Icma.az
close
up
RU
Direktor və müavinlərinin sertifikasiyadan keçirilməsi nəyi dəyişəcək? (ŞƏRH)

Direktor və müavinlərinin sertifikasiyadan keçirilməsi nəyi dəyişəcək? (ŞƏRH)

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Əgər imtahandan keçməyən direktor və müavinlər işdən çıxarılacaqsa, onların yerinə daha peşəkar kadrlar gətiriləcək. Bu isə bəzi məktəblərdə ciddi kadr dəyişikliklərinə səbəb ola bilər"

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov elm və təhsil naziri Emin Əmrullayevin məktəb direktorları və direktor müavinlərinin sertifikasiyadan keçiriləcəyi ilə fikirlərini şərh edərkən deyib. 

Ekspert hesab edir ki, bu təhsil sistemində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər:

"Bu addım müəllimlər üçün tətbiq edilən sertifikasiya prosesinin davamı olaraq, rəhbər heyətin də bilik və idarəetmə bacarıqlarının yoxlanılmasına yönəlib. Məqsəd təhsil müəssisələrində idarəetmənin keyfiyyətini yüksəltmək, rəhbərlik səviyyəsində peşəkarlığı artırmaq və məktəblərdə daha effektiv idarəçilik mexanizmi formalaşdırmaqdır. İlk növbədə, əsas sual ortaya çıxır: əgər məktəb direktoru və ya direktor müavini sertifikasiyadan keçə bilməsə, işdən çıxarılacaqmı? Əgər müəllimlərin sertifikasiya prosesinə nəzər salsaq, burada əsas meyar minimal bilik tələblərinin ödənilib-ödənilməməsi idi. Sertifikasiyadan keçə bilməyən müəllimlərin əməkhaqqısında fərqlər yaranır, hətta işdən azad olunma halları da mümkündür. Eyni prinsip məktəb rəhbərliyinə də tətbiq edilərsə, sertifikasiyadan keçməyən direktorlar və müavinlər ya yenidən təlimlərə cəlb ediləcək, ya da müəyyən müddət ərzində nəticələrini yaxşılaşdıra bilmədikləri təqdirdə vəzifədən uzaqlaşdırılacaqlar. Bu isə təhsil sektorunda idarəetmə keyfiyyətinin yüksəldilməsi baxımından mühüm bir addım ola bilər".

Kamran Əsədov əlavə edib ki, sertifikasiya prosesinin əhəmiyyəti bir neçə əsas aspektdə özünü göstərir:

"Birinci mühüm məqam məktəb rəhbərlərinin peşəkar inkişafının stimullaşdırılmasıdır. Hazırda bəzi məktəb direktorları və müavinləri uzun illər ərzində bu vəzifədə çalışsalar da, yeni təhsil metodikalarına və idarəçilik prinsiplərinə tam uyğunlaşa bilməyiblər. Sertifikasiya sistemi onların müasir idarəetmə bacarıqlarını artırmağa, məktəbdə innovativ yanaşmaları tətbiq etməyə və təhsilin keyfiyyətinə daha çox töhfə verməyə sövq edə bilər. İkinci əsas məsələ məktəb idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılmasıdır. Bəzi hallarda məktəb direktorları məktəbdaxili proseslərə nəzarətdə müəyyən boşluqlara yol verir, müəllimlər və şagirdlər arasında yaranan problemlərin həlli zamanı lazımi təşəbbüskarlığı göstərmirlər. Sertifikasiya prosesi direktorların və müavinlərin bilik və bacarıqlarını obyektiv şəkildə qiymətləndirməyə, onların rəhbərlik etdiyi məktəbdə hansı islahatları həyata keçirə biləcəyini müəyyən etməyə kömək edə bilər. Bu da ümumi təhsil sisteminin daha effektiv işləməsinə imkan yaradacaq".


Ekspert qeyd edib ki, üçüncü təsir məktəblərdə idarəetmə sisteminin yenilənməsi ilə bağlıdır:

"Hazırda bəzi məktəblərdə direktor və müavinlər uzun müddət vəzifədə qalaraq sistemdə dəyişikliklərə qarşı müqavimət göstərirlər. Onların bir çoxu köhnə idarəetmə üsullarına üstünlük verir və innovativ yanaşmalara açıq olmurlar. Sertifikasiya imtahanı nəticəsində müəyyən edilən yeni standartlar təhsil rəhbərliyini daim özünü yeniləməyə və müasir idarəetmə modellərindən istifadə etməyə təşviq edə bilər. Dördüncü məsələ isə məktəb rəhbərliyində daha ədalətli seçimlərin aparılmasıdır. Sertifikasiyadan keçmək üçün konkret tələblər və meyarlar müəyyən ediləcəyi təqdirdə, məktəb direktorları artıq yalnız təcrübə və əlaqələr əsasında deyil, bilik və bacarıqlarına görə seçiləcəklər. Bu isə təhsildə kadr siyasətinin daha obyektiv aparılmasına və məktəblərdə idarəçiliyin keyfiyyətinin yüksəlməsinə səbəb olacaq".

Ekspert hesab edir ki, sertifikasiya prosesinin mümkün təsirlərindən biri də məktəbdaxili idarəetmə strukturlarında müəyyən dəyişikliklərə gətirib çıxarmasıdır:

"Ancaq bu proses düzgün idarə olunmadığı təqdirdə məktəblərdə müəyyən böhran vəziyyətləri də yarana bilər. Buna görə də, bu sistem mərhələli şəkildə və ciddi hazırlıq prosesi ilə həyata keçirilməlidir. Sertifikasiyanın effektivliyi üçün məktəb direktorlarına və müavinlərinə mütəmadi olaraq peşəkar təlimlər keçirilməlidir. Onların yalnız sertifikasiya imtahanına əsasən qiymətləndirilməsi kifayət deyil. Həmçinin, sertifikasiya prosesi rəhbər heyətin yalnız nəzəri biliklərini deyil, praktik idarəçilik qabiliyyətlərini də qiymətləndirməlidir. Bunun üçün onların iş fəaliyyətləri, məktəbdə həyata keçirdikləri layihələr və innovasiyalar da nəzərə alınmalıdır".

Kamran Əsədov problemi dünya təcrübəsi ilə müqayisə edib:

"Dünya təcrübəsinə baxdıqda, inkişaf etmiş ölkələrdə məktəb rəhbərlərinin mütəmadi olaraq qiymətləndirildiyini görmək mümkündür. Məsələn, Finlandiyada məktəb direktorları yalnız pedaqoji biliklərinə görə yox, həm də liderlik və idarəetmə bacarıqlarına əsasən seçilir. ABŞ və Böyük Britaniyada isə məktəb rəhbərləri mütəmadi qiymətləndirmədən keçir və zəif nəticə göstərənlər əlavə təlimlərə cəlb olunur. Azərbaycan da bu istiqamətdə addımlar atarsa, təhsildə idarəetmə keyfiyyətini daha yüksək səviyyəyə çatdırmaq mümkün olacaq".

Ekspertin sözlərinə görə, məktəb direktorları və direktor müavinlərinin sertifikasiyadan keçirilməsi təhsil sisteminin daha şəffaf və effektiv idarə olunmasına müsbət təsir göstərə bilər:

"Lakin bu proses yalnız imtahanlarla məhdudlaşmamalı, eyni zamanda məktəb rəhbərlərinin peşəkar inkişafına dəstək verməklə yanaşı aparılmalıdır. Əgər sertifikasiyadan keçməyənlər avtomatik olaraq işdən çıxarılacaqsa, bu, müəyyən sosial və struktur problemlərə səbəb ola bilər. Ona görə də, bu addım tədricən və ehtiyatla həyata keçirilməli, məktəb idarəçiliyində keyfiyyətin yüksəldilməsi üçün kompleks islahatlarla müşayiət olunmalıdır".

Bahar Rüstəmli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 Fevral 2025 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see391

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see194

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see164

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see158

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see150

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see134

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see129

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see127

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see125

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see123

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see120

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see120

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see119

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see119

Qalatasaray ın istədiyi ulduz qolkiper Fənərbağça nın təklifini qəbul etdi

01 Sentyabr 2025 11:33see118

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see117

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see117

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see117

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see116

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri