Avropa öz təhlükəsizliyinin qayğısına qalmalıdır
Oxumeni.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avropa öz təhlükəsizliyinin qayğısına qalmalı və Ukraynaya dəstəyini artırmalıdır. Bu fikri Çexiyanın Baş naziri Petr Fiala bildirib.
"Avropa böyük tarixi sınaq qarşısındadır. O, öz təhlükəsizliyinin və yaxşı gələcəyinin qayğısına qalmalıdır. Bunu bizim üçün başqa heç kim etməyəcək", - baş nazir qeyd edib.
Fiala qitədə təhlükəsizliyin təmin edilməsi və Ukraynaya yardım məsələlərini müzakirə etmək üçün bazar günü Böyük Britaniyanın təşəbbüsü ilə keçiriləcək Avropa liderlərinin sammitində iştirak edəcək. Baş nazirin sözlərinə görə, uzunmüddətli və davamlı sülhü təmin etmək üçün avropalılar müdafiə xərclərini ÜDM-in ən azı 3%-nə qədər artırmalıdırlar. O, respublikanın bu mövqeyini Londonda keçiriləcək görüşdə təqdim edəcək.
Əziz Mustafa, Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 02 Mart 2025 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















