Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Dırnaqlar neçə il yaşayacağımızı xəbər verir!

Dırnaqlar neçə il yaşayacağımızı xəbər verir!

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yaşlanma ilə bağlı elmi araşdırmalar, dırnaq uzanma sürətinin bioloji yaşın mühüm göstəricisi ola biləcəyini ortaya qoyur. Harvard Tibb Məktəbinin dünyaca məşhur genetikçisi Dr. David Sinclair bildirib ki, dırnaqların uzanma tempi orqanizmin yaşlanma sürətini əks etdirə bilər.

Dr. Sinclair-in sözlərinə görə, bioloji yaş hüceyrə və toxumaların vəziyyəti ilə müəyyən edilir və bu, insanın təqvim (xronoloji) yaşından fərqli ola bilər.

News24.az bildirir ki, Dr. Sinclair, 1979-cu il tarixli elmi araşdırmaya istinad edərək bildirir ki, dırnaq uzanma sürəti 30 yaşdan sonra hər il təxminən 0,5% azalır. Tədqiqat zamanı yüzlərlə insanın dırnaq böyümə prosesi illərlə izlənmiş və yaş artdıqca dırnaqların daha yavaş uzandığı müşahidə olunmuşdur.

Bu hal qan dövranının zəifləməsi və qidalandırıcı maddələrin dırnaqlara daşınmasının azalması ilə əlaqələndirilir. Zəif qan dövranı dırnaq matriksində yeni hüceyrələrin yaranma qabiliyyətini azaldır.

Mütəxəssislərə görə, dırnaqların uzanma sürətinə təsir edən təkcə yaş deyil. Qidalanma, hormonal dəyişikliklər və fiziki aktivlik kimi faktorlar da burada mühüm rol oynayır:

Qidalanma: Sink, dəmir, kalsium və A vitamini çatışmazlığı dırnaqların böyüməsini zəiflədir.

Hormonal dəyişikliklər: Yeniyetməlik və hamiləlik dövrlərində hormonal fəallıq artdığı üçün dırnaqlar daha sürətli uzanır.

Fiziki aktivlik: Aktiv həyat tərzi qan dövranını sürətləndirərək dırnaq uzanmasını stimullaşdıra bilər.

Dırnaqlar sağlamlıq haqqında da ipucu verir

Dırnaqların yalnız uzanma sürəti deyil, şəkli, rəngi və quruluşundakı dəyişikliklər də sağlamlıqla bağlı mühüm siqnallar verə bilər:

Qara nöqtələr: Melanoma (dəri xərçəngi) və ya virus mənşəli ziyillərin göstəricisi ola bilər.

Ağ nöqtələr və xətlər: Sink, dəmir və ya kalsium çatışmazlığına işarə edə bilər; həmçinin göbələk infeksiyası ilə əlaqəli ola bilər.

Uzununa xətlər: Yaşlanmanın təbii hissəsi olmaqla yanaşı, diabet, məxmərək kimi xəstəliklər və vitamin çatışmazlığı ilə bağlı ola bilər.

Qalınlaşmış və qabarıq dırnaqlar: Xroniki ağciyər və ya ürək xəstəliklərində oksigen çatışmazlığı (hipoksiya) əlaməti ola bilər.

Dırnaq sağlamlığını necə qorumaq olar?

Dırnaqların sağlam şəkildə uzanmasını dəstəkləmək və bioloji yaşlanmanı ləngitmək üçün aşağıdakı məsləhətlər verilir:

Sink, dəmir, biotin, A və E vitamini ilə zəngin qidaların qəbulu

Daimi fiziki aktivlik vasitəsilə qan dövranının gücləndirilməsi

Kifayət qədər su içmək – bu, həm dəri, həm də dırnaqlar üçün vacibdir

Siqaret və alkoqol istifadəsindən uzaq durmaq

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://news24.az
archiveBu xəbər 20 İyun 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see271

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see269

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see260

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see259

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see253

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see249

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see244

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see240

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see226

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see217

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see215

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see205

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see203

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see203

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see200

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see199

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see196

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see194

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see188

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri