Divarları yalamaq və su dəydirmək qadağandır
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ölkə.az xəbər verir ki, əsrlərdir qidaların dadlandırılması və qorunması üçün istifadə edilən duz tikinti materialı kimi isə riskli hesab olunur. Nəmi özünə çəkməsi və su ilə təmasda əriməsi səbəbindən duzun tikililərə zərər verə biləcəyi düşünülür.
Lakin Boliviyanın dünyanın ən quraq bölgələrindən biri olan ərazisində bu qayda tamamilə fərqli şəkildə tətbiq edilib.
1 milyondan çox duz bloku istifadə olunub
Dünyanın ən böyük duz düzənliyi olan Salar de Uyuni ərazisində yerləşən Palacio de Sal oteli tamamilə bölgədən çıxarılan duzdan inşa edilib.
Otelin yalnız divarları deyil, masaları, stulları, döşəmələri və müxtəlif dekorativ elementləri də duzdan hazırlanıb. Tikinti zamanı bir milyondan çox sıxılmış duz blokundan istifadə olunub.
Blokların bir-birinə bərkidilməsi üçün isə duz və sudan hazırlanmış xüsusi məhluldan istifadə edilib.
Otelin ən böyük düşməni sudur
Duzdan tikilmiş oteldə qalmağın özünəməxsus qaydaları var. Qonaqlara divarları və duzdan hazırlanan mebelləri yalamaq qəti şəkildə qadağandır.
Tikilinin qarşılaşdığı ən böyük təhlükə isə yağış və nəmdir. Yağışlı mövsümdən sonra duz bloklarının bir hissəsi əridiyi üçün oteldə mütəmadi olaraq təmir və bərpa işləri aparılır.
Beləliklə, duz blokları ilə yenilənən Palacio de Sal təbiətin şərtlərinə uyğun olaraq daim dəyişən və bərpa olunan dünyanın ən qeyri-adi otellərindən biri kimi diqqətçəkir.(sfera.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 13 Avqust 2026 22:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















