Icma.az
close
up
RU
Diş xəstəlikləri düşündüyünüzdən daha təhlükəlidir... Stomatoloqla MÜSAHİBƏ

Diş xəstəlikləri düşündüyünüzdən daha təhlükəlidir... Stomatoloqla MÜSAHİBƏ

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ağız və diş sağlamlığı çox zaman yalnız estetik və lokal məsələ kimi qiymətləndirilsə də, son illər bu sahədə aparılan araşdırmalar diş xəstəliklərinin ümumi sağlamlıqla daha sıx əlaqəli olduğunu ortaya qoyur. Bundan əlavə, uzun müddət müalicə olunmayan diş xəstəliklərinin orqanizmdə hansı fəsadlara yol aça biləcəyi, gündəlik ağız baxımının hansı üsullarla aparılmalı olduğu və ağız qoxusunun qarşısının necə alınması ilə bağlı suallar da ictimai maraq doğurur.

Redaktor.az stomatoloq İdris Rəhimli ilə bu mövzuda müsahibəni təqdim edir:

- Diş problemlərinin, məsələn, diş əti iltihabının ürək, şəkər və digər xəstəliklərlə əlaqəsi varmı?

Şəkərli diabet yalnız qanda şəkərin səviyyəsi ilə bağlı bir pozuntu deyil, eyni zamanda bədənin bir çox sisteminə, o cümlədən ağız və diş sağlamlığına da təsir göstərən kompleks bir xəstəlikdir. Xüsusilə diş əti xəstəlikləri diabetli pasiyentlərdə daha tez-tez və daha ağır formada müşahidə oluna bilər. Bu vəziyyətin bir neçə əsas səbəbi var. Əvvəla, diabet immun sisteminin fəaliyyətini zəiflədir, bu da infeksiyalara qarşı bədənin müqavimətini azaldır. Nəticədə, ağız boşluğundakı bakterial iltihabların inkişafı üçün əlverişli şərait yaranır. Digər tərəfdən, ağız suyunda qlükozanın səviyyəsinin yüksəlməsi də bakteriyaların çoxalmasına səbəb olur. Ağız boşluğunda belə bir mühit infeksiyaların daha sürətlə yayılmasına və diş əti toxumalarının zədələnməsinə gətirib çıxarır. Bundan əlavə, diabet qan damarlarına mənfi təsir etdiyindən, toxumaların qanla təminatı zəifləyir və bu da sağalma prosesini xeyli ləngidir.

Diş əti problemləri içərisində ən çox rast gəlinənlərdən biri gingivitdir – bu, diş ətinin qızarması, şişməsi və toxunmaya qarşı həssaslaşması ilə xarakterizə olunur. Müalicə edilmədiyi təqdirdə gingivit irəliləyərək periodontitə çevrilə bilər. Bu mərhələdə artıq yalnız diş əti deyil, dişi saxlayan sümük toxuması da zədələnir və nəticədə dişin laxlaması və hətta itirilməsi riski yaranır.

Bu proseslər çox zaman yavaş və ağrısız şəkildə baş verdiyindən, ilkin əlamətlərə diqqət yetirmək xüsusilə vacibdir. Diş əti qanaması, şişlik, yemək zamanı narahatlıq, ağızda pis qoxu və daimi xoşagəlməz dad hissi kimi simptomlar bu xəstəliklərin xəbərçisi ola bilər.

Vaxtında həkim müdaxiləsi bu problemlərin qarşısını almaqda mühüm rol oynayır. Diabeti olan şəxslərə ağız və diş sağlamlığını qorumaq üçün ildə ən azı iki dəfə, yəni hər 3-6 aydan bir stomatoloq müayinəsindən keçmək və professional təmizləmə etdirmək tövsiyə olunur.

- Uzun müddət müalicə olunmayan diş xəstəlikləri orqanizmdə hansı ağırlaşmalara səbəb ola bilər?

- Uzun müddət baxımsız qalan ağız boşluğu daha böyük və geri dönüşü olmayan ağırlaşmalara gətirib çıxardır. 
İlk mərhələdə karies yaranır. Dişlərdə qəhvəyi, qara və ya ağ nöqtələr görürük. Diş ağrıları soyuq suya, isti çaya və ya şirin qida məhsullarına görə olursa, daha sonra əgər vaxtında müalicə olunmursa, karies dişin mərkəzinə doğru irəliləyərək diş sinirinin infeksiyalaşmasına (pulpit), gecələr başlayan ağrılara çevrilir. Bu mərhələdə də ağrıkəsicilərlə ağrı azalır və bir neçə müddətdən sonra infeksiya diş kökündən ətraf toxumalara, dişi əhatə edən periodontal toxumalara yayılır və abses fleqmona mediastenit kimi insan həyatı üçün təhlükəli xəstəliklər başlayır. Vaxtlı vaxtında müdaxilə edilmədiyi halda ağırlaşmalar bir neçə gün ərzində insan həyatına son qoyur.

Ağız qoxusunun yaranmasının səbəbləri nələrdir?

- Əgər ağız qoxusu varsa, bu, dişlərlə yanaşı daxili orqanlarda olan xəstəliklərlə də bağlı ola bilər. 
Stomatoloq müayinəsində olub, ağız boşluğundakı kaies və iltihablı proseslərin gedib getmədiyinə əmin olmaq lazımdır. Əgər patalogiyalar varsa, müalicə olunmalıdır. İldə 2 dəfə ağız boşluğunun gigiyenik təmizlənməsi tövsiyyə olunur. Diş daşları diş ətinin iltihablaşmasına və ağız boşluğunun xoşagəlməz qoxusuna səbəb olur.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 İyul 2025 21:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see178

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see174

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see170

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see145

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see144

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see138

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see137

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see132

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see128

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see127

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see127

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see125

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri