Icma.az
close
up
RU
Diri Baba türbəsinin adı necə yaranıb? Maraqlı faktlar

Diri Baba türbəsinin adı necə yaranıb? Maraqlı faktlar

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Diri Baba türbəsi yeddi əsrlik tarixə malik abidədir. 1402-ci ildə Şirvanşahlar dövlətinin hökmdarı Şeyx İbrahim Xəlilullahın əmri ilə inşa edilib. Türbə iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə namazgah yerləşir. İkinci mərtəbədə isə salondan şeyxin vaxtilə inzivaya çəkildiyi hücrəyə giriş var”

AZXEBER.COM xəbər verir ki, bu sözləri  "Diri Baba" abidə kompleksinin direktoru Yusif Məmmədov deyib. 

O türbənin niyə Diri Baba adlandırılmasına aydınlıq gətirib:

"Türbənin niyə Diri Baba adlandırıldığını da izah edim. Rəvayətə görə, burada xəlvətə çəkilən şeyx dünyasını dəyişdikdən sonra onun bədəni uzun müddət çürüməyib. Buna görə yerli camaat onu "Diri Baba” adlandırıb və türbənin adı da belə qalıb. Diri Baba türbəsini müxtəlif dövrlərdə bir çox səyyah ziyarət edib. 1636-cı ildə alman səyyahı Adam Olearinin burada olduğu bildirilir. O, türbənin qravürünü çəkib və abidə haqqında yazıb. 1647-ci ildə məşhur osmanlı səyyahı Övliya Çələbi də buranı ziyarət edib. O, "Səyahətnamə” əsərində Diri Baba haqqında yazaraq şeyxin çürüməmiş bədənini öz gözləri ilə gördüyünü qeyd edib. Övliya Çələbinin yazdığına görə, şeyxin saç-saqqalı olduğundan, mağaranın divarına söykənmiş vəziyyətdə canlı insan təsiri bağışlayırdı. 1703-cü ildə holland səyyahı Kornelius de Bruyn, 1861-ci ildə isə rus elmi ekspedisiyasının üzvləri - akademik Dorin və akademik Bartolomey burada olublar. Akademik Dorin fotoqrafla birlikdə türbənin iki şəklini də çəkib. Türbənin birinci və ikinci mərtəbələri arasında daş kitabə olub. Rus elmi ekspedisiyası həmin kitabəni aparıb. 1875-ci ildə akademik Dorinin fondu yanarkən daş kitabə itib. Lakin 1965-ci ildə tarixçi-tədqiqatçı Məhətxanım Neymət Sankt-Peterburqdakı Ermitaj muzeyində həmin kitabənin surətinə rast gəlib. Kitabənin surətində türbənin Şirvanşah Şeyx İbrahim Xəlilullahın əmri ilə hicri 805-ci ildə, yəni miladi 1402-ci ildə inşa edildiyi qeyd olunur”.


O qeyd edib ki, türbənin ətrafında mağaralar yerləşir:

"Türbənin ətrafında mağaralar yerləşir. Vaxtilə sufilər və dərvişlər bu mağaralarda inzivaya çəkiliblər. Ümumiyyətlə, Diri Baba türbəsi sufizmin xəlvətilik təriqəti ilə əlaqələndirilir. Xəlvətilik Azərbaycanda yaranmış sufi cərəyanlarından biridir. Bu təriqətin tarixi Şamaxıda Pir Ömər Xəlvəti ilə başlayır, daha sonra inkişaf edərək Bakıya qədər yayılır. Xəlvətilik təriqətinin ən mötəbər nümayəndələrindən biri Seyid Yəhya Bakuvi olub. Onun məzarı İçərişəhərdə yerləşir və həmin yer Dərviş türbəsi adlanır”.

Şahanə Ziyad

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 07 Oktyabr 2026 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see311

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see308

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see306

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see305

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see296

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see291

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see287

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see287

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see262

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see258

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see254

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see251

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see251

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see249

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see240

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see238

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see237

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see236

Hesablama Palatasından inflyasiya ilə bağlı proqnoz: Bahalaşma davam edəcək

14 Noyabr 2026 13:59see207

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri