun 1-ci yarısında müsahibə mərhələsi təşkil olunsun. Burada xarakter və liderlik ölçülməlidir. Yəni xarici görünüş və vizion, ünsiyyət bacarığı, münaqişəli vəziyyətlərdə qərarvermə bacarığı, etik davranış, danışıq üslübu və s bacarıqlar yoxlanılır. Müsahibənin çəkisi: ümumi nəticənin 20%-ni təşkil edəcək.

Yekun qiymətləndirmədə nəzərdə tutlan maksimum balın 20% motivasiya məktubu, imtahanlar ( 20+20+20) 60% və müsahibə 20% ilə ölçüləcək. (Bu rəqəmlər dəyişə də bilər.)

İyulun 2-ci yarısı uğur qazanan namizədlərə təklif olunan məktəb üzrə 3 illik Məktəbin İnkişaf Planı hazırlamaq tapşırılır. Bu, direktoru kresloya oturmadan əvvəl düşünməyə məcbur edir. Avqustun 15–20-si isə təyinat dövrü. Direktor dərs ili başlamadan hazır vizionla məktəbə daxil olur. Bu təqdim etdiyim bu model sadədir, realistikdir, pratikdir.

Bu gün biz direktor seçə bilmədiyimizi deməkdən çəkinməməliyik. Çünki direktor sıradan bir vəzifə deyil, məktəbin gələcəyidir. Standart olmadan seçim, hazırlıq olmadan liderlik , bizi istədiyimiz nəticəyə aparmır. Yeganə yol isə düşünürəm, əvvəl məktəb direktorlarını hazırlayaq, sonra təyin edək. O zaman məktəbləri idarə edən məmur yox, məktəbi inkişaf etdirən peşəkar təhsil idarəedicilərini görə bilərik”.

Şəbnəm

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 Dekabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2008

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see227

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see200

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see187

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see152

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see147

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see140

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see140

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see137

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see136

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see136

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see134

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see129

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see122

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri