Icma.az
close
up
RU
Direktor və direktor müavinləri imtahan verəcək

Direktor və direktor müavinləri imtahan verəcək

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hazırda ümumtəhsil məktəblərində müəllim kimi fəaliyyət göstərmək istəyən şəxslər Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan imtahanlardan keçməli, işə qəbul olunduqdan sonra isə sertifikasiya prosesindən də keçməyə məcburdurlar. Bu prosesin əsas məqsədi müəllimlərin bilik və bacarıqlarının yoxlanılması, təhsilin keyfiyyətinin yüksəldilməsidir.
Bəs məktəb direktorları necə?

Ekspertlərin bir qismi hesab edir ki, bu vəzifəyə təyinat alan şəxslər də sertifikasiya prosesindən keçməlidirlər. Onların fikrincə, belə bir addım məktəblərdə baş verən neqativ halların qarşısını almaqda və ümumi təhsil mühitinin sağlamlaşdırılmasında mühüm rol oynaya bilər.
Mövzu ilə bağlı təhsil eksperti İlqar Orucov Referans- a bildirib ki, hal-hazırda məktəb direktorlarının işə qəbulu üçün “Direktorların işə qəbulu” imtahanı keçirilir və uğurlu nəticə göstərən şəxslər daha sonra müsahibə mərhələsinə dəvət olunurlar. Onun sözlərinə görə, bu proses müəyyən qədər şəffaflıq prinsiplərinə uyğun həyata keçirilir.
Lakin ekspert məktəblərdə hələ də səriştəsiz və korrupsiya meyilli direktorların olduğunu istisna etmir. Onun sözlərinə görə, bəzi məktəb direktorları məktəbləri şəxsi mülkü, hətta gəlir mənbəyi kimi görür:
“Pul müqabilində parta seçimi, müəllim bölgüsü, hətta repetitor yanına gedən şagirdlərə görə ‘tas’ qoyulması faktları var. Bu, təkcə cəmiyyətin deyil, təhsil sahəsində çalışan şəxslərin də gündəmindədir.”
Orucov bildirir ki, bu kimi halların əsas səbəblərindən biri məktəb direktorlarının müvafiq nəzarətdən və dayanıqlı qiymətləndirmədən keçməməsidir. Lakin ekspert direktorların sertifikasiyaya cəlb edilməsini əlavə vaxt itkisi hesab edir və vurğulayır ki, bu problemin əsas həlli yanaşma və nəzarət mexanizmlərinin dəyişdirilməsindədir.

O qeyd edir:

“Məktəb direktorları arasında nümunəvi şəxslər çoxdur. Amma vəzifəsini şəxsi mənafe üçün istifadə edənlər də az deyil. Bu isə məktəb nüfuzuna birbaşa zərbə vurur. Sertifikasiya sadəcə formal prosesə çevrilə bilər. Əsas məsələ şəffaf və obyektiv nəzarət sisteminin yaradılmasıdır.”

Məsələ cəmiyyətdə geniş rezonans doğurur. Valideynlər və təhsil mütəxəssisləri hesab edirlər ki, məktəb direktorlarının yalnız ilkin imtahan və müsahibə mərhələsindən keçməsi yetərli deyil. Onların fəaliyyəti davamlı olaraq qiymətləndirilməli, etik və peşəkar davranış standartlarına cavab verməyən şəxslər vəzifədən uzaqlaşdırılmalıdır. Nəticə olaraq, məktəb direktorlarının sertifikasiyaya cəlb olunması məsələsi ciddi ictimai və təhsil əhəmiyyətinə malikdir. Bu proses yalnız forma deyil, məzmun etibarı ilə də effektiv olmalıdır. Əks halda, təhsilin keyfiyyətinə xidmət etməyəcək.

Təkliflər belədir:

1. Direktorlar üçün mütəmadi olaraq peşəkar inkişaf proqramları təşkil olunsun.
2. Rəhbərlik etdiyi məktəbdəki nəticələrə əsaslanan illik fəaliyyət qiymətləndirməsi tətbiq olunsun.
3. Etik davranış qaydalarına əməl edilməsinə nəzarət gücləndirilsin.
4. Himayəçilik və qeyri-rəsmi təyinat halları ciddi şəkildə araşdırılsın və cəzalandırılsın.Belə yanaşmalar vasitəsilə həm təhsilin keyfiyyəti yüksələcək, həm də məktəblərdə şəffaf və ədalətli idarəçilik təmin olunacaq.

Gülgəz Qədirova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 15 May 2025 22:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri