Icma.az
close
up
RU
Direktor seçimindəki dəyişiklik nə vəd edir?

Direktor seçimindəki dəyişiklik nə vəd edir?

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

"Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin dördüncü ilində məktəb direktorlarının seçiminin yeni qaydalar əsasında aparılması məntiqlidir. 

Çünki yeni qaydalar sertifikatlaşdırmada (bir qrup müəllim ixtisasına münasibətdə isə MİQ və ya diaqnostik qiymətləndirmədə) yüksək bal toplamış şəxslər sırasından seçimi nəzərdə tutur".

"Cebheinfo.az" xəbər verir ki, bu fikirləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu bildirib. 

 O bildirib ki, namizədin digər keyfiyyətləri isə müsahibədə dəyərləndiriləcəkdir:" 

Təhsil müəssisəsi elə bir qurumdur ki, burada menecerlik qabiliyyəti ilə yanaşı məktəbdə gedən iki prosesin - öyrətmə və öyrənmənin əsaslarını dərindən bilmək vacibdir. 

Məlumdur ki, tədris etdiyi fənn üzrə savadı, öyrətmək ustalığı, pedaqoji duyumu olan müəllimin məktəbdə xüsusi nüfuzu vardır. Məktəb direktorunun eyni keyfiyyətləri olmadıqda, nüfuzlu müəllim müəssisənin qeyri-formal liderinə çevrilir. 

Formal və qeyri-formal liderlərin düzgün əməkdaşlıq qurması, bir-birini tamamlaması isə, heyif ki, həmişə alınmır. Məktəb kollektivi üçün ən optimal hal qeyri-formal liderin formal lider təyin edilməsidir. 

Ötən onillikdə aparılmış bir tədqiqata əsasən,  direktoru pedaqogikanı yaxşı bilən və bütün diqqətini daxili qaydaların bərqərar edilməsinə yönəldən məktəblərdə şagirdlər daha yaxşı öyrənir. Əlbəttə şagird nailiyyətinə təsir edən digər dəyişənlər də vardır: müəllim səriştəsi, şagirdin ilkin hazırlıq səviyyəsi, bölgənin sosial-iqtisadi durumu, ailənin təhsil və mədəni statusu və s. 

Məktəb direktorunun idarəetmədə söykəndiyi prinsipləri də sadalanan  dəyişənlərə əlavə etməliyik. Şagird nailiyyətləri yüksək olan məktəb rəhbərləri üçün daxili problemlərin həlli və pedaqoji təcrübənin inkişafı prioritet məsələdir. Tədqiqatçılar həmçinin müəyyən etmişdirlər ki, nisbətən zəif təhsil müəssisələrinin rəhbərləri xarici təlimatlara, maddi-texniki və maliyyə məsələlərinə daha çox diqqət yetirir. Məktəblərin “daxilə” meyillənməsi onlara mürəkkəb şəraitdə  belə “qalib olmağa” kömək edir. Obrazlı desək, uğurlu məktəblər “introvertdirlər”: onlar üçün birinci yerdə məktəbin daxilində öyrənmə mühitinin qurulması durur. 
Özü yaxşı müəllim olmuş direktor həmkarlarına vaxtında və faydalı tövsiyə verə bilir, verdiyi tövsiyələr də konkret olur. Sadəcə, “yaxşı işlə” və ya “yaxşı öyrət” tapşırığı gənc (və ya səriştəsiz) müəllimə çox şey vermir. Amma dərsdinləmə zamanı gördüyü boşluqları düzgün şərh edən direktor müəllim üçün, müəllimin vasitəsilə isə şagird üçün böyük dəstəkdir. Məsələn, “X şagird üçün sözlü təlimat kifayət etmədi: 

təlimatı təkrar etsəniz də o, sizi anlamadı, növbəti dəfə tapşırığın bir hissəsini onunla birlikdə işləyin”, “Göz təması qurarkən, bütün sinfə baxmağa çalışın,  siz yalnız sinfin sağ tərəfində oturanlara baxırsınız”, “Y şagirdin kiçik motorikasını inkişaf etdirmək üçün ona əlavə tapşırıqlar verin”, “Xronologiyadan danışarkən lövhədə zaman oxu çəkin: belədə şagirdlər sizi daha yaxşı anlayacaqlar” və s. 

Daim öyrənmək və öyrətmək missiyasını rəhbər tutan direktorun ətrafında güclü komandanın yığılması labüddür. Belə liderlər şəxslərə deyil, proseslərə fokuslanmağı, həm müəllimi, həm də şagirdi daim inkişafda olan, irəliləyən insan kimi qəbul etməyi bacarırlar.

Hesab edirik ki, yaxşı müəllimlərin karyera inkişafı onları motivasiya etməklə yanaşı, gənc müəllimlərə də örnək olur. Səriştəli müəllimlərimizi müsabiqəyə qoşulmağa dəvət edirik".

Nigar
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Oktyabr 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see329

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see302

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see294

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see282

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see266

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see255

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see252

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see252

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see249

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see245

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see234

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see233

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see225

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see222

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see220

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see214

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see209

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see207

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see186

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri