Icma.az
close
up
RU
Diyetoloq zərərli şirniyyatlara alternativi açıqladı

Diyetoloq zərərli şirniyyatlara alternativi açıqladı

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şirniyyat insanın əhvalını qısa müddətə yaxşılaşdıra bilər. Lakin pəhriz saxlayanlar üçün hansı şirniyyatların daha münasib olduğu sual doğurur. Diyetoloqlar bu baxımdan zefiri alternativ məhsullardan biri hesab edirlər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, rusiyalı diyetoloq, tibb elmləri namizədi Yelena Solomatina bu barədə "Radio 1"ə danışıb.

"Zefirin tərkibində əsas yeri şəkər və patoka tutur, buna görə də bu məhsul kifayət qədər şirindir. Lakin onun tərkibində aqar-aqar, jelatin və pektin kimi qatılaşdırıcılar da var. Məsələn, jelatin kollagen mənbəyidir və dəri, dırnaq və oynaqlar üçün əhəmiyyət daşıyır. Aqar-aqar isə liflə zəngindir. Pektin də bağırsaqların fəaliyyətinə müsbət təsir göstərə bilən qida lifidir. Bundan əlavə, zefirin tərkibində alma püresi olmalıdır", - deyə mütəxəssis bildirib.

Diyetoloqun sözlərinə görə, zefir yaxşı çalındığı üçün tərkibində çoxlu hava olur və bu səbəbdən məhsul daha həcmli görünür.

"Kalorilərin miqdarını azaltmaq istəyənlər üçün digər şirniyyatlarla müqayisədə zefir daha münasib seçim ola bilər. Konfet, tort və pirojnalarla müqayisədə onun kalorisi daha azdır. Buna görə də gündə bir ədəd zefirlə məhdudlaşmaq problem yaratmamalıdır", - deyə Solomatina qeyd edib.

Onun sözlərinə görə, qanda qlükoza səviyyəsinin yüksəlməsinə meyilli olanlara, diabet xəstələrinə və artıq çəkisi olan şəxslərə zefir tövsiyə edilmir.

"Lakin gün ərzində qəbul edilən ümumi kalorini nəzərə almaq lazımdır. Zefiri evdə də hazırlamaq, şəkər miqdarını azaltmaq və ya şəkər əvəzedicilərindən istifadə etmək mümkündür. Zefir, pastila və marmelad şirin bulkalar və bəzi digər şirniyyatlarla müqayisədə alternativ ola bilər", - deyə diyetoloq əlavə edib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 22 Avqust 2026 02:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see577

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see531

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see442

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see393

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see300

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see275

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see262

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see242

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see239

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see236

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see234

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see219

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see211

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see210

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see209

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see209

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see203

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see202

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri