Icma.az
close
up
RU
Dirilmə günü Pasxa bayramı

Dirilmə günü Pasxa bayramı

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Kulis.az "Pasxa bayramı" haqqında maraqlı məlumatları təqdim edir.

Maraqlıdır, Pasxa bütün dünyada necə qeyd olunur?

Pasxa nədir?

Pasxa Xristianların ən qədim və mühüm bayramlarından biridir. Bu bayramda İsanın çarmıxa çəkilməsindən sonra, yenidən dirilməsini qeyd olunur. Bazar günü qeyd edilən Pasxaya "Dirilmə günü" də deyilir. Hər il dünyanın bir çox ölkəsi Pasxa bayramını xristian təqvimində ən mühüm hadisələrdən biri kimi qeyd edir.
Pasxa "rəngli yumurtalar", "Pasxa dovşanı" və "şokoladlı kekslər"lə qeyd olunur.

Pasxa nə vaxt qeyd edilir?

Pasxa hər il eyni tarixdə qeyd olunmur. "Bahar bərabərliyi", "Ayın fazaları" və "Qriqorian təqvimi"nə görə, Pasxa bayramı martın son həftəsi ilə aprelin son həftəsi arasında qeyd olunur.

Polşa
Polşada Pasxa bayramında küçələrdə ətrafdakılara su, şar və silahla hücum etməyə hazırlaşan insanlar olur. Köhnə günlərdə subay qızların kişilər tərəfindən təqib edildiyi bu ənənə bu gün su davasına çevrilib. Pasxada suya davamlı paltar geyinərək, dünyanın ən gözəl ölkələrindən biri olan Polşanı gəzə bilərsiniz.
Norveç
"Paskekrimmen" kimi tanınan Pasxa bayramının Norveçdə çox maraqlı şəkildə qeyd olunduğunu deyə bilərik. İnsanlar Norveçdə Pasxa vaxtını sirr və qətllə dolu detektiv romanları oxuyaraq və filmlərə baxaraq qeyd edirlər. Ölkədəki əksər kitab mağazalarının vitrinləri bu mövzuda kitablarla bəzədilir.
Yunanıstan


Yunan əhalisi üçün Pasxa həm ən müqəddəs, həm də ən vacib dini bayramdır. Bununla belə, ölkənin demək olar ki, hər yerində fərqli bayramlara və adət-ənənələrə rast gəlmək olar. Pasxa bazar günü düz saat 11-də ada sakinləri yararsız gil qablarını pəncərədən atırlar. Onlar inanırlar ki, bu, pis ruhları qovacaq və yeni bir başlanğıc gətirəcək.

İspaniya
İspaniyada "Semana Santa" və ya "Müqəddəs Həftə" kimi tanınan Pasxa bayramı yeddi gün davam edir. Ölkədə böyük və ya kiçik dini mərasimlər keçirilir. İspaniyada Pasxa qəmli paradlara malikdir. Burada hər şey zərif dini heykəllər ilə bəzədilir.
İtaliya
İtaliyanın katolik əhalisi Pasxa bayramı zamanı rəngarəng tədbirlərə, bayram yürüşlərinə, dini mərasimlərə və ərzaq yarmarkalarına ev sahibliyi edir. İtaliyada Miladdan sonra ikinci ən vacib bayram kimi qeyd olunan Pasxada uşaqlara içərisində hədiyyə olan böyük şokoladlı yumurtalar verilir.

Almaniya

Almaniyada Pasxa bayramı gün batanda tonqalların yandırılması ilə başlayır. Bəzi yerlərdə isə mini festivallar keçirilir. Bölgələrdə Pasxa ağacını bəzəmək üçün "Pasxa yumurtaları"ndan istifadə olunur.

Braziliya
Dünyanın ən böyük katolik əhalisinə sahib olan Braziliyada Pasxa dini mərasimlərlə qeyd olunur. Pasxa bazarından əvvəlki cümə günü, braziliyalıların əksəriyyəti qırmızı ət yeməkdən çəkinir və xurma budaqlarından toxunmuş xaçlarla dua edirlər.

Fransa
Fransada Pasxa ənənəsi ölkə daxilində müxtəlif tədbirlərlə qeyd olunur. Pasxa bazar günü "Bessieres" kəndində onlarla aşpaz 15.000 yumurtadan nəhəng omlet hazırlayır. Omletlər hazır olduqdan sonra minlərlə hissəyə bölünərək, kəndlilərə çörəklə verilir. Burada əhliləşdirilmiş tüklü dovşanlar, keçilər və ördəklərlə dolu cazibədar bazarlar tapa bilərsiniz.
İsveç

İsveçdə əsrlər boyu davam edən xalq ritualına görə, Pasxa vaxtı uşaqlar "Pasxa cadugərləri" kimi geyinir və şokolad almaq üçün məhəllələrdə qapı-qapı gəzirlər. Gənclər və uşaqlar dəbdəbəli baş örtüyü taxaraq maraqlı üz rəsmləri ilə diqqət çəkirlər. Eyni ənənə Finlandiyada da davam etdirilir.

Bermud adaları
Bermudiyalılar Pasxa gününü çərpələnglərlə qeyd edirlər. Çərpəlnglər bütün formalarda, rənglərdə və ölçülərdə hazırlanır, inanca görə, onlar İsanın dirilməsini təmsil edirlər.
Amerika

130 ildən artıqdır ki, Amerikanın paytaxtı Vaşinqton "Roll" adlanan qəribə Pasxa ənənəsinə ev sahibliyi edir. Uşaqların Ağ Evin Cənub çəmənliyində, rəngli qaynadılmış yumurtaları böyük yemək qaşığı ilə yuvarlayaraq yarış keçirirlər. Nyu-York şəhəri Amerikanın ən rəngarəng Pasxa bayramı keçirildiyi yerlərindən biridir.

Nazirlikdən Ənvər Həsənovun vəfatı ilə bağlı - NEKROLOQ "Rasim Balayev 26 yaşında 48-50 yaşlı Nəsimini ifa etmişdi" - Sevda Sultanova Dost həsrəti, Şuşa haqqı, təəccüb və heyrət
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://kulis.az
archiveBu xəbər 29 Mart 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see340

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see310

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see280

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see217

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see210

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see200

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see196

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see187

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see179

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see173

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see171

Sibel Canın son halı diqqət çəkdi (Video)

20 Avqust 2026 06:06see162

UEFA Konfrans Liqası: Qarabağ Tvente yə qarşı

20 Avqust 2026 08:45see158

44 illik sevgilisi ilə 141 milyonluq mirasa görə evlənəcək Fotolar

20 Avqust 2026 05:49see158

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see157

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see155

Avro və rubl bahalaşdı

20 Avqust 2026 09:13see154

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see151

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see141

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri