Direktor: Region ölkələri ilə müqayisədə Azərbaycanda İİV infeksiyasına yoluxma göstəricisi aşağıdır AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 29 noyabr, AZƏRTAC
“Digər region ölkələri ilə müqayisədə Azərbaycanda İİV infeksiyası ilə xəstələnmə göstəricisi olduqca aşağıdır”.
AZƏRTAC Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu sözləri Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.
O qeyd edib ki, Səhiyyə Nazirliyinin daim nəzarəti sayəsində Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən aparılan məqsədli fəaliyyət ölkədə İİV-infeksiyasının yayılmasını illər ərzində təmərküzləşmiş mərhələdə saxlamağa imkan yaradıb: “Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2024-cü ilin III rübünün sonunadək, yəni 37 il ərzində Respublika QİÇS-lə Mübarizə Mərkəzində 10 min 108 İİV-lə yaşayan Azərbaycan vətəndaşı rəsmi qeydiyyatdadır. Onlardan 7 min 26 nəfəri (69,5 faiz) kişi, 3 min 82 nəfər isə (30,5 faiz) qadınlardır. Ölkəmizdə tətbiq olunan İİV-ə yoluxmuş şəxslərin aşkarlanması strategiyası UNAIDS tərəfindən müsbət təcrübə kimi qiymətləndirilir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 29 Noyabr 2024 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















