Icma.az
close
up
RU
Fransızlar genişmiqyaslı hərbi təlimlərə hazırlaşır

Fransızlar genişmiqyaslı hərbi təlimlərə hazırlaşır

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

BFMTV-nin məlumatına görə, Fransa Silahlı Qüvvələri üç ay davam edəcək və 24 ölkənin iştirak edəcəyi “Orion 26” adlı genişmiqyaslı hərbi təlimə hazırlaşır. Təlimlər fevralın 8-də Fransanın Atlantik sahillərində başlayacaq və 30 aprelə qədər davam edəcək. Təlimlərdə 12500 fransız hərbi qulluqçusu, “Şarl de Qoll” təyyarədaşıyan gəmisi daxil olmaqla 25 gəmi, 140 təyyarə və helikopter, həmçinin müxtəlif növlərdə 1200-dən çox dron iştirak edəcək. Təlimlərə əsasən Avropa ölkələri, habelə ABŞ, Kanada və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla ümumilikdə 24 ölkədən qoşunlar qoşulacaq.

Fransa bu miqyasda əvvəlki sonuncu təlimini 2023-cü ildə keçirmişdi. “Orion 26” xüsusilə yüksək realizm səviyyəsi ilə seçilir və müasir münaqişənin bütün mərhələlərini – hibrid münaqişədən yüksək intensivlikli müharibəyə qədər simulyasiya etməyə imkan verir. Təlimlər amfibiya və hava əməliyyatları ilə başlayacaq. Ssenariyə əsasən, hərbi qüvvələr şərqdə ekspansionist qonşu “Merkuri” ilə qarşılaşan uydurma tərəfdaş dövlət “Arlanda” dəstək verir.

7-30 aprel tarixlərində təlimlər Şampan bölgəsindəki (Şərqi Fransa) poliqonlara köçürüləcək. Burada Avropa ordularının NATO strukturlarına tam inteqrasiya qabiliyyəti sınaqdan keçiriləcək. Təlimlər çərçivəsində Fransa NATO-nun şərq cinahında Rusiya ilə mümkün qarşıdurma ssenarisində düşmənin hibrid hərəkətlərinə qarşı mülki və hərbi aktivlərin cavabını və koordinasiyasını yoxlamaq üçün 12 nazirliyi cəlb edəcək. Bundan əlavə, Fransa ordusu dronlar, peyk əleyhinə maneələr və elektron müharibə sahəsindəki yenilikləri də sınaqdan keçirməyi planlaşdırır.

Qeyd edək ki, bu ay NATO Almaniyanın ev sahibliyi edəcəyi genişmiqyaslı “Steadfast Dart 26” təliminə başlayıb.

S.ELAY

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Yanvar 2026 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri