Söyüş üstündə sahibkarın qulağını dişləyərək qopardı QƏRAR KONKRET
Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Amil Hacızadənin (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 06 oktyabr 2024-cü il tarixdə, saat 23 radələrində Bakı şəhəri Suraxanı rayonu, Bəhruz Kəngərli küçəsində yerləşən “Həsənoğlu market”in qarşısında qeydə alınıb.
Belə ki, Amil Hacızadə həmin mağazanın sahibi olan qonşusu, zərərçəkmiş Zamiq Əsədovla (adı, soyadı şərtidir) aralarında yaranmış münaqişə zamanı qəsdən ona xəsarətlər yetirib.
Belə ki, təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2104” markalı avtomobillə mağazanın qarşısından keçərkən zərərçəkmiş şəxsin söyüş söyməsini eşidib. Bu səbəbilə tərəflər arasında mübahisə yaranıb, münaqişə gərginləşdiyi zaman Amil Zamiqin sol qulaq nahiyəsini dişləyərək onun sol qulaq seyvanının yuxarı kənarında travmatik qopma (defekt) ilə müşayiət olunan əzilmiş-cırılmış yara yetirib.
Bundan sonra təqsirləndirilən şəxs müəyyən edilməyən dəmir predmetlə zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbə endirərək ona xəsarət yetirib.
Hadisədən sonra Amil Hacızadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü təqsirləndirilən şəxs 3 il 5 ay 29 gün müddətə azadlıqdan məhrum edilib və o, məhkəmə iclas zalından dərhal həbsə alınıb. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 20 Avqust 2026 10:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















