Icma.az
close
up
RU
Dmitri Lubinets: 1782 uşaq uğurla Ukrayna ərazisinə qaytarılıb MÜSAHİBƏ

Dmitri Lubinets: 1782 uşaq uğurla Ukrayna ərazisinə qaytarılıb MÜSAHİBƏ

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Kiyev, 18 noyabr, AZƏRTAC

Azərbaycan müharibənin ilk günlərindən Ukrayna xalqı ilə həmrəylik nümayiş etdirir. 2022-ci ildən etibarən Azərbaycan ərazisində ukraynalı uşaqlar üçün sağlamləq və reabilitasiya proqramı həyata keçirilir.

AZƏRTAC-a eksklüziv müsahibəsində Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinets bu proses barədə ətraflı danışıb və gələcək planlarını bölüşüb.

– Cənab Lubinets, hazırda ən aktual məsələlərdən biri Ukrayna ərazisindən aparılmış uşaqların geri qaytarılmasıdır. Bu mövzu ilə bağlı son statistik məlumatları təqdim edə bilərsinizmi?

– Vasitəçi ölkələr, tərəfdaş beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində noyabrın 4-dək Ukraynanın nəzarətində olan ərazilərə 1782 uşaq qaytarılıb. Bununla yanaşı, uşaqların ailələrinə qovuşması prosesində Qətər dövləti ilə uğurlu vasitəçilik fəaliyyəti barədə razılıq əldə edilib və prosesin praktiki icrası üçün mexanizmlər hazırlanıb. Qətərin vasitəçiliyi ilə artıq 90 uşaq geri qaytarılıb, onlardan 4-ü bu müddətdə yetkinlik yaşına çatmış şəxslərdir.

İyunun 2-də İstanbulda keçirilmiş ikitərəfli görüş zamanı Ukrayna hökuməti Rusiya ərazisinə deportasiya edilmiş və ya Ukrayna ərazisindən məcburi köçürülmüş 339 ukraynalı uşağın ilkin siyahısını təqdim edib. Rusiyadan onların dərhal və şərtsiz qaytarılması barədə rəsmi tələb irəli sürüb. Lakin Moskva hələlik uşaqların geri qaytarılması üçün heç bir real mexanizm təklif etməyib. Sentyabrın 1-dək bu siyahıdan cəmi yeddi uşaq qaytarılıb.

– Təmas xəttini könüllü şəkildə keçmək üçün hansı prosedurlar və sənədlər tələb olunur?

– Hazırda mülki şəxslərin təmas xəttini keçərək Ukraynaya daxil olması mümkün deyil. Ukrayna vətəndaşları öz ölkələrinə Belarus Respublikası ərazisi vasitəsilə Domamovo (Ukrayna) – Mokranı (Belarus) sərhəd-keçid məntəqəsindən, həmçinin üçüncü ölkələrin ərazilərindən tranzit yolu ilə qayıda bilərlər.

– Müharibə dövründə Ukraynada neçə vətəndaş itkin düşmüş hesab olunur və neçə nəfər əsir götürülüb?

– İtkin düşmüş şəxslərlə bağlı səlahiyyətli qurumun açıqladığı məlumatlara əsasən, bu ilin iyun ayına olan vəziyyətə görə Ukraynada xüsusi şəraitdə itkin düşmüş 70 mindən artıq şəxs qeydə alınıb. Hərbi əsirlər üzrə Koordinasiya Qərargahının saytında yer alan məlumata görə, Rusiya Federasiyası tərəfindən azadlıqdan məhrum edilən 6235 nəfər Ukraynaya qaytarılıb. Onların 372-si mülki şəxs, 5863-ü isə hərbi qulluqçudur.

– Müharibə dövründə Azərbaycan tərəfindən Ukraynaya göstərilən humanitar yardımı, xüsusilə də qayğıya ehtiyacı olan uşaqların reabilitasiyasında fəal iştirakını necə qiymətləndirirsiniz?

– Azərbaycan müharibənin ilk günlərindən Ukrayna xalqına həmrəylik nümayiş etdirir. 2022-ci ildən Azərbaycanda ukraynalı uşaqlar üçün sağlamlıq və reabilitasiya proqramı icra olunur. Bu təşəbbüs sayəsində müharibədən zərər çəkmiş yüzlərlə uşaq öz gücünü bərpa etmək, psixoloji dəstək almaq və reabilitasiya kursundan keçmək imkanı əldə edib. Bu proqram müharibədən ən çox əziyyət çəkən uşaqlara göstərilən səmimi humanizmin və qayğının parlaq nümunəsidir.

Biz səmimi şəkildə ümid edirik ki, bu humanist və son dərəcə vacib tədbirlər davam etdiriləcək, çünki uşaqların fiziki və emosional bərpası üçün bunun əhəmiyyəti böyükdür. Qeyd etmək lazımdır ki, bu yardım yalnız maddi deyil, həm də dərin mənəvi məna daşıyır və həqiqi həmrəyliyi, dəstəyi və insan ləyaqətinə hörməti nümayiş etdirir.

Ukrayna göstərdiyi ardıcıl dəstəyə görə Azərbaycan hökumətinə və xalqına dərin minnətdarlığını bildirir. Humanitar əməkdaşlığın daha da gücləndirilməsi təkcə Ukraynanın bərpasına deyil, həm də ümumi sülh, təhlükəsizlik və insan hüquqlarının müdafiəsi məkanının inkişafına töhfə verəcək.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2025 20:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see234

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see229

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see217

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see183

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see181

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see159

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see159

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see145

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see141

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see139

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see139

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see135

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see134

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see134

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see133

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see130

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri