Icma.az
close
up
RU
Günah özümüzdədir: Mərakeş deyilik KÖŞƏ

Günah özümüzdədir: Mərakeş deyilik KÖŞƏ

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Əgər Lorenzo Mezzotero həqiqətən zədələnməyi imitasiya edibsə və “Sampdoriya”nın heyətində qol vurduqdan sonra İtaliya millisinə düşmək ümidini hələ də qoruyursa, bu, Azərbaycanla az da olsa əlaqəsi olan futbolçu axtarışında daha bir məyusedici cəhddir.

Futbolçuların əvvəlcə Azərbaycan millisində oynamaqdan imtina etməsi ilə bağlı kifayət qədər nümunə var. Məsələn, Moskva “Dinamo”sunun futbolçusu Ülvi Babayev. Yaxud “Krasnodar”ın istedadlı hücumçusu Eldar Hüseynov. Görünür, o da Azərbaycan millisində oynamaq istəyir, amma hələlik bu, alınmır.

Təəssüf ki, Azərbaycan millisi Mərakeş deyil. Mərakeşdə bir çox futbolçu Qərb ölkələrinin akademiyalarında və klublarında doğulub, böyüyüb, futbolçu kimi formalaşıb. Buna baxmayaraq, onların böyük əksəriyyəti öz ölkələrinin millisindən dəvət alanda bunu məmnuniyyətlə qəbul edir. Yamal isə hər mənada istisnadır. Üstəlik, Mərakeş futbol baxımından ciddi inkişaf yolu keçib.

Əslində, belə ölkələr az deyil. Azərbaycanın timsalında isə xaricdə çıxış edən və orada yetişən futbolçular tarixi vətənlərinin təmsilçisinə çevrilməyə həmişə həvəs göstərmirlər. Çünki bu halda onlar öyrəşdikləri mühitdən uzaq düşə, bununla da bir çox karyera imkanlarını itirə bilərlər. Belə vəziyyətdə Azərbaycan çempionatında çıxış edən kluba keçid karyeralarını davam etdirmək üçün variantlardan birinə çevrilə bilər. Ancaq görəsən, bu, onların planlarına daxildirmi? Heç də əmin deyiləm.

Lorenzo Mezzotero isə aşağı yaş qrupları üzrə millilərdə çıxış etdikdən sonra müəyyən təəssüratlar əldə etmiş, bəlkə də, oradakı mühitdən istədiyini almamışdı. Ola bilsin, o, sadəcə İtaliya millisi ilə bağlı xəyallara qapılıb. Hər halda, general olmaq arzusu niyə də pis olsun? Bununla belə, italiyalı-azərbaycanlı futbolçu bu barədə rəsmi açıqlama verməyib. Mediaya sızan məlumatlar isə bəlkə də onun soyadına, klubuna, istedadına və hekayəsinə ümid bağlayanların məyusluğundan qaynaqlanır.

Hər halda, əgər vəziyyət həqiqətən belədirsə, deməli, ilk növbədə özümüzdən başlamalı və bundan nəticə çıxarmalıyıq. Öz futbol Mərakeşimizi yaratmalıyıq.

Eldar Hüseynzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 11 Noyabr 2026 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see359

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see320

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see320

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see304

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see290

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see287

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see270

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see261

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see253

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see250

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see240

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see230

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see223

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see214

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see200

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see194

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see194

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see193

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri