Dirk Kuytdan ayrılıq açıqlaması: Yenidən görüşəcəyik
Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.
“Fənərbaxça”nın müvəqqəti baş məşqçisi Dirk Kuyt klubdan ayrıldığını açıqlayıb.
Apasport.az xəbər verir ki, niderlandlı mütəxəssis bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Kuyt İstanbul təmsilçisində keçirdiyi dövrü dəyərləndirərək futbolçulara və azarkeşlərə təşəkkürünü bildirib:
“Müvəqqəti baş məşqçi vəzifəsini üzərimə götürmək asan deyildi. Xüsusilə də dörd ay ərzində baş məşqçimiz və onun komandası ilə bu qədər yaxından və intensiv çalışdıqdan sonra... Amma kluba, futbolçulara və azarkeşlərimizə qarşı böyük məsuliyyət hiss edirdim. Əlimdən gələnin ən yaxşısını etdim.
İndi yeni baş məşqçimiz Emre Belözoğluna uğurlar arzulamağın vaxtıdır. Bu, əlvida deyil. Sadəcə, yenidən görüşəcəyimiz günə qədər ayrılıqdır.
Hər zaman, hər yerdə ən böyük “Fənərbaxça”!”
Qeyd edək ki, mövsümün əvvəlində İsmayıl Kartalın köməkçisi kimi kluba gələn Dirk Kuyt baş məşqçinin ayrılığından sonra “Fənərbaxça”ya müvəqqəti rəhbərlik edib. İstanbul təmsilçisi onun rəhbərliyi altında UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda “Liverpul”u 3:2 hesabı ilə məğlub edib.
Türkiyə futbolunda yeni qayda – Topdaşıyanlar futbolçulara top verməyəcək 23 yaşlı müdafiəçi daha 5 il “Latsio”da - RƏSMİ Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ Türkiyə klubunda ayrılıq - RƏSMİ “Lion”un yeni baş məşqçisi müəyyənləşdi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 11 Noyabr 2026 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















