Icma.az
close
up
RU
Dişlərimizin qayğısına qalanlar...

Dişlərimizin qayğısına qalanlar...

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Beynəlxalq Stomatoloq Günüdür

Diş sağlamlığımızın qorunmasında stomatoloqların mühüm yeri var. Stomatologiya tibbin ən qədim sahələrindən biridir. Bu gün diş həkiminin müalicə kabinetinə getmədən sağlamlığımızı qorumaq mümkün deyil. Bəşəriyyətin yalnız kiçik bir hissəsi xəstə diş, xəstə diş əti, ağız boşluğu ilə əlaqədar problemlərdən yan keçir. Yer kürəsi əhalisinin böyük bir hissəsi ömründə ən azı bir dəfə də olsun nə vaxtsa stomatoloq kreslosunda oturaraq dişlərini müalicə etdirməyə məcbur olur.

Stomatoloqların öz peşələrində əhəmiyyətini yüksək qiymətləndirdiyimiz Beynəlxalq Stomatoloq və ya Beynəlxalq Diş Həkimi Günü hər il martın 6-da bütün dünyada qeyd olunur. Bu əlamətdar günün qeyd olunma ənənəsi ildən-ilə daha geniş yayılır. Bu tarixin seçilməsinin səbəbi isə stomatologiya sənətinin əsas atributlardan birinin məhz həmin gün ixtira olunması ilə bağlıdır.

Əvvəllər yalnız ABŞ-da qeyd edilirdi

1790-cı ilin martın 6-da ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun şəxsi diş həkimi Con Qrinvud tərəfindən stomatoloji bor kəşf edilib. Yeni ixtira ayaqla hərəkətə gətirilən iri bormaşın olub. Həmin stomatoloji alətin köməyi ilə Qrinvud tərəfindən Corc Vaşinqton üçün protez diş hazırlanıb. Ən maraqlısı odur ki, cihazın hərəkətə gətirilməsində Qrinvud öz anasına aid cəhrənin təkərindən istifadə edib. Elektrik bormaşın isə həmin ixtiradan bir əsr sonra - 1907-ci ildə istifadəyə verilib.

Beynəlxalq Diş Həkimi Günü milli peşə bayramı kimi əvvəlcə yalnız ABŞ-da qeyd edilirdi. Sonralar diş həkimlərini təbrik etmək ənənəsi Şimali Amerikadan digər ölkələrə də yayıldı. Həmin ölkələr sırasına ilk daxil olanlardan biri Hindistan oldu.

Azərbaycanda diş həkimlərinin ilk təşkilatı 1871-ci ildə Bakıda yaradılıb. 1919-cu ildə Bakı Dövlət Universitetində açılan tibb fakültəsində tələbələr diş xəstəliklərini öyrənməyə başlayıblar. 1930-cu ildə yaradılmış Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinin verdiyi ixtisaslara stomatologiya ixtisası da daxil edilib. Stomatologiya fakültəsi sərbəst fakültə kimi 1954-cü ildə yaradılıb. 1977-ci ildə uşaq stomatologiyası kafedrası açılıb. 2002-ci ildən Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası fəaliyyət göstərir.

Diş sağlamlığımızı necə qoruyaq?

Beynəlxalq Stomatoloq Günü çərçivəsində dişlərə müntəzəm və mütəmadi qulluq barədə mühazirələr oxunur və maarifçilik işi aparılır. Həmin tədbirlər zamanı uşaq kariyesinin profilaktikasına da xüsusi diqqət ayrılır. Ağız və diş sağlamlığını qorumaq üçün altı ayda bir müntəzəm olaraq diş həkiminin müayinəsində olmalıyıq. Diş çürüməsinin qarşısını almaq üçün əsas qaydalar suda kifayət qədər flüor olması, dişləri müntəzəm olaraq fırçalamaq, diş ipindən istifadə etmək, həddindən artıq şirin və şəkərli qidalardan mümkün olduğu qədər uzaq durmaq, yeməkdən sonra dişlərinizi fırçalamaqdır. Həddindən artıq turş və şəkərli qidalar mikroorqanizmlərin təsirini artırır. Bununla yanaşı, dişləri sərt qabıqlı məhsulları məsələn, fındıq, qoz və s. sındırmaq üçün istifadə etmək olmaz. Qabıqlı qidalar dişlə parçalanmamalıdır. Bunlar diş minasının çatlamasına səbəb olur və diş minasının qoruyucu təsiri yox olur. Nəticədə bakteriyalar dişə nüfuz edir, gələcəkdə dişlə bağlı bir sıra fəsadlara gətirib çıxarır.

Fırçanın düzgün istifadəsi vacibdir...

Dişləri effektiv şəkildə fırçalamaq üçün həkimlərin tövsiyə etdiyi sərtliyə malik diş fırçası istifadə edilməlidir. Çox məcun istifadə etmək ağızdakı təravəti artırır, beləliklə dişlər tam təmizlənmədən fırçalama prosesinin dayandırılmasına səbəb olur. Bu, effektiv təmizləmənin qarşısını alır. Fırçalama heç vaxt sağdan sola üfüqi şəkildə aparılmamalıdır. Başqa sözlə desək, diş fırçası düzgün istifadə edilmədikdə, zamanla bədənin ən sərt toxuması olan diş minasını aşındıra bilər.

Yeganə BAYRAMOVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Mart 2025 08:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see303

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see295

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see285

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see279

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see275

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see266

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see258

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see243

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see242

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see238

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see234

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see221

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see218

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see208

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see206

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see194

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see179

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see165

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri