Dneprdə terror aktı törətməkdə şübhəli bilinən erməniəsilli şəxs barəsində həbs qətimkan tədbiri seçilib AZƏRTAC
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kiyev, 16 dekabr, AZƏRTAC
Məhkəmə dekabrın 14-də Dneprdə terror aktı törətməkdə şübhəli bilinən erməniəsilli Dnepropetrovsk vilayətinin sakini Ruben Voskanyan barəsində zaminə buraxılmaq hüququ olmadan 60 gün müddətinə həbs qətimkan tədbiri seçib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin Kommunikasiya Departamenti məlumat yayıb.
“Təqsirləndirilən şəxs Ukrayna Cinayət Məcəlləsinin 258-ci maddəsi ilə (terror aktı) şübhəli şəxs kimi təqdim edilib. Saxlanılan şəxsi ömürlük həbs cəzası gözləyir. Bu gün məhkəmənin qərarı ilə onun barəsində 60 gün müddətinə zaminlik hüququ olmadan həbs qətimkan tədbiri seçilib”, - deyə məlumatda deyilir.
Polis xatırladıb ki, dekabrın 14-də saat 14:45-də Dnepr şəhərinin mərkəzi rayonunda inzibati binalardan birinin yaxınlığında partlayış baş verib, nəticədə bir nəfər ölüb, ikisi polis əməkdaşı olmaqla daha dörd nəfər yaralanıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, zərərçəkənlər hazırda xəstəxanadadır və vəziyyətləri ağır olaraq qalır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 16 Dekabr 2024 20:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















