Icma.az
close
up
RU
Dmitri Medvedev gələcək hakimiyyəti üçün hazırlıq görür və özünü ən radikal yöndən göstərməyə çalışır

Dmitri Medvedev gələcək hakimiyyəti üçün hazırlıq görür və özünü ən radikal yöndən göstərməyə çalışır

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Rusiya Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Medvedev çərşənbə axşamı bildirib ki, Ukrayna ilə sülh danışıqlarının aparılmasının məqsədi Rusiyanın sürətli və tam qələbəsini təmin etməkdir. "İstanbul danışıqları başqasının aldadıcı şərtləri ilə kompromis sülhü əldə etmək üçün deyil, bizim sürətli qələbəmizi və neonasist rejimini tamamilə məhv etməyi təmin etmək üçündür", - deyə o bildirib. Medvedev bazar ertəsi İstanbulda keçirilən danışıqlarda Rusiyanın Ukraynaya təqdim etdiyi bir sıra tələblərə işarə edib. Bunlara daha çox ərazinin təhvil verilməsi, neytral ölkəyə çevrilməsi, Ukrayna ordusunun sayında məhdudiyyətlərin qəbul edilməsi, yeni parlament və prezident seçkilərinin keçirilməsi daxildir. Cəmi bir saat davam edən danışıqlarda tərəflər yeni hərbi əsir mübadiləsi və 12 min ölü əsgərin dəyişdirilməsi barədə razılığa gəlinib. Amma Ukrayna və müttəfiqlərinin Rusiyaya qəbul etməsi üçün təzyiq göstərdiyi atəşkəs haqqında razılıq əldə edilməyib. Medvedev həftə sonu Ukraynanın Rusiyanın strateji bombardmançı bazalarına endirdiyi zərbələrə açıq cavab olaraq əlavə edib ki, Moskva qisas alacaq. “Qisas qaçılmazdır. Ordumuz irəliləyir və irəliləməkdə davam edəcək. Partladılması lazım olan hər şey partladılacaq, məhv edilməli olanlar da olacaq"-deyə Medvedev vurğulayıb.Moskva kimdən və necə qisas alacaq?

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Medvedev Ukrayna-Rusiya savaşı başlanandan əslində ən radikal çıxış edən qırğı qrupunun başında duran bir şəxsdir və onun o qədər radikal çıxışları artıq olub ki, bir formada ciddiyyəti belə itib və bu səbəbdən də, artıq onun açıqlamaları çox da ciddi qarşılanmır. Politoloqun fikrincə, Medvedev gələcək hakimiyyəti üçün hazırlıq görür və özünü ən radikal yöndən aparmağa çalışır.

Oqtay Qasımov

Medvedevin "Rusiyanın İstanbul masasında zəfər axtarması" şərhi barədə politoloq qeyd edib ki, Rusiya savaşı qazandığını və bütün şərtlərini qəbul etdirə bilər deyə düşünür.

“Rusiyanı əslində bu fikrə sövq edən həm də Tramp hakimiyyətə başlayarkən Rusiyanı kifayət idarə etməsi və Ukraynaya təzyiqlər etməklə, Rusiyanın istəklərini bir formada qəbul etdirməyə çalışması oldu. Bu da Rusiyanın kifayət qədər əlini gücləndirdi. Rusiya faktiki olaraq 3-4 ay imitasiya etməklə və genişmiqyaslı hücumları həyata keçirməklə Ukraynaya istəklərini qəbul etdirməyə çalışır”-deyən politoloq bu prosesin belə asan olacağını hesab etmir.

Oqtay Qasımov qeyd edib ki, Ukrayna da kifayət qədər ciddi müqavimət göstərir.

“Medvedev Rusiyanın qisas alacağını deyib. Faktiki olaraq, Rusiyanın üç il dörd aya yaxın müddət apardığı bu savaş Ukraynanın yaşayış məntəqələrinin dağıdılmasına, insanların kütləvi şəkildə qətlə yetirilməsinə hesablanıb və bir ölkəni viran qoyub. Rusiya Ukrayna ərazisinin də 20 faizdən çox hissəsini işğal edib. Yəni Rusiyanın qisas dediyi məsələ, burada Ukrayna ərazilərinə daha şiddətli raket, dron və aviasiya hücumlarının, o cümlədən yerüstü quru əməliyyatlarının daha da geniş miqyasda aparılmasını nəzərdə tutur”-deyən politoloq xüsusi böyük bir dəyişiklik olacağını gözləmir.

Oqtay Qasımov bildirib ki, Rusiya İstanbul danışıqları ərəfəsində və sonrasında Kiyev daxil olmaqla Ukraynanın böyük yaşayış məntəqələrini və mülki obyektləri hədəfə alaraq, çoxsaylı dinc insanların həyatını itirməsinə səbəb olub.

“Medvedev bir zamanlar açıqlamalarında taktiki nüvə silahından istifadə məsələsini də gündəmə gətirirdi. Artıq bu iddialar da o qədər çox ciddiyyət qazanmır. Ukraynanın son əməliyyatları Rusiya üçün həm də ciddi bir uğursuzluq kimi dəyərləndiriləcək”-deyə Oqtay Qasımov əlavə edib.

Rəsmi Moskva qisası kimdən alacaq?

Oqtay Qasımov deyir ki, Rusiya həm Ukraynadan, həm də Qərbdən qisas almaq niyyətində olduğunu bəyan edib.

“Bir müddət öncə Almaniya kansleri Taurus raketlərinin Ukraynaya verilməsi ilə bağlı mövqeyini açıqlayanda Rusiya tərəfi Almaniyanın da legitim hədəf ola biləcəyi ilə bağlı bəyanatlar vermişdi. Almaniyanı hədəfə almaq birbaşa NATO ilə savaşa girmək anlamına gəlir. Bu da Rusiya üçün də kifayət qədər ciddi nəticələrə səbəb ola bilər”-deyə Oqtay Qasımov vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 07 İyun 2025 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri