Icma.az
close
up
RU
Region ölkələri Qərbin məkrli planlarına qarşı mübarizədə birləşməlidir ŞƏRH AZƏRTAC

Region ölkələri Qərbin məkrli planlarına qarşı mübarizədə birləşməlidir ŞƏRH AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 9 dekabr, AZƏRTAC

Müasir dünya nizamının strukturu ilə bağlı müzakirələr bu gün əsas mövzulardan biridir. Bunun həm elmi, həm də siyasi komponentlərinin olması ilə bağlı müxtəlif suallar qaldırılsa da, əsas sual yaxın onilliklərdə dünyanın hansı modelə doğru irəlilədiləcəyidir. Dünya nizamının quruluşu şübhəsiz ki, yenidən formalaşır. Konvensional struktur dedikdə beynəlxalq münasibətlər çox vaxt milli dövlətlər və onların ittifaqları arasında hakimiyyətin bölüşdürülməsini nəzərdə tuturdursa, güc anlayışı standart olaraq Veberçi şəkildə, yəni, bir subyektin öz iradəsini digər subyektə tətbiq, sonuncunun itaətini qarşılamaq qabiliyyəti kimi başa düşülürdüsə, bu gün alışdığımız bütün üsul və metodların, vasitələrin üzərindən sanki bir xətt çəkilib. Qütblər və güc mərkəzləri baxımından, ümumiyyətlə, “gələcəyin dünyası necə olacaq” sualını qaldırdığımız zaman təəssüf ki, qarşılaşdığımız mənfi tendensiyalar daha çoxdur, dünya görünməmiş çağırışlar və təhdidlər ilə üz-üzədir. Bütün bunların cərgəsində bir sıra aktorlara qarşı münasibətdə sanki sabit bir olan məsələ var ki, o da Qərbin dəyişməyən yanaşması, dəyişməz qərəzidir. Bu istiqamətdə Azərbaycan yenidən hədəfə gətirilməyə cəhd edilir desək, yanılmarıq. Bunu nəyə görə məhz “cəhd” adlandırmaq lazımdır məsələsinin cavabı isə dövlət qədər cəmiyyətin də mənfur aktorlara, onlara qulluq edən kəslərə reaksiyasının dəfələrlə sınaqdan keçmiş olmasıdır. Yəni, cəmiyyət özü dağıdıcı ünsürləri əlinin tərsi ilə birmənalı qaydada geri çevirir. Təkidlə və bir qayda olaraq cəmiyyətlərin dəyərlər sisteminə sızmaq Qərb dövlətlərinin, sadəcə, Cənubi Qafqazda, Azərbaycanda tətbiq etmək istədiyi alət deyil. Bunun sədaları dünyanın dörd bir yanından gəlir. Rusiyanı çökdürmək, Ukraynada qələbə qazanmaq planı baş tutmadığından sanki Qərb hiddət alovunu daha da və başqa ərazilərə sıçratmaq istəyir. “Sərt güc”, “yumşaq güc”, hibrid müharibələr, siyasi partiyalar, QHT-lər, media, diplomatlar, əlaqəli və ya əlaqəsiz ayrı-ayrı kəslər bu işdə geniş şəbəkə formalaşdırıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova söyləyib.

Politoloq qeyd edib ki, bütün bu amillər yeni dünyanın beynəlxalq münasibətlər sistemində hakimiyyətin bölüşdürülməsinin asimmetrik xarakterini əks etdirir. Şərt deyil ki, fiziki, birbaşa iştirak olsun, buna xidmət edən şərti, dolayı, qiyabi təsir alətləri, ünsürləri, birdəfəlik istifadəçilər də tapılır. Bu cür asimmetriya hərbi güc üçün də xarakterik idi. Hərbi və iqtisadi tədbirlərin tətbiqinin sərhədləri və xüsusiyyətləri həmişə üst-üstə düşmədiyindən köhnə üsulla burada bənzərlik mövcuddur. Fərqlilik, zəhərli, zərərli və təhlükəli məqam isə odur ki, bu, birdəfəlik məhv olmağa yox, beyinlərin iflicinə fokuslanıb, zərrə-zərrə, qram-qram…

Qərbin Azərbaycana tətbiq etdiyi təzyiq və təhdidlər təşəbbüskar, icraçı kəslərin, müəllif qruplarının və qruplaşmalarının ölkəmizin, dövlətimizin, onun dövlətçilik dayaqlarının zəiflədilməsinə, məhdudlaşdırılmasına və nəticə etibarilə sabitliyin öz oxundan çıxmasına yönələn qəsdən, şüurlu, koordinasiyalı, sistemli hərəkətlər kimi müəyyən edilməlidir. Cənubi Qafqaz ənənəvi dəyərlərlə, tarixi tellərlə bir-birinə bağlıdır. Qərb müşahidə missiyasının Azərbaycan Ordusu haqqında kəşfiyyat məlumatlarını Ermənistana ötürməsi, hər halda, səthi keçiləcək məsələ deyil. Bu o deməkdir ki, Qərb regionda dövlətçiliyi hərtərəfli məhv etmək kursu götürüb. Sərhədsizlərin, bunun ideologiyasını müdafiə edənlərin hədsiz formada sərhəddə şou göstərməsinə axı bundan başqa nə ad verəsən?

Ş.Həsənova diqqətə çatdırıb ki, Qərbin bu məkrli planına qarşı mübarizədə region ölkələri birləşməlidir. Gürcüstanın Azərbaycanla gücünü və sözünü birləşdirməsinin gətirdiyi dividentlər aydın şəkildə görünür. Ermənistan nə özünü, nə regionu zülmətə sürükləmədən aydınlığa çıxmalıdır. Əks təqdirdə, Qərbin Ermənistanı regiondan döndərmək cəhdləri onu “qovulmuşlar ölkəsi”nə çevirəcək. Bir sözlə, Qərb gah Ermənistanı müharibəyə, revanşizmə kökləyir, gah da cəmiyyətlərə sızmağa çalışır, Cənubi Qafqazın “qan gölü”nə çevrilməsi ssenariləri icra mərhələsinə gətirilir.

“Zamanında münaqişənin “hərbi həll variantı yoxdur” deyə bizə nağıllar aşılayaraq Azərbaycan tarixini yenidən yazmaq, böyük və qəhrəmanlıq keçmişimizi ümumi yaddaşımızdan silmək cəhdi var idisə, bu gün bizə yad olan dəyərlərlə cəmiyyətimizə biabırçılıq aşılamaq istəkləri, hətta təkidləri var. İnsan hüquq və azadlıqlarının mahiyyətini, önəmini, həyati vacibliyini digər dövlətlərə təlqin etmək “ümdə arzusu”, əfsanəsi nədir, qanunun aliliyini pozaraq onu ailə qanunları üçün istifadə edərək prezidentin oğlunu əfv etməsi nədir? Arada nə qədər böyük ziddiyyət, uçurum və özünüinkar mövcuddur, elə deyil? Elədir! Ukrayna, Gürcüstan və qolunu-qanadını sındırdığınız digər ölkələrdən fərqli olaraq, Azərbaycan cəmiyyəti sizin özünüzün, bizə yadlaşdırıb özününküləşdirdiklərinizin cəhdlərini özünə yaxın buraxmırsa, bu, da üzsüzlükdür axı, elə deyil? Bu da yox, hamısı elədir. Əfv olunanların belə asılılığını, hətta ən qaranlıq zamanlarında edilən səhvlərini etiraf etmək, məsuliyyəti öz üzərinə götürmək belə sizi heç nədən azad etmir. Siyasi idman üçün seçilən meydanların ədalətə, bərabərliyə xidmət etmədiyini, insan talelərinə olan acınacaqlı təsirlərini görmək üçün ayrıca bələdçi lazım deyil. Hər şey uzaqdan da, yaxından da yaxşı görünür. Belə dəyirmanlara nəinki su tökən, damcı bəxş edən istənilən ünsürün yeri bəllidir. Müdrik Azərbaycan xalqı isə öz Liderinin yerini əlçatmaz zirvə olaraq müəyyənləşdirib”, - deyə politoloq vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Dekabr 2024 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see234

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see202

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri